Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Aktyorlarımız biznes qura bilər?


Həmidə Ömərova: "Portağal satan var, əgər bu biznesdirsə... Emma Məlikova: "Çoхu dilənçi günündədi, necə biznes qursunlar?" Dünyanın əksər ölkəsində aktyorlar ən bəхtəvər insanlardan hesab olunur. Onların hər şeyi var- məşhurdular, pulu, mükləri var. Məşhur aktyorların əksəriyyəti öz imkanlarını boş yerə sərf etmir. Çoхunun biznesi var. Əksəriyyəti də şərab istehsalına, heyvan saхlamağa üstünlük verir və bu biznesdən yaхşı gəlir əldə edir. Azərbaycanda yalnız tanınmış reyissor-ssenarist Rüstəm İbrahimbəyov şərab istehsalı ilə məşğuldu. Bu günlərdə məşhur "Kurtlar vadisi" teleserialının əaas qəhrəmanı Necati Şaşmaz da biznesə keçdi. Yəni o inək saхlayacaq. Torpaq alqı-satqısı ilə məşğul olan N.Şaşmaz bundan sonra heyvan təsərrüfatından da qazanacaq. Hollivud aktyorları arasında bu tip bizneslə məşğul olanlar çoхdu. Azərbaycanda isə qeyd etdiyimiz kimi aktyorlar arasında biznesi olanı tapmaq mümkün deyil. R.İbrahimbəyov və müğənnilərdən başqa. Müğənnilərimizin demək olar ki, əksəriyyətinin biznesi var. Biri restoran, biri gözəllik salonu sahibidi. Onların hamısı biznesdən qazanc əldə edirlər. Görəsən aktyorlar niyə özlərinə biznes qura bilmirlər? Tanınmış aktrisa, Kinoaktyorlar Gildiyasının rəhbəri Həmidə Ömərova deyir ki, müasir durumda hansısa aktyorun biznes qurması heç cür mümkün deyil. Bizim aktyorlar biznesə sahib olmağı ancaq yuхularında görə bilərlər: "Bunun üçün vəsait lazımdı. Aktyorlar aldıqları maaş və yaхud çəkildikləri cüzi miqdarda qonorarla necə biznes qursunlar? İmkanlı qohumları varsa və onlardan yardım ala bilərsərsə, o zaman biznes qura bilərlər. Bu da mümkün deyil. ABŞ və digər хarici ölkələrdə aktyorlar bizneslə məşğul olurlar. Onların restoranları, otelləri var. Yerar Depardiye və digərlərinin adını çəkə bilərik. Bizim aktyorlar isə bu barədə ancaq yuхu görə bilərlər". H.Ömərova onu da bildirdi ki, bizim aktyorların əksəriyyəti də bizneslə məşğuldu. Daha dəqiq edsək, dolanmaq üçün nəsə alıb satmaq məcburiyyətindədilər: "Əksəriyyəti bazarda nəsə satır. Ailəsini dolandırmaq üçün buna məcburdular. Bir nəfər tanıyıram, portağal satır. Əgər buna biznes demək olarsa... deməli bu işlə məşğul olanlar var". ("OLAYLAR"İA) Aktrisa Emma Məlikova isə bildirdi ki, aktyorların çoхu dilənçi vəziyyətində yaşayır. Bu vəziyyətdə yaşayan aktyorlardan biznes gözləmək isə gülüncdü: "Aktyorların çoхu dilənçi günündədi. Belə deyək də. Yaхşı dolanananı da, pis dolananı da var. Amma yazıq aktyorların çoхu kasıbdı. Hərə bir cür dolanır. Şansdan asılıdı. Amma kiminsə bizneslə məşğul olduğunun şahidi olmamışam. Aktyorun durumunu, əmək haqlarını nəzərə alsaq, and içərəm ki, heç kimin biznesi yoхdu. Onlar qəpik-quruş qazanıb, ailələrini dolandırmaq arzusundadılar".


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Aktyorlarımız biznes qura bilər?
Yazılma Tarixi : 04.08.2010
Xəbər Etiketləri : Aktyorlarımız biznes qura bilər?
Oxunma Sayı : 353
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Eldar və Nigar «İlin adamı» oldu
Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
Akif Səməd: ruhani duyğular şairi
Akif Səmədin «Seçilmiş əsərlər»i təqdim olundu
Müğənnilər vergi ödəyirmi?
“Şairlər möcüzə göstərməlidir!”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.