"Rosbalt" agentliyinin İTAR-TASSa istinadən verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının İrana dair yeni qətnaməsinin layihəsi hələ ki mövcud deyil. "Hazırda məsələ "3+3" formatı çərçivəsində müzakirə edilir. Sanksiyaların tətbiqindən yalnız problemin nizama salınması istiqamətində bütün imkanların tükəndiyi vaxtda danışmaq olar", deyə Lavrov bildirib. Onun sözlərinə görə, dünya ictimaiyyəti "altılığ"ın İranın nüvə probleminin nizama salınmasında rolunu dərk edir. ("OLAYLAR")
|