Azərbaycan Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Sentyabrın 7-də keçirləcək müşavirə "Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009-2010-cu tədris ilinin yekunları" mövzusuna həsr olunub. Bu barədə "OLAYLAR"a nazirlikdən məlumat verilib. Məlumata görə, müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, onların fəaliyyəti, nailiyyətlər, problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.
|