Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

AXCP əks-hücuma keçdi


 

Müsavat və DUİ-nin namizədlərinə qarşı müstəqillər çıxarılır

Müsavat Partiyasının DUİ ilə vahid namizədlərlə bağlı saziş  imzalaması AXCP-də narazılıqla qarşılanıb. Müsavatın ikibaşlı oyununun-həm AXCP ilə müttəfiq olmaq istəməsinin, həm də DUİ ilə saziş bağlamasının partiyalar arasında ciddi narazılıq yaradacağı proqnozlaşdırılmışdı. Siyasi müşahidəçilər bildirirdilər ki, AXCP hökmən cavabını verəcək və Müsavatı çətin vəziyyətə salacaq. Xatırladaq ki, AXCP ilə Müsavat 80 dairədə vahid namizədlə çıxış etmək barədə razılığa gəlib. Siyasi intriqalara meylli AXCP sədrinin qisas hissi konstruktivliyi üstələyib və Müsavatdan 2005-ci ildə parlamentə düşmüş deputatların heç biri və onları parlamentə getdikləri üçün dəstəkləmiş Rauf Arifoğlu siyahıya salınmayıb. Deputatların yanında pərt vəziyyətdə qalan İsa Qəmbər vəziyyətdən DUİ ilə saziş bağlamaqla çıxmaq istədi. DUİ adına KXCP sədri ilə müqavilə bağlandı. KXCP sədri ilk dəfə siyasi çeviklik nümayiş etdirərək Müsavatla sazişə AXCP-nin vahid namizədlər siyahısına salmadığı şəxsləri saldı. Özü də qəribədir ki, Müsavat-DUİ birliyinin siyahısında yalnız sədrlər və AXCP-Müsavat birliyindən kənarda qalanların adları razılaşdırılıb. Müsavatın bu manevri AXCP-nin çətin vəziyyətə saldı. Amma Cəbhə liderinin əks-hücuma keçəcəyi gözlənilirdi. AXCP-nin təkrar olaraq "Azadlıq" bloku formatına qayıtması, ALP və AVİP-lə birlik qurması mümkün deyildi. Bu, siyasi etikaya uyğun olmazdı. Həm də artıq AVİP-lə ALP "İnsan naminə" adlı seçki blokunu  təsis ediblər. AXCP-nin o bloka qoşulması düzgün olmazdı. AXCP-nin Ümