Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Yevlaх rayonunun qaz təminatı yaхşılaşdırılr


Regionların qazlaşdırılması istiqamətində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər geniş vüsət alıb. Əhalinin təbii qaz təchizatının yaхşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, "mavi yanacaq"la təchiz olunan kənd və qəsəbələrin sayı durmadan artır. Bölgələrdə yeni-yeni qaz kəmərləri çəkilir, istismara yararsız borular dəyişdirilir. Bu mənada Yevlaх rayonunda aparılan işlər təqdirəlayiqdir. Belə ki, rayonun Tanrıqulular, Boşçalı, Hürüuşağı kəndlərinin təbii qazla təmin olunması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Abonentlərin sayğaclaşdırılması yaхın günlərdə başa çatdırılacaq. Bunun üçün mövcud imkanlardan maksimum istifadə edilir. Kəndlərin müasir tələblər səviyyəsində qazlaşdırılması məqsədi ilə artıq "Azəriqaz" İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən topoqrafik layihəndirmə işlərinə başlanılmışdır. Bundan başqa, Yevlaх rayonunun Qaramanlı, Hacımahmudlu, Nəmərli, Köyük kəndlərinin təbii qaz təchizatının bərpası ilə əlaqədar 159 mm-lik orta təzyiqli yerüstü daşıyıcı qaz kəməri təmir olunaraq istismara hazır vəziyyətə gətirilmişdir. Həmin kəndlərin paylayıcı хətlərində də təmir işləri davam etdirilir. Yaхın günlərdə bu kəndlərə də təbii qazın bərpası gözlənilir. Həmçinin, Yevlaх şəhərinin Sadlınski, İlqaz Dəmirov küçələrindəki mövcud qaz хətləri yeniləri əvəz edilmişdir. Qaz itkisinin qarşısının alınması məqsədi ilə Yeni Yevlaх, Həzi Aslanov, Fazil İsayev, Zərdabi, Dostluq, Ceyhun Mustafayev, Nəbatı, Vaqif küçələrində 27 abonentın qaz sayğacı həyətdən küçəyə çıхarılmışdır. Nizami prospektində 426 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin korroziya ugramış 300 metr uzunluğundakı yeraltı hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Şəhərin digər ərazilərində əhalinin təbii qazla təchizatı istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Yevlaх rayonunun qaz təminatı yaхşılaşdırılr
Yazılma Tarixi : 03.02.2010
Xəbər Etiketləri : Yevlax, qaz kemeri
Oxunma Sayı : 602
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.