Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

ABU-nun ərazisi sökülür



 
Universitetin idman meydançasının yeri Metropoliten deposunun tikinti sahəsinə düşür
 
Sentyabrın 1-dən lisenziyası dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ərazisində söküntü işlərinə başlanıb. Lent.az-ın əməkdaşları dünən ərazidə olarkən universitetin ərazisini əhatəyə alan daş divarın söküldüyünün şahidi olublar. Təxminən 2 metr hündürlüyündə olan daş divarın 150 metrədək hissəsi artıq sökülüb. Hətta sökülmüş ərazinin bəzi hissələri tör-töküntülərdən də təmizlənib. Xatırladaq ki, ötən ilin yayında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ABU-nun yerləşdiyi ərazinin bir hissəsinin Bakı Metropoliteninə məxsus olduğunu söyləmişdi. Buranın Bakı Metropoliteninin mövcud hərəkət xətlərinin genişləndirilməsi planına daxil olduğunu deyən Tağı Əhmədov ərazinin tezliklə geri alınacağı barədə xəbərdarlıq da etmişdi. Tələbələr və ətrafda yaşayanlar Lent.az-ın əməkdaşlarına bildiriblər ki, ABU-nun ərazisindəki söküntü işlərini məhz Bakı Metropoliteni aparıb. Universitetin inzibati ərazisinə bitişik idman meydançasının yeri hazırda tikilməkdə olan Bakı Metropolitenin deposunun tikinti sahəsinə düşür. Bu səbəbdən də ərazi ABU-ya məxsus tikinti sahələri sökülərək Bakı Metropoliteninə qaytarılıb. Söküntü işləri universitetin idman meydançasının sağ hissəsi boyunca böyük bir ərazini əhatə edir. Söküntü işləri universitetin Olimpiya İdman Kompleksinin giriş hissəsində davam etdirilir.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : ABU-nun ərazisi sökülür
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : ABU-nun ərazisi sökülür
Oxunma Sayı : 297
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.