Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün
Yeni müsabiqə elan edilib
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 42 dövlət orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Komissiyanın mətbuat xidmətindən "OLAYLAR"İA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır. Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci, 465-i isə doqquzuncu təsnifata aiddir. İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir. Müsabiqədə iştirak etmək arzusunda olanlar 30 gün müddətində öz sənədlərini komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün
Yazılma Tarixi :
04.02.2010
Xəbər Etiketləri :
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün
Oxunma Sayı :
2436
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Hərbi хidmət dövründə "pərdəarхası" yaşananlar
Palçıq içində alış-veriş
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün
Paytaxtda vaksinasiya bu həftə bitir
Masazır kriminal zonaya çevrilib
Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Birliyi bəyanat yayıb