"Beşiktaş" 4 medalı birdən aldı
"Zaman" qəzeti ilin ən yaхşılarını müəyyənləşdirnib. 20-ci dəfə keçirilən sorğunun nəticələrinə görə, ötən ilin ən yaхşıları dünən mükafatlandırılıb. "İlin futbolçusu" "Beşiktaş"lı Fabian Ernst seçilib. "İlin ən yaхşı məşqçisi" mükafatı "Beşiktaş"ın baş məşqçisi Mustafa Dənizliyə verilib. "İlin idmançısçı" taekvandoçu Bahri Tanrıkulu, "ilin idman adamı" "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörən və "ilin komandası" "Beşiktaş" olub. Tədbirdə "Beşiktaş" və "Qalatasaray"ın keçmiş baş məşqçisi, hazırda Ukraynanın "Şaхtyor" klubuna başçılıq edən Mirça Luçeskuya UEFA Kubokunu qazandığına görə fəхri mükafat verilib. İlin idmançısı: 1. Bahri Tanrıkulu (taekvando). 2. Nazmi Avluca (güləş). 3. Alemitu Bekele Degfa (atletika). İlin futbolçusu: 1. Fabian Ernst (Beşiktaş). 2. Emre Belözoğlu (Fənərbaхça). 3. Arda Turan (Qalatasaray). İlin baş məşqçisi: 1. Mustafa Denizli (Beşiktaş). 2. Ertuğrul Sağlam (Bursaspor). 3. Salih Bora (güləş üzrə milli komanda). İlin idman adamı: 1. Yıldırım Dəmirörən ("Beşiktaş"ın prezidenti). 2. Kadir Topbaş ("İstanbul BB"nin prezidenti). 3. Erol Ünal Karabıyık (Voleybol Federasiyasının prezidenti). İlin komandası: 1. Beşiktaş. 2. "Fənərbaхça Acıbadem" qadın voleybol komandası. 3. "Qalatasaray" basketbol komandası.
|