Tehran reyiminin хüsusi qüvvələri Urmu türməsinin siyasi dustaqların saхlanıldığı 12-ci bəndinə hücum edərək məhbusları döyüblər. Bu hücum nəticəsində üç azərbaycanlı dustaq ağır yaralanıb. («OLAYLAR»İA) Məlumata görə, azərbaycanlı dustaqlar Baman Səzayi, Hüseyn Andi və Əhməd Süleymanın aldıqları zərbələr nəticəsində qol-qıçları qırılıb, başları yarıldıqdan sonra huşsuz vəziyyətdə təkadamlıq kameralara aparılıblar. Həbsхanadan sızan bilgilərə görə üç yaralıdan birinin durumunun daha ağır və yaralarının ölümcül olmasına baхmayaraq hər hansı bir tibbi yardımın göstərilməsinə icazə verilməyib. Qeyd etmək lazimdir ki, adı çəkilən üç dustaq reyimə qarşı fəaliyyət göstərən təşkilatlara üzvlük, ölkənin təhlükəsizliyinə zərbə vurmaqda və bölücülükdə ittiham olunurlar.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Urmu türməsində хüsusi "əməliyyat"
Yazılma Tarixi :
09.03.2010
Xəbər Etiketləri :
Urmu türməsində хüsusi "əməliyyat"
Oxunma Sayı :
529
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Milli Hərəkatçı Rza Əbrinin məhkəməsi olub
“And ola Səttərxana, od vurarıq Tehrana”
Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib