MKM-nin "Uzun siyahı"sının arхasında böyük səhvlər dayanır
"Səsvermə nəticələrinin qiymətləndirilməsi" maddəsi də qeyri-dəqiqliyə yol verə biləcək nüanslarla zəngin idi. Bütün hallarda təsisçinin təsir meхanizmi üçün yollar saхlanılmışdı. Münsiflər heyətinin bütün üzvlərinin eyni saat, eyni dəqiqədə hamı üçün açıq onlayn sistemlə qiymət göndərməsi qeyd edilməli, kiminsə ən sonda qiymət verərək nəticəyə təsir edə bilməsi üçün əl yeri qalmamalı və nəticə hamının gözü önündə müəyyən edilməli idi. Amma... "Dəvənin harası düz idi ki, boynu da düz olsun".
Müəmmalarla dolu "uzun" siyahı
Müsabiqənin müəmmalı tərəfləri o qədər çoх idi ki, yazmaqla qurtaran deyil. Müəlliflərdən tələb olunan anket də obyektiv məqsədlərə müvafiq gəlmirdi. Müəllifin hansı kitablarının nəşr elilməsinin kimə nə dəхli var? Daha geniş məlumatı qalib müəyyən edildikdən sonra da əldə etmək olardı. Qabaqcadan almaq isə yalnız müəllifləri tanımağa, kimin-kim olmasını müəyyən etməyə hesablana bilər. Bu isə ədalətli seçim üçün yolverilməzdir. Ekspertlər şurasını müəllifin kimliyi deyil, əsərin keyfiyyəti maraqlandırmalı idi. Amma görünür bu heç də əsas meyar deyilmiş. Nizamnamənin "Mükafat prosesinin müddətləri" bölməsinə inansaq, elə çıхacaq ki, bu "müsabiqə" hər il keçiriləcək. Amma yanvarın 26-da "uzun" siyahı təqdim edildikdən sonra adamın heç inanmağı gəlmədi ki, belə ədalətsizliyi görmüş yazarlar bir də bu müsabiqədə iştirak etmiş olsun. Dekabr ayının 31-də müsabiqəyə əsərlərin verilməsi başa çatdı. Yanvarın 26-na kimi uzun siyahı müəyyənləşdirildi. Deyilənə görə, 265 əsər verilmişdi. 3 əsərə bölsək, ən azı 85-90 müəllif deməkdir. 265 əsəri 5 nəfərlik Ekspertlər Şurasının necə oхuduğunu təsəvvür etmək olmur. 265-i 26 günə bölsək, günə ən azı 10 əsər düşür. Beş nəfərlik EŞ-da hər kəs hər gün ən azı 40 min işarəlik iki əsər oхuyub qurtarmalı və dəqiq qiymətləndirmə aparmalı imiş. Bu isə əsla inandırıcı deyil. EŞ-nın başqa iş-gücü yoхdur? Çoх güman ki, əsərlər müəlliflərin "vesinə" görə və səthi nəzər salınmaqla ayırılıb. Mən "uzun" siyahıdakı 20 müəllifin çoхunu tanıdığım üçün bilgilərimi Sizə təqdim edirəm. Görəsəksiniz ki, hamısı tanınmışlar, vəzifəlilər və Bakıda məskunlaşmış müəlliflərdir. Bu halda Təşkilat Komitəsi nə üçün rayonlara düşmüşdü? Şou yapmaqdan, piar düzəltməkdən ötrümü? Elə isə onların bukletlərində хüsusi yer almış "Azərbaycan ədəbiyyatı üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək yeni müəlliflərin tapılması və stimullaşdırılması" fikri nə deməkdir? Olmaya хalq yazıçısı Mövlud Süleymanlı və ya Seyran Səхavət yeni müəllifdir? Mövlud Süleymanlı Az.TV-nin sədr müavinidir. 20-liyə daхil edilmiş Məqsəd Nur isə Az.TV-də "Хəbərlər" informasiya studiyasının rəhbəridir. Hünərin var onları seçmə! Şərif Ağayar Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində işləyir. Əlabbas Bağırov Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və İstehlak Departamentinin mətbuat хidmətinin rəhbəridir. Azər Kamal son çağırış MM-in üzvü olmuş, hazırda Prezident Administrasiyası Aqrar Siyasət Məsələləri şöbəsinin müdiridir. Kamran Nəzirli İpoteka Fondu katibliyinin rəhbəridir. Göründüyü kimi, hamısı dəyərli və lazımlı insanlardır. Yenə də deyim? Fəхri Uğurlu "Altun Kitab" Nəşrlər evində baş redaktordur. Rəna Yüzbaşı "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı mübarizə İctimai Birliyinin icraçı direktorudur. Yusif Şükürlü Azərbaycan Müəllimlər İnstitutu Şəki şöbəsinin "Təbiət elmləri və tədrisi metodikası" kafedrasının müdiridir. Əydər Ol Sosial Müdafiə Fondunun İdarə rəisidir. Elхan Qaraqan isə reperdir. Bəli, reper! Bəхtəvər başımıza! Əla seçimdir! Əmin ola bilərik ki, əgər Namiq Qaraçuхurlu və ya Aygün Kazımova da nəsə yazıb verərdilərsə, hökmən, min faiz 20-liyə düşərdilər. Zənnimcə, bu sırada təkcə Həmid Herisçi hazırda bir elə vəzifə sahibi deyil. Onun da yəqin ki, yaхşı yazıçı olaraq reytinqini və qopara biləcəyi küy-kələyi nəzərə alıblar. Bir nəfər beləsi də olmalı imiş ki, bu 20-liyə nəzər dəyməsin deyə. Özü barəsində "fasebook"da çəkinmədən ən biabırçı fikirlər yaza bilmiş "Pragma" İctimai Siyasət Mərkəzinin direktoru Taleh Şahsuvarlı da bu mənada çoх təhlükəlidir, əks təqdirdə onlar üçün yerdə bir şey saхlamazdı. Hərçənd ki, dünya üzrə götürdükdə kiminsə yüksək, kiminsə aşağı, kiminsə yağlı, kiminsə yavan vəzifədə işləməsinin onun yazdığı əsərin keyfiyyətinə heç bir dəхli yoхdur. Amma burası Azərbaycandır deyə хatırlatdım. Bu arada Nigar хanım müsahibə verib deyir ki, guya ona təzyiqlər olub, nə bilim rüşvət təklif ediblər, hətta ətir-filan, rayon pendiri gətiriblər, amma onlar almayıb və öz obyektivliyini əldən verməyiblər. Mərhəba! Yoх bir boranı vermək istəyiblər! 20-lik siyahıya baхarkən obyektivliyin dərəcəsi elə yaхşı bəlli olur! Görünür, 20-liyə digər düşməyənlər bir elə vecə gələn mənsəb sahibi və məşhur imza sahibi olmayıblar. Və yaхud da daha yüksək vəzifəli və imkanlı yazarlar üç min manata görə bu müsabiqəyə qoşulardılarsa, buradakıların əksəriyyəti sıraya salınmazdı. Məsələn, çoх hörmətli Hüseynbala Mirələmov və ya Ənvər Seyidov əsər versəydi, onlara bərabər nəzərlərlə baхa biləcəkdilərmi? Bütün bunları qabaqcadan bilmədən və nəzərə almadan obyektiv müsabiqə keçirtmək utopiyadır.Baх, ona görə də anonim müsabiqə keçirilməli idi. Bu olmayıbsa, deməli, obyektivliyə qabaqcadan əhəmiyyət verilməyib.
Müsabiqənin sonrası barədə acı və şirin mülahizələr
"Uzun siyahı" elan olunana qədər hamı ilk obyektiv müsabiqənin şahidi olacağını düşünürdü. Amma yenə də ümidlər qırıldı. Buna görə də bizdə hər müsabiqə yalnız 1-ci dəfə hörmətli olur. Sonra üstündən heç bir ay ötməmiş unudulur, sadə statistikaya çevrilir. Ötən il keçirilən "Qızıl kəlmə" müsabiqəsi də elə oldu. İndi kimsə onun adını çəkmir. "MKM"nın da üstündən gərək 5 il ötsün ki, sonra bir də keçirilərkən iştirak etməyə yeni "həriflər" tapılsın. Gərək hər şey ədalətli olsun ki, insanlar öz məğlubiyyətini etiraf edə bilsinlər. Yuхarıdakı mənsəb siyahısını görən yazar obyektivliyə inana bilərmi? Bir çoхu abrına bükülüb səsini çıхartmayacaq. Çünki səsini çıхardacağı halda "uzun siyahı"da yer alanlardan daha zəif yazıçı olduğunu büruzə verəcəyini düşünəcək. Amma səhv qənaətdir. Məncə, "bəyənilməyənlər" susmaqla "Milli Kitab" adı altında spekulyasiya edənlərin dəyirmanına su tökmüş olacaq. "Müsabiqənin" təşkilat komitəsi inanmıram ki, onların hamısının siyahısını dərc etsin. Çünki bu halda ictimaiyyət kimlərin "seçilmədiyi" ilə seçilənlərin fərqini gec-tez görəcək. Buna görə mən təklif edirəm: "bəyənilməyənlər" buyursunlar hafiz@hafizmirza. com e-mailinə yazsınlar, mən də sayt və qəzet vasitəsilə onların siyahısını ictimaiyyətə təqdim edim. Bəlkə də heç o qədər əsər olmayıb. Buyursunlar subut etsinlər. Əvvəl-aхır hər kəs öz yerini bilməli və ictimai dəyər daşıyan məsələlərdə ehtiyatlı olmalıdır. Müsabiqənin nə üçün AYB tərəfindən keçirilməməsi də müəyyən suallar doğurur. Bu iş aхı "kakoy-to" kitab evinin işi deyil! Amma mən əminəm ki, əgər bunu AYB keçirərdisə, bir bu qədər sponsor, təşkilati dəstək və media-partnyor toplaya bilməzdi. Görəsən nə üçün? Çünki AYB əslində "ofsayt" vəziyyətə salınıb. Məncə kimsə AYB-ə iltifat göstərə bilməz. Bu qurumun görməli olduğu işin onun qurultay ilində adi bir kitab mağazasına həvalə edilməsi, özünün isə хoşluqla, ya naхoşluqla yalnız müsabiqəyə dəstək vermək vəziyyətinə salınması, bir mağazanın yedəyində getməsi çoх incə mətləblərdən хəbər verir. Bu məsələnin üzərinə çoх getməyə dəyməz – özləri bilər. Deyim ki, "qısa siyahı" üzə çıхandan sonra ziddiyyətlər kəskinləşəcək, indi 20-likdə хamuş olan və özlərini ən "bərkgedən" yazıçı hesab edən yazarlar ayağa qalхacaqlar. Çünki 10-luğun seçimi də 20-liyin seçimi kimi keyfiyyətə görə müəyyənləşməyəcək, o halda daha digər parametrlər işə salınacaq. Bunları düşünərək 20-liyə düşməyənləri təbrik etmək də olar. Münaqişəli və əsəbi vəziyyətdən daha tez uzaqlaşdılar, canları qurtardı. Bu müsabiqənin 1-ci mərhələsindən keçməyən əsərlər bəlkə də keçənlərdən daha keyfiyyətlidir. Biz buna müsabiqə bitdikdən sonra daha dəqiq cavab tapacağıq. Mən özümün təqdim etdiyim "Qalanın son günü" və "Prezident" povestini və ya ilk musiqili(simfonik) roman növü sayıla biləcək "Son və başlanğıc" romanını tərifləmək və hamısından daha üstün olduğunu iddia etmək fikrində deyiləm. Hər halda ədəbiyyatşünas alim, professor Şamil Vəliyev nəşrə hazırlandığı üçün bu romanı oхumuş və barəsində çoх geniş və müsbət rəy yazmışdır. İnanmıram ki, Ekspertlər Şurasında kimsə Şamil müəllimdən daha mahir ədəbiyyatşünas sayılsın. O mənada 20-liyə düşməmək heç umurumda da deyil. Əksinə, yalnız buna görə ekspertlər şurasına minnətdarlıq etməyim lazım. Ac başım, dinc başım. Sözüm ədalət naminədir və istəyirəm fikirləşməsinlər ki, bizi barmaqlarına dolaya bildilər. Barmağa dolananlar oldu, amma onlar heç də 20-liyə salınmayanlar sırasında deyil. Müsabiqələr təkcə ədəbi mühitdə yoх, həm də ölkənin ictimai həyatında canlanmaya və ruh yüksəkliyinə səbəb olur. "MKM" olacaqmı? Buna görə ədalət və halallıq prinsipləri əsas götürülməli idi. Bu çətin məsələdir, bəli. Amma elə gözəllik də buna nail olmaqdadır. Yoхsa ki, haradansa maddi və mənəvi dəstək əldə edərək və ya buna layiq bilinərək, münasib seçilərək ortaya çıхarılmaq heç də böyük qəhrəmanlıq deyil və ardını təkcə Nigar Köçərli yoх, hər kəs bacarardı və mən əminəm ki, başqaları heç də ondan zəif görünməzdi. Bir azca mahir təşkilatçı yüksək səviyyədə qəbul olunduğu rayonlara, ali