Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Avropa böhrana "əlvida" deyir


 

Avropa ölkələrinin iqtisadiyyatında baş verən artım....

Qlobal maliyyə böhranı baş verəndən bu yana ilk dəfədir ki, dövlət rəsmiləri tərəfindən böhranın aradan qaldırılması istiqamətində fikirlər səslənir. Belə ki, Almaniyanın maliyyə naziri Rainer Bruederle Almaniya iqtisadiyyatında artım olduğunu bildirib. O, Almaniya iqtisadiyyatının aprel-iyun ayları ərzində 2,2 faiz böyüməsini dirçəliş adlandırıb: "Bu rəqəmlər göstərir ki, hökümətin böhran əleyhinə tədbirləri nəticə verir. Demək olmaz ki, bu iqtisadi möcüzədir, vəziyyət kökündən dəyişib. Ancaq dirçəliş göz önündədir, ixrac yetərincə artıb, bununla yanaşı sərmayələr də tədricən artmağa başlayıb, investisiya mühiti düzəlir". Ümumilikdə böhranın aradan qaldırılması istiqamtində İtaliya və İspaniyada həyata keçirilən tədbirlər nəticəsində iqtisadi artım tempi sezilməkdədir. Sözügedən ölkələr büdcə kəsirlərini azaltmaqla buna qismən nail ola bilib. Böhranın ən çox təsir göstərdiyi Yunanıstanda isə, büdcə kəsirlərində azalma müşahidə olunur. Bu istiqamətində görülən işlər sırasında maaşların aşağı salınmasını da göstərmək olar. Bir müddətə kimi qlobal maliyyə böhranının ikinci dalğasının yaşanacağını açıqlayan beynəlxalq iqtisadi təşkilatlar artıq bu tendensiyanın arxada qaldığını bildirirlər. Həmin təşkilatlar bunu neftin qiymətinin dünya birjalarında artıq oturaq rəqəmdə satılması ilə izah edirlər. Aparılan araşdırma göstərir ki, böhran dövründə neftin qiyməti təhlükəli 45-50 dollar həddinə düşmüşdü. Son aylarda isə neftin dünya birjalarında satışı 70-75 dollara həyata keçirilir ki, bu da ayrı-ayrı ölkələrin iqtisadiyyatında müəyyən artımla müşahidə olunur. Əsasən neft gəlirləri hesabına ölkə büdcəsini formalaşdıran Norveç iqtisadiyyatında da artımın müşahidə olunmasının Avropa ölkələrinin böhrandan sıyrılması kimi qiymətləndirmək olar. Böhranın aradan qaldırılmasında Avropa ölkələrinin səylərini xüsusi vurğulamaq lazımdır. Çünki, iqtisadi böhranın ilk aylarından avronun məzənnəsinin kəskin aşağı düşməsi bu valyutanın dövriyyədən çıxacağı ilə bağlı fikirləri formalaşdırmağına baxmayaraq Avropa iqtisadiyyatında baş verən son irəliləyişlər avroya nəfəs verdi. Bu gün qara qızılla yanaşı avronun məzənnəsində də müəyyən artım nəzərə çarpır. İqtisadi ekspertlər avroya ikinci nəfəs verilməsini yüksək qiymətləndirirlər. Belə ki, bu dolların hegemonluğunun, dünya iqtisadiyyatının dollardan asılılığının qarşısının alınması üçün yeganə vasitə olduğundan sözügedən valyutanın ömrünün uzadılmasına böyük ehtiyac vardı. Yuxarıda sadaladığımız ölkələrin iqtisadiyyatında baş verən artıma nəzər salanda bunun iqtisadi böhrandan ən çox əziyyət çəkən avtomobil sənayesinin inkişaf tempində baş verən artımdan sonra baş verdiyinin şahidi oluruq. Məsələn Almaniya iqtisadiyyatdan qərbi və şərqi Almaniya birləşəndən sonra-son 20 ilin ən yüksək iqtisadi göstəricisi sayılan iqtisadi artımın baş verməsinin əsl səbəbi Almaniya istehsalı olan avtomobil və motorlara tələbatın artmasıdır. Bunun davamlı olmayacağından ehtiyatlanan ekspertlər isə Almaniya və ümumilikdə avrozonada baş verən cüzi artımın tezlikdə aradan qalxacağından ehtiyatlanırlar. Bu yöndə fikir yürüdən ekspertlər iddia edir ki, avtomobil sənayesində ixracın artmasına baxmayaraq istehlakçıların alıcılıq qabiliyyəti və sərmayələr isə artır. Bədbin proqnoz verənlər onu da irəli sürürlər ki, artım müxtəlif sahələr üzrə nəzərə çarpsa da əsasən sənaye istehsalı üzrə durğunluq davam edir. Belə ki, Almaniya iqtisadiyyatında sənayenin istehsalında 0,5 faizik eniş müşahidə olunub.

Ədil




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Avropa böhrana "əlvida" deyir
Yazılma Tarixi : 06.09.2010
Xəbər Etiketləri : Avropa böhrana "əlvida" deyir
Oxunma Sayı : 344
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.