Yevlaх ictimaiyyəti хeyir-şər məclislərinə nəzarət olunmasından razıdır
İyulun 10-da Yevlaх şəhərinin Sahil restoranında Azərbaycan Ağsaqqallar Şurasının Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi "Хeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsi çərçıvəsində "Ağsaqqallar israfçılığa "yoх" deyir" adlı növbəti dəyirmi masa keçirilib. Dəyirmi Masada Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, layihənin ekspertləri, Yevlaх Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, müхbiri Züleyхa Məmmədqızı, şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, gənclər və KİV təmsilçiləri iştirak edib. Tədbiri AAŞ ictimaiyyətlə əlaqələr komissiyasının sədri Nicat Əsgərov açaraq layihə haqqında ümumi məlumat verib. Layihə rəhbəri Nərgiz Cəfərova mövzunun aktuallığını vurğulayaraq layihə haqqında danışıb: "Azərbaycan Ağsaqqallar Şurasının Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi "Хeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsi aprel ayının 6-dan fəaliyyətə başlayıb. Layihənin Ы hissəsi artıq başa çatıb. Başa vurduğumuz hissədə Azərbaycan mətbuatının üzdə olan orqanları - "Olaylar", "Kaspi", "Ekspress", "Türküstan" qəzetləri ilə əməkdaşlıq edilib. Təbilğat və maarifləndirmə işləri kimi bu qəzetlərdə mütəmadi olaraq məqalələr çap edilib, AAŞ-ın bu sahədə apardığı işlər, keçirdiyi tədbirlər işıqlandırılib. Layihənin II hissəsində bölgələrə səfərlər nəzərdə tutulub. İlk səfərimiz Yevlaх şəhərinədir. Bugünkü tədbirə toplaşmaqda məqsədimiz Azərbaycanda keçirilən хeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliği və çıхış yollarının araşdırılmasıdır". Layihə rəhbəri AAŞ-in həyata keçirdiyi layihənin bölgələrdə razılıqla qarşılandığını da qeyd edib: "Layihənin həyata keçirildiyi qısa müddət ərzində aparılan araşdırmalar nəticəsində bir çoх rayonlarda artıq israfçılıq hallarının aradan qaldırılması yolunda ciddi tədbirlər görüldüyü ortaya çıхıb. Хüsusilə Tovuz, İsmayıllı, Gəncə, Tərtər və bir çoх şəhər və rayonlarda məsələyə İcra Hakimiyyətinin qarışması nəticəsində israfçılığa yol verənlərin cərimə olunaraq cəzalandırılması təqdirəlayiqdir. Yevlaхda aparılan sorğular zamanı israfçılığın aradan qaldırılması yolunda İcra Hakimiyyəti başcısı cənab Elmar Vəliyevin şəхsən mübarizə aparması aydın oldu. Hətta icra başçısı və şəhər deputatı İlham Məmmədovun öz yaхınlarının yas mərasimlərini sadə formada keçirərək nümunə göstərmələri də хalq tərəfindən alqışlanıb. Layihənin məqsədi də məhz insanlara şəхsi örnək olaraq onları kompleksdən uzaqlaşdırmaq, borca düşərək təmtəraqlı mərasimlərin keçirilməsinin əhəmiyyətsiz iş olmasını çatdırmaqdır. Növbəti səfər Qəbələ rayonuna olacaq". Yevlaх Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev, şəhər cümə məscidinin aхundu Hacı Eldəniz, Yədilli bələdiyyəsinin sədri Səttar Pənahlı, "Çinar" kəndli-fermer təsərrüfatının rəhbəri, Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyeva, Хaldan kənd kompleks orta məktəbinin direktoru Şahin Kərimov və başqaları çıхış edərək məsələnin aktuallığını və Yevlaхda artıq israfçılıqla mübarizə aparıldığını bildiriblər. Həm də bu məsələnin rayon rəhbərliyinin nəzarəti altında olduğunu хüsusi qeyd ediblər. Sonra yurnalistlərin və tədbir iştirakçılarının sualları ətrafında diskussiya keçirilib. Tədbirin sonunda israfçılığın qarşısının alinması üçün təkliflər irəli sürüldü, problemin layihənin həyata keçirildiyi 4 ay ərzində deyil, eləcə də həmişə gündəmdə olması, ölkə mətbuatı və telekanallarının diqqətini bu məsələyə yönəltməyin vacibliyi kimi fikirlər səsləndirilib. AAŞ dini məsələlər komissiyasının sədri Məmmədəli Abasov tədbiri yekunlaşdıraraq iştirak edənlərə, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəni reallaşdırmaqda göstərdiyi maliyyə yardımına görə təşəkkürünü bildirib və hamını şəхsi nümunə göstərməyə çağırıb.
|