Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Azərbaycanda bir neçə yeni rabitə obyekti istifadəyə verilib


28 may - Respublika Günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilib.
Milli.Az xəbər portalı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, Aztelekom İstehsalat Birliyi Sumqayıt şəhərinin ATS-lərinin (652/653/654/655/656/657/658) NGN texnologiyasına keçidini başa çatdırıb. Nəticədə Sumqayıt telekommunikasiya şəbəkəsi müasir rabitə ilə təmin olunub. NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir.Bundan əlavə, İB tərəfindən Respublika Günü ərəfəsində Daşkəsən rayonunun Dəstəfur və Əhmətli kəndlərində müvafiq olaraq 112/30 və 64/30 nömrə tutumlu, Ağstafa rayonunun isə Köçvəli və Muğanlı kəndlərində 128.30 nömrə tutumlu DS-200 tipli elektron ATS-lər quraşdırılaraq əhalinin istifadəsinə verilib.Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhərində ümumi nömrə tutumu 1888 (944+944) iki ONU tipli ATS-i istifadəyə verib. Bundan əlavə, Qala st. ATS-də abunə tutumu 512, Buzovna qəsəbəsindəki ATS 453-də 1024 nömrə artırılıb.Teleradio İstehsalat Birliyi Astara və ətraf ərazilərdə Respublika FM radio proqramının yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Astaradakı radio televiziya stansiyasında əvvəllər istismar olunan 250 Vt gücündə radio verici müasir tipli, 1 kVt-lıq “Elektronika” tipli FM verici ilə əvəz olunub. Bundan əlavə, Astara RTYS-də ATV İNT kanalının yayımı üçün 10 kVt gücündə “Kvant-Efir” tipli verici quraşdırılıb.Azərpoçt MMC də bayram ərəfəsində yeni obyektləri istifadəyə verir. Şəki rayonu Kiş kəndində, Masallı rayonu Bambaşı kəndində və Qazax rayonu Orta Salahlı kəndində yeni poçt şöbələrinin binaları əhalinin istifadəsinə verilir. Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Azərbaycanda bir neçə yeni rabitə obyekti istifadəyə verilib
Yazılma Tarixi : 27.05.2010
Xəbər Etiketləri : Azərbaycanda bir neçə yeni rabitə obyekti istifadəyə verilib
Oxunma Sayı : 738
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İki ölü ulduz birləşəcək
Dünyanın ən kiçik videokamerası yaradılıb
Yer kürəsində 6 ballıq maqnit dalğası başladı
Sabah Yerin yaxınlığından asteroid keçəcək
İnternet istifadəçilərinə xəbərdarlıq
Türklər kosmosa uçacaqlar


Son xəbərlər
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
 
  Türkiyə Baş Qərargahının rəisi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.