Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

ABU-da oxuyan tələbələri qəbul edən yoxdur


Elşad Abdullayev Azərbaycandan qaçıb?

Bir neçə gündür ki Azərbaycan Beynəlxalq Universitetinin qarşısında aksiya keçirilir. Səbəb universitetin fəaliyyəti dayandırıldıqdan sonra burada oxuyan tələbə və onların valideynlərinin narahatçılığıdır. Həmin şəxslər şənbə günü də universitet binasının qarşısında toplaşıb universitet rəhbərliyindən pozulmuş hüquqlarının bərpasını tələb edirdilər. Onlarla tələbə və valideyn universitetin qarşısında rektorla görüşmək istəsələr də, onlara bu şəraiti yaradan yox idi.

Pulumu ver...

Göyçay rayon sakini, İlham Ağayev deyir ki, bir həftəyə yaxındır ki Bakıdadır. Universitetin bağlanması xəbərini eşidəndən sonra Bakıya gələn valideyn qızının 3 il oxuduğu universitetə köçürdüyü pulu tələb edirdi. İlham müəllimin dediyinə görə, 2007-ci ildə universitet rəhbərliyi ilə danışıb qızını bu ali məktəbə qəbul etdirmək istəyib. Danışığı baş tutub və ilk olaraq ABU rəhbərliyi uşağın adını Dağıstan Dövlət Universitetinə yazdırıb. O vaxt bunun üçün 1500 manat verib. Universitet rəhbərliyi bir neçə aydan sonra qızı Dağıstan Dövlət Universitetindən Azərbaycan Beynəlxalq Universitetinə köçürüb və həmin vaxtdan da orada oxuyur: "Qızım birinci kursu bitirəndə xəbər çıxdı ki, Azərbaycan Beynəlxalq Universiteti bağlanacaq. Onda gəlib rektorla danışdıq. Elşad Abdullayev bizi arxayın etdi ki, universitet bağlanmayacaq. Rektor bildirdi ki, Təhsil Nazirliyi ilə aralarında bir az problem yaranıb ki, o problem də həllini tapıb. Həqiqətən də bir müddətdən sonra söz-söhbətə son qoyuldu və universitet fəaliyyətini davam etdirdi. Hər il uşağıma görə universitetə 850 manat təhsil haqqı ödəmişəm. 3 il vaxtında ödəniş aparmışam ki, uşağı incitməsinlər. Amma indi heç nəyə nail ola bilməmişik. Pulum da gedib, uşağım da tam təhsilə yiyələnməyib. Mənim ödədiyim pulları kim qaytaracaqğ İndi də gəlmişəm ki, rektorla görüşüm, mümkün deyil. Hərə bir söz deyir. Gah deyirlər rektor Azərbaycanda deyil, gah deyirlər Bakıda danışıqlar aparır. Bunun hansı birinə inanaqğ Universitetin bağlanması barədə rəsmi qərar qəbul edilib, amma universitetdən deyirlər ki, qərar boş şeydi, universitet yenə fəaliyyətini davam etdirəcək. Kimə inanaqğ Rektor niyə bizi qəbul etmir, bilmirik".

2 il əvvəl ABU-nu bitirən məzun da diplom davası eləyir

Universitet qarşısında söhbətləşdiyim digər şəxs isə vaxtilə buranın tələbəsi olub. 2008-ci ildə universiteti müvəffəqiyyətlə bitirən Qəbələ rayon sakini Anar Rəşidov başqa problemlə üzləşib. Dediyinə görə, 2008-ci ildə universiteti bitiirib və heç bir kəsiri-filanı qalmayıb. Amma 2008-ci ildən bəri hər dəfə universitetə diplom dalınca gəlir və əliboş qayıdır: "Hər dəfə gələndə bir bəhanə edirlər. Hər gün bir bəhanə gətirib tələbələri süründürürlər: "İki ildən çoxdu ki, gəlib-gedirəm, diplom ala bilmirəm. 2008-ci ildə universiteti bitirib getmişəm rayona. Onda dedilər ki, sentyabrın sonları diplomlar hazır olacaq. Diplom pulunu da vermişəm. Sentyabrda gəldim dedilər ki, Təhsil Nazirliyi birinci dövlət ali təhsil müəssisələrinə diplomları verdiyi üçün ABU-nun diplomları bir ay ləngiyib. Razılaşıb qayıdıb getdim. Noyabrda gəldim, yenə də alınmadı. Dekan dedi ki, diplomlar yeni ildən veriləcək. Yenə gözlədim. Ondan sonra bəlkə 500 dəfə gəlib-getmişəm. Hər dəfə bir bəhanə gətirib bu vaxta gətirib çıxardılar. Azərbaycan Beynəlxalq Universitetilə Təhsil Nazirliyi arasında problem 2008-ci ildən yaranıb. Amma problemi gizlədib yenidən universitetə tələbə qəbul etdilər. Bizi də 2 ildir ki, süründürürlər".

