keyfiyyətsiz yanacaq satanlar cəzalandırılacaq
Nazirlər Kabineti ölkə ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosıerə atılan zəhərli maddələrə dair tələblərin Avropa stnadartlarına uyğunlaşdırılması barədə qərar qəbul edib. Qərara əsasən cari il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə Evro-2 ekoloji normalar tətbiq ediləcək. Bununla əlaqədar "Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı" təsdiq edilib. NK Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Neft Şirkətinə ölkədə istehsal edilən, habelə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyətinin gücləndirilməsi və bu sahədə qanunvericiliyi pozan şəxslər barədə müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verib.
|