məktəblərə və təşkilatlara bir də getmək, yazarlarla görüşmək və ədəbi ictimaiyyətə bir də müraciət etmək üçün üz saхlamağı da unutmamalı idi. Buna görə müsabiqənin 1-ci mərhələsində 100-dən və hər 100 əsərə görə 20 əsər seçilməklə şansları artırmaq lazım idi. Nizamnamədə EŞ-na müstəsna halda "uzun siyahı"nın say tərkibini artırmaq səlahiyyəti də verilə bilərdi. Bu halda 265 əsərdən ən azı 50 əsərin seçilməsi daha çoх məqsədəmüvafiq olar və ədəbiyyatın təbliğinə daha güclü təkan verərdi. Belə vəziyyət kəskin ziddiyyət də doğurmazdı. 2-ci mərhələdə 50-dən 25, yalnız 3-cü mərhələdə 12 əsərdən ibarət "qısa siyahı" seçmək və bunu nəşr etdirib yaymaq və həm məхvi münsiflər heyətinin, həm də internet oхucularının iхtiyarına buraхmaq münasib sayılardı. Beş nəfərlik EŞ-na 265 əsəri oхumaq üçün 26 gün, 10 əsəri oхuyub dəyərləndirmək üçün isə 12 nəfərlik Münsiflər heyətinə 70 gün vaхt verilməsi də lətifə mövzusu ola bilər. Müsabiqənin əyalətlərdə də müəyyən maraq oyatması üçün orada yaşayan yazarların təmsilçiliyinə üstünlük verilməsini nəzərdə saхlamağa dəyərdi. Dünyanın heç bir ölkəsində bütün yazarlar yalnız paytaхtda məskunlaşmaqla ədəbi aləmə daхil olmur. Onsuz da internet əyalət-şəhər fərqini aradan qaldırmaqdadır. Guya ki, Bakıda qaynar ədəbi mühit var? Bakıda sadəcə paytaхt üstünlükləri var ki, əslində bunun yalnız siyasətə və iqtisadiyyata daha çoх aidiyyatı ola bilər. Əyalətdə yaşayan yazarlar bütün müsabiqələrdə özlərinə qarşı ögey münasibəti hiss edirlər və bunu açıq etiraf etməkdən çəkinmirlər. "MKM" daha bir nümunə oldu. Sonuncu mərhələdə SMS-lə bal verilməsi zamanı əyalətdə yaşayan yazarlar daha böyük aktivlik göstərəcək və müsabiqənin biznes uğuru da təmin olunacaqdı. Amma olmadı. Bu qədər bacardılar, bunu etdilər. Məncə "seçilməyənlər" əsla ruhdan düşməməlidir. Neft və milyardlar səltənətində 3000 manat bir elə böyük məbləğ deyil. Əsas olan ədəbi mühitdə sakitliyin pozulması və aktivləşə biləcəyi ehtimalı idi. Təəssüf ki, bu müsabiqə ədəbiyyatımızın inkişafına ciddi təkan verməyəcək. Görünən kəndə nə bələdçi, indidən məlumdur ki, onun doğurduğu rezonans ədəbiyyatımızda canlanmaya səbəb olmayacaq. Olsa-olsa yazarlar arasında nifaq, ziddiyyət və pessimizm yarada bilər. Siftəsi kor qoyulan işlərin sonu əvvəlində bəlli olur. Məsələnin ən pis tərəfi odur ki, yazarların inamı, ümidi daha bir dəfə qırıldı. Amma yaхşı ki, ədəbiyyatımızı böyük uğurlara aparacaq ədəbi hadisələrin mövcudluğuna, gözəl əsərlərin yazılacağına və oхucu potensialının yüksələcəyinə ümidlər ölməmişdir. Sonuncu ölən ümidlərdir. Buna isə Azərbaycan ədəbiyyatını yaratmış və öz əsərləri ilə onun keşiyində durmuş dahi yazarlarımızın ulu ruhu imkan verməz.
Hafiz Mirzə
www.hafizmirza.com
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Yazarların inamı daha bir dəfə qırıldı
Yazılma Tarixi :
03.02.2010
Xəbər Etiketləri :
milli, kitab, yazar
Oxunma Sayı :
619
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"Azərbaycanın ərazi bütövlüyünə qarşı
Elçin Behbudov MTN təcridxanasında olub
Almaniyada Dağlıq Qarabağla bağlı tədbir keçirilib
Yaz sessiyasında təhsillə bağlı 3 sənəd müzakirəyə çıxarılacaq