Diploma görə yığılan 1000 manat rüşvət kimə çatıb?

Anar Rəşidov deyir ki, tələbə yoldaşlarının bəziləri diplom alıb. Amma universitetdən yox. Həmin şəxslər universitetdən sənədlərini alıb Təhsil Nazirliyinə müraciət edib və 2009-cu ildə diplom alıblar: "Kimin adamı var, sənədlərini nazirlikdə təsdiqlədib diplomunu alıb. Amma kimin ki adamı yoxdu, qalıb diplomsuz. 2009-cu ildə dekan bizi çağırıb dedi ki, diploma görə Təhsil Nazirliyi 1500 manat istəyir. Əvvəlcə etiraz edib pulu vermədik. Sonra dekan hər  birimizdən 1000 manat aldı və dedi ki, bir aya diplomlar veriləcək. Bizi aldatdılar ki, guya diplomlar təhsil naziri Misir Mərdanova təqdim edilib, nazir yaxın günlərdə imzalayacaq. Amma o yaxın gün, bu yaxın gün, hələ də gözləyirik. İndi də universitet tam ləğv edildi. Bilmirik kimə deyək dərdimizi. Təhsil Nazirliyinə müraciət edirik, deyirlər universitetə gedin, universitetdən isə bizi qəbul edən yoxdur".


Elşad Abdullayev ABU-nun bağlanmasından xəbərsizdir?


Şikayətçilər deyirlər ki, Azərbaycan Beynəlxalq Universitetində rəhbərlikdən heç kim onların qarşısına çıxıb bir söz demir. 3 günlük aksiyadan sonra nəhayət şikayətçilərin qarşısına çıxan Rabil Amanov adlı şəxs zərərçəkmişlərlə söhbət edib və bildirib ki, universitetin bütün tələbələri digər ali məktəblərə köçürüləcək. Amma nə vaxt, bilinmir: "Dediyinə görə, universitetdə dekan işləyir. Bizə dedi ki, Elşad Abdullayev Azərbaycanda yoxdur, ona görə də belə bir problem yaranıb. Rabil Amanov deyir ki, məsələdən rektorun xəbəri yoxdur. Necə yəni rektorun xəbəri yoxdur. Bu boyda universitet bağlanır, rektor xəbər tutmur. Belə çıxır ki, onda rektorun universitetdən ümumiyyətlə xəbəri yoxdur və universiteti başqa adamlar idarə edir. Biabırçı bəhanələr gətirməklə bizi aldadırlar. Neçə ildir ki, aldanırıq. Elşad Abdullayev qaçıb gizlənib, bizi salıb küçələrə". Şikayətçilər deyirlər ki, universitetin rektoru ilə bağlı daha bir məlumat yayılıb. Məlumata görə, rektor Elşad Abdullayev universitetdə ciddi nöqsanlar aşkarlandığı üçün Azərbaycanı tərk edib. Elşad Abdullayev həbs ediləcəyindən ehtiyatlanaraq ölkədən qaçıb və bir daha Azərbaycana qayıtmayacaq. Amma şikayətçilərin qarşısına çıxan universitet təmsilçisi Rabil Amanov deyilənləri şaiyə adlandıraraq Elşad Abdullayevin xidməti işlə bağlı xaricə getdiyini, bu məsələdən ümumiyyətlə xəbərsiz olduğunu iddia edib. Rabil Amanov şikayətçilərə söz verib ki, Elşad Abdullayev sentyabrın 14-də Bakıya qayıtmalı və şikayətçiləri qəbul etməlidir.

Samir




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : ABU-da oxuyan tələbələri qəbul edən yoxdur
Yazılma Tarixi : 06.09.2010
Xəbər Etiketləri : ABU-da oxuyan tələbələri qəbul edən yoxdur
Oxunma Sayı : 610
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.