Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Türkiyədə yeraltı təkanlar davam edir


Elazığda 4,2 bal gücündə növbəti zəlzələ baş verib

Türkiyənin Elazığ bölgəsində baş vermiş 6 bal gücündə zəlzələnin ardınca ərazidə 4,2 bal gücündə növbəti yeraltı təkanlar qeydə alınıb. Boğaziçi Rəsədxanası və Zəlzələ Araşdırmalar İnstitutundan verilən açıqlamada yeraltı təkanların Elazığın Karakoçan vilayətinin Başyurt bölgəsində baş verdiyi bildirilib. Zəlzələnin baş verdiyi tarixdən bu günə qədər isə ərazidə 800-ə qədər kiçik yeraltı təkanlar qeydə alınıb. Bu arada xilasedicilər zəlzələdən zərər çəkənlərin axtarışlarını davam etdirir. Rəsmi məlumatlarda bildirilir ki, Elazığda baş vermiş təbii fəlakət nəticəsində 51 nəfər həlak olub. Zəlzələ nəticəsində evləri uçmuş vətəndaşlar Qızıl Ay Cəmiyyətinin qurduğu çadırlara yerləşdirilib. Paralel olaraq yaralı insanların müalicəsi üçün də Qızıl Ay tərəfindən çadırlar qurulub və xeyli sayda tibb işçisi yaralıların müalicəsinə cəlb edilib. Zəlzələ qurbanlarına cəmiyyət tərəfindən yardımlar da göstərilib. Yeraltı təkanlar daha çox Elazığın Okçular, Yuxarıdemirtaş və Başyurt kəndlərinə ciddi ziyan vurub.
Türkiyədə baş vermiş zəlzələdən dolayı dövlət başçıları prezident Abdulla Gülə başsağlığı məktubu ünvanlayıblar. Fransa prezidenti Nikolas Sarkozi, Avropa Parlamentinin sədri Jerzi Buzek, Birləşmiş Ştatların dövlət katibnin sözçüsü Filip Krovley, Kosova prezidenti Fatmir Seyidu Türkiyə prezidentinə başsağlığı məktubu göndərib.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Türkiyədə yeraltı təkanlar davam edir
Yazılma Tarixi : 09.03.2010
Xəbər Etiketləri : Türkiyədə yeraltı təkanlar davam edir
Oxunma Sayı : 499
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Abşeron və Sumqayıtın Bakı ilə əlaqəsi tam kəsildi
Maklerlərin toruna düşənlər
Aldadılan qızlar…
Yaşın nə fərqi var ki?..
“Azərenerji”nin enerji təminatındakı maxinasiyaları
31 gündə 36 intihar


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.