Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

ADP AXCP-Müsavat cütlüyü ilə əməkdaşlığa maraqlıdır


Sərdar Cəlaloğlu: "Subyektiv amillər olmasa yəqin ki, Azərbaycan Demokrat Partiyasının Azərbaycan Xalq Cəbhəsi-Müsavat birliyi ilə əməkdaşlığı baş tutacaq"

"Daha yaxşı olardı ki, müxalifət parlament seçkilərinə birlikdə getsin"

Bu ilin noyabrında ölkədə keçiriləcək növbəti parlament seçkilərinə hazırlaşan Azərbaycan müxalifəti müxtəlif birlik və konfiqurasiya axtarışına çıxıb. Artıq bir sıra partiyalar arasında seçkilərdə birgə iştirak etmək barədə ümumi razılığın əldə edildiyi bildirilir. Bu sıraya Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının yaratmış olduğu birlik, Demokratiya Uğrunda İttifaq-Müsavat əməkdaşlığı, eləcə də Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş Partiyasının seçkilərdə birgə iştirak etmək barədə əldə etdiyi razılığı aid etmək olar. Yalnız Azərbaycan Demokrat, Liberal və Vətəndaş və İnkişaf partiyaları arasında aparılan danışıqlar nəticəsizdir ki, buna da yaxın günlərdə aydınlıq gətiriləcəyi bildirilir. Maraqlıdır ki, sonuncu formatda təmsil olunan VİP və ALP partiyalar arasında aparılan məsləhətləşmələrdə hər hansı bir nəticənin əldə edilməməsində Azərbaycan Demokrat Partiyasını günahlandırırlar. Ona ünvanlanan ittihamlarla razılaşmayan ADP isə hələlik məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Partiya sədri Sərdar Cəlaloğlu VİP və ALP ilə aparılan danışıqlarda hər hansı nəticənin əldə edilmədiyini desə də, bu məsələdə ADP-ni günahlandırmağın yersiz olduğunu düşünür: "Hələlik partiyalar arasında məsləhətləşmələr davam edir və bu məsləhətləşmələr bir neçə variantda aparılır. Bəzi məcləhətləşmələr göstərir ki, birlik cəhdləri nəticəsiz olacaq. Bəzi məsləhətləşmələr isə müəyyən ümidlər yaradır. Lakin aparılan danışıqların nəticəsi olaraq hələlik hər hansı ciddi bir müsbət irəliləyiş yoxdur. Ona görə də bu barədə nə Azərbaycan ictimaiyyəti, nə də kütləvi-informasiya vasitələrinə heç bir məlumat verilmir. O ki qaldı birliyin baş tutmamasında Azərbaycan Demokrat Partiyasının günahlandırılması və bizim gözləmə mövqeyində durmağımız barədə açıqlamalara, bunlar hamısı boş fikirlər. Azərbaycan Demokrat Partiyası heç bir gözləmə mövqeyində deyil və birlik istiqamətində səylərini davam etdirir". Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının VİP və ALP ilə danışıqlar aparmasına baxmayaraq AXCP-Müsavat birliyi ilə əməkdaşlığa meyilli olduğunu da gizlətməyib. O, rəhbərlik etdiyi partiyanın AXCP-Müsavat birliyi ilə əməkdaşlıq barədə məsləhətləşmələr aparacağını da istisna etməyib: "Bir sıra subyektiv amillər olmasa yəqin ki, Azərbaycan Demokrat Partiyasının Azərbaycan Xalq Cəbhəsi-Müsavat birliyi ilə əməkdaşlığı baş tutacaq". Birlik cəhdlərinin baş tutmayacağı təqdirdə Azərbaycan Demokrat Partiyasının parlament seçkilərinə müstəqil şəkildə qatılacağı da mümkün variantlar sırasındadır. Sərdar Cəlaloğlu deyib ki, partiya bu variant üzərində də işləyir və yerlərdə seçkilərə hazırlıq istiqamətində müvafiq işlər görülür, seçki mübarizəsinə qoşulacaq namizədlərin siyahısı müəyyənləşdirilir: "Artıq Azərbaycan Demokrat Partiyası 81 seçki dairəsindən namizəd müəyyənləşdirib. Partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin sayı arta və ya azala da bilər. Əgər apardığımız danışıqlar müəyyən nəticə versə və birlik baş tutsa, onda Azərbaycan Demokrat Partiyası qarşılıqlı anlaşma əsasında müəyyən seçki dairəsindən müttəfiqlərinə güzəştə gedə bilər". ADP sədri Azərbaycan müxalifətinin seçkilərə bir neçə blok şəklində getməsini də arzuedillmə hal sayıb. Bildirib ki, bu amil seçkilərdə səslərin parçalanmasına gətirib çıxaracaq: "Daha yaxşı olardı ki, müxalifət parlament seçkilərinə birlikdə getsin".

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : ADP AXCP-Müsavat cütlüyü ilə əməkdaşlığa maraqlıdır
Yazılma Tarixi : 25.08.2010
Xəbər Etiketləri : ADP AXCP-Müsavat cütlüyü ilə əməkdaşlığa maraqlıdır
Oxunma Sayı : 352
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Elcin
  Əla yazıdır SÜLEYMAN
Bənzər Xəbərlər
Ərdoğandan aravuranlara sərt sillə
Siyasi partiyalar haqqında qanun yenə gündəmdə
İranın nüvə obyektləri vurula bilər
Ocaqnejad Azərbaycan qanunlarına meydan oxuyur
"İslami İnkişaf modelini yaşatmağa gücü çatmayan İran Şimali Koreya inkişaf modelini seçməyə məcbur oldu"
Arif Hacılı İsa Qəmbərin başqanlıqdan getməsini istəyir


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.