Süleyman Rəhimov küçəsində yaşayan Ehtiram Əliyevin mənzilindən 1300 AVŞ dolları ğurlanıb. /"OLAYLAR"İA/ Bakı şəhər BPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxs müəyyən edilib. Onun zərərçəkmişin evində xadimə işləyən Samirə Ələkbərova olduğu aşkarlanıb. S.Ələkbərova faktla bağlı saxlanıb, istintaq tədbirləri davam etdirilir.