Əli Oruclu: “Kimlərinsə iddialı fikirlərini həzm etmək, onların qarşısında kənara çəkilmək niyyətimiz yoxdur”
Müxalifət partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcəkləri təqdirdə Milli İstiqlal Partiyası güzəştlərə getməyə hazır olacaq. Partiyanın mətbuat və təbliğat katibi Əli Oruclu “OLAYLAR”İA-ya verdiyi açıqlamada deyib ki, ancaq güzəştlər qarşılıqlı olmalıdır: “Kimlərinsə iddialı fikirlərini həzm etmık, onların qarşısında kənara çəkilmək niyyətimiz yoxdur. Hər hansı bir siyasi qüvvə iddialı şəkildə hansısa dairədən namizədini irəli sürmək istəyərsə və həmin dairədən AMİP namizədinin qələbə qazanmaq şansının yüksək olduğunu görəriksə heç bir güzəştə getmərik. Güzəştlərə getmək qarşılıqlı və obyektiv olmalıdır. Hansısa siyasi qüvvənin maraqlarının təmin edilməsi üçün Milli İstiqlal Partiyası heç vaxt güzəştə getməyib və bundan sonra da getməyəcək”.
|