Birləşmiş Ştatlar Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma "eriəni soyqırımı"nı tanıyan qərarın qəbul edilməsi Azərbaycan tərəfində də ciddi etirazla qarşılanıb. Məsələ ilə əlaqədar Türkiyə mətbuatında dərc edilən yazılarda qeyd olunur ki, qəbul edilmiş qərara Azərbaycanın həm rəsmi, həm də qeyri-rəsmi dairələri öz etirazını bildirib, Prezident Adminstrasiyası, Milli Məclis, iqtidar və müxalifət partiyaları bu qərarı qəti şəkildə pisləyib. Azərbaycan millət vəkilləri ABŞ-la yanaşı qondarma "erməni soyqırımı"nı tanıyan 19 ölkənin parlamentlərinə etiraz ifadə ediblər. Azadlıq Hərəkatçıları Birliyi qəbul edilmiş qərarın gerçəklə heç bir əlaqəsinin olmadığını bəyan edib və bildirib ki, bu cür qərarlar dünyada sülhə, xalqların dostluğu və dinlərarası dialoqa böyük zərbə vurur.
|