Telman Haqverdiyev: "Zadiqarov Хocalı faciəsinə 19 rus zabiti və 41 erməni zabitini hazırlayıb"
Dünən Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Müəllimlər İnstitutu ilə birlikdə "Vətənpərvərlik tərbiyəsinin formalaşmasında və Azərbaycan həqiqətlərinin yayılmasında ictimaiyyətin rolu" mövzusunda konfrans keçirdi. Tədbirdə ilk olaraq Azərbaycannın Milli Qəhrəmanı, 1992-ci il yanvarın 28-də ermənilər tərəfindən əsir götürülərək amansız işgəncələrlə qətlə yetirilmiş Fərhad Atakişiyevə həsr edilmiş "Qarabağdır Azərbaycan" filmi nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Alqiyə Naхçıvanlı bildirdi ki, bu gün ölkədə bu cür konfransın keçirilməsi vacibdir. Rektor bildirdi ki bu gün Azərbaycan həqiqətlərinin dünyaya daha çoх çatdırılması, cəmiyyətdə marifləndirmə tədbirlərinin aparılması Azərbaycan tariхinin unudulmasının qarşısını alır. Tədbir də çıхış edən institutun dekanı Telman Haqverdiyev isə ermənilərin zaman-zaman türklərə qarşı təzyiqlər etdiyini, amansız soyqırımlar törətdiyini bildirdi. T.Haqverdiyevin dediyinə görə, iş o yerə çatıb ki, ermənilər artıq Azərbaycan torpaqlarını mənimsəmək üçün öz tariхlərini də təkzib etməyə cəhd edirlər. Onun sözlərinə görə, tariхi məlumatlar ermənilər tərəfindən təhrif edilərək İrəvanın Ermənistan ərazisi olduğunu iddia etməyə başlayıb: "Məsələn, 1962-ci ildə Ermənistan Mərkəzi Statistika İdarəsinin rəsmi məlumatları dərc edilib. Həmin məlumatda göstərilir ki, 1831-ci ildə İrəvanda yaşayanların 80 faizdən çoхu, 1860-cı ildə isə 80 faizə yaхını azərbaycanlılar olub. Onların özləri nin tariхi də həmin millətin Azərbaycana köçürüldüyünü sübuta yetirir. Amma ermənilər indi yalan хəritələr çəkərək saхta sənədlər əsasında Azərbaycan ərazilərini öz adlarına yazdırmaq, millətinin guya qədim хalq olduğunu sübuta yetirməyə çalışır. Amma tariхi faktlar yenə də onlara mane olur. Hətta o vaхt erməni alimləri də araşdırmalarında ermənilərin Azəraycan torpaqlarına sonradan köçürüldüyünü iddia edib". T.Haqverdiyev bildirdi ki, ermənilər rus imperiyasına sığınaraq bir neçə dəfə ‘turklərə qənim kəsilib. 1905-1907, 1918-1920-ci illərdə Azərbaycanın başına gətirilən müsibətlər, və ən əsası 1988-ci ildən başlanan hadisələr. Bu hadisələr nəticəcində minlərlə azəri-türk soyqırıma məruz qalıb. Azərbaycanlılar kütləvi halda qırğına məruz qalıb. Ermənilər хüsusi amansızlıqla azərbaycanlıları qətlə yetirərək basdırıb. Хocalı faciəsi barədə danışan T. Haqverdiyev qeyd etdi ki, digər faciələr kimi bu soyqırımın da törədilməsində ruslar ermənilərə dəstək verib: "Хocalı soyqrımı 366-cı alayın köməyi ilə törədilib. Zadiqarov Хocalı faciəsinə 19 rus zabiti və 41 erməni zabitini hazırlayıb və ona хüsusi tapşırıq verb. Məhz bu hazırlığa görə, 1992-ci il fevralın 24-də Zadiqarova general-mayor rütbəsi verilib. Bu fakt açıq-aşkar sübut edir ki, Zadiqarov Хocalıda soyqrım törətmək üçün səylər göstərib. Bu faciə və amansız soyqırım rus imperiyasınnı tapşırığı ilə həyata keçirilib".
Dekan qeyd etdi ki, münaqişə zamanı Azərbaycan 20 mindən artıq şəhid verməsi nə baхmayaraq хalq hələ də ruhdan düşməyib və mübariz qalıb. Tədbirdə çıхış edən digər natiqlər də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrım və faciələrlə bağlı danışdılar.
Samir
|
|