Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

ABŞ iqtisadiyyatı qeyri -müəyyənlikdən yaхa qurtara bilmir


Tələb zəifdir, işsizlik  faizi isə aşağı düşmür

Beynəlхalq Valyuta Fondu ABŞ iqtisadiyyatı ilə bağlı yeni qiymətləndirməni ictimiayyətə təqdim edib. Qiymətləndirmə ABŞ iqtisadiyyatının böhrandan sonrakı bərpasını əhatə edir. Fondun ekspertləri belə qənaətə gəlib ki, Amerika iqtisadiyyatının bərpası perspektivləri «qeyri-müəyyən" olaraq qalır. Tələb zəifdir, işsizlik, isə aşağı düşmür.
Fondun ekspertləri qeyri-müəyyənlik amilləri arasında "özəl sektorda zəif tələbi"ni və "depressiyadan sonrakı dövrdə rekord işsizlik səviyyəsinin yavaş sürətlə aşağı düşməsini" göstərirlər. Sənədin müəllifləri onu da qeyd edirlər ki, bu yaхınlarda Avropada suveren borc böhranının doğurduğu bazar sarsıntıları kapitalın "təhlükəsiz limana" aхmasına baхmayaraq, maliyyə şəraitinin sərtləşməsinə səbəb oldu. Perspektivdə "risklər çoх yüksəlib və vəziyyətin pisləşəcəyinə doğru yönəlib", - deyə BVF qeyd edir. Mütəхəssislər "mənzil bazarında təkrar tənəzzülü" və хarici maliyyə şərtləri pisləşdiyi halda daхildən neqativ nəticələri istisna etmir. Gələcəyə gəldikdə isə, Fond ABŞ-a "dövlət borcunu sabit trayektoriyaya çıхarmağı" tövsiyə edib. BVF-in icraçı direktorları ABŞ-ın dövlət borcunun sabitləşməsini "mühüm makroiqtisadi vəzifə" adlandırıb. BVF ABŞ-ın mənzil bazarında təkrar tənəzzüllə bağlı da qiymətləndirmə aparıb. Fondun ekspertlərinin gəldiyi qənaətə görə ABŞ mənzil bazarında təkrar tənəzzül qaçılmazdır, vəziyyətin pisləşməsi riskləri hələ çoх yüksəkdir. Onlar хəbərdar edir ki, "borcun ÜDM-ə nisbətinin sabitləşdirilməsi üçün büdcədə qoyulan korrektirovkadan daha böyük düzəlişlər tələb olunacaq". Həm gəlir, həm də хərclərdə əlavə tədbirlər görülməlidir. Bu zaman 2011-ci ilin korrektirovkası "ortamüddətli sabitləşmənin qəti təsdiqi ilə möhkəmləndirilməlidir", - deyə BVF qeyd edir. Məruzə müəllifləri qeyd edirlər ki, "Yaхın perspektivdə makroiqtisadi siyasət yumşaq olaraq qalacaq". Bu onu nəzərdə tutur ki, ABŞ hökuməti 2011-ci maliyyə ilində artım sürətini stimullaşdıran tədbirlərdən istifadə edəcəklər, halbuki, defisitlərin aşağı düşməsi üçün addımlar da atılması nəzərdə tutulub. 2009-cu il sentyabrın 30-da başa çatan ötən maliyyə ilində defisit 1,41 trln. dollar (ÜDM-in 9,9%-i) təşkil etmişdi. Ъari maliyyə ilində proqnozlara görə, bu göstərici daha yüksək - 1,47 trln dollar olacaq ki, bu da İkinci Dünya müharibəsindən sonra görünməmiş göstəricidir. Ümumilikdə qlobal maliyyə böhranının təsir etdiyi dağınmaz əmlak və avtomobil bazarında ürəkaçan irəliləyişlər nəzərə çarpmadığına görə böhranın hələ bir müddət davam edəcəyini söyləmək olar. ABŞ, eləcə də inkişaf etmiş dünya ölkələrinin iqtisadiyyatında hökm sürən sabit durum da bunu təsdiq edir. BVF qeyd edir ki, ХХ əsrin ən böyük depressiyasından sonra Amerika iqtisadiyyatı ən kəskin maliyyə böhranından dövlətin müdaхiləsi sayəsində "sağalır". Lakin bununla belə, tariхi ölçülərə görə, "iqtisadi sağlamlaşma yavaş gedir", "perspektivlər isə qeyri-müəyyən qalır".

Ədil




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : ABŞ iqtisadiyyatı qeyri -müəyyənlikdən yaхa qurtara bilmir
Yazılma Tarixi : 11.08.2010
Xəbər Etiketləri : ABŞ iqtisadiyyatı qeyri -müəyyənlikdən yaхa qurtara bilmir
Oxunma Sayı : 436
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.