Foklorşünaslar odun Atəşgahdan götürülməsinə etiraz etdilər
Mədəniyyət və Turizim Nazirliyi "Mədəniyyət" qəzeti ilə birgə "Mədəniyyət yazarlar klubu" yaradıb. Ayda bir dəfə klubun təşkil olunacaq görüşündə mədəniyyət sahəsini izləyən və araşdıran yazarlar bir araya gələcəklər. Dünən baş tutan dəyirmi masada folkloşşünaslar Bəhlul Abdullayev, Məhərrəm Qasımlı və başqaları Novruz bayramı haqqında danışdılar. Problemlərdən söz açan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin rəhbəri Fikrət Babayev Sovet dövründə Novruz bayramının daha təmtəraqla keçməsindən söz açdı: "Novruz Sovet dönəmində çox yaxşı qeyd olunurdu. Hər hansı qadağalara baxmayaraq xalqımız həmişə bu bayramı qeyd edib. 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Novruz 10 ölkədə dövlət bayramı kimi qeyd olunur. Həmçinin Çin, Hindistanda da böyük insan kütləsi bu bayramı qeyd edir". F.Babayev onu da bildirdi ki, hələ bir neçə il əvvəl İran UNESCO-da bu bayramla bağlı məsələ qaldırıb. Lakin UNESCO İranın təklifini rədd edərək, bu bayramı çoxmillətli bayram kimi qəbul edib. Folklorşünas Bəhlul Abdullayev isə Azərbaycan televiziyalarını tənqid etdi. Bildirdi ki, mətbuat və telekanallar bu bayramla bağlı uydurma verilişlər yayırlar: "Mətbuat, telekanallar Novruzla bağlı uydurma, qarmaqarışıq məlumatlar yayırlar. Bu bayramın tarixi bilavaistə təbiətin dəyişməsiylə bağlıdı. Novruzu atəşpərəstliklə bağlayırlar. Hamıya məlumdu ki, atəşpərəstlikdə od müqəddəs sayılır. Amma biz üskü qalayıb üstündən hoppanırıq ki, ağırlığımız oda düşsün. Od müqəddəsdirsə, ona ağırlıq-uğurluğu tökərikğ Çərşənbələrin düzülməsi də yalnışdı. Əslində düzülüş belə olmalıdı-hava, su, torpaq və od çərşənbəsi. Əhməd Cavad hələ 1920-ci ildə bunu yazıb". Daha sonra çıxış edən Məhərrəm Qasımlı Novruzun əslində bir təqvim prosesi olduğunu diqqətə çatdırdı: "Bizdə bu bayram bir təqvim prosesidi. Novruza həm atəşpərəstliyin, həm də İslamın təsiri olub. Amma mifoloji qatda sırf təbiətlə bağlıdı. Atəşgahdan odu götürüb qız qalasında yandırırlar. Bunu Yanardağdan götürməlidilər, Atəşgahdan yox. Bununla dolayısıyla atəşpərəstliyi təqdim edirik. Hind məbədindən od götürüb məşəl yandırmaq böyük səhvdi". Tədbirdə daha sonra Novruzun turizmin inkişafı üçün də önəmli olması, bu bayramın daha təmtəraqla keçirilməsinin vacibliyindən danışıldı.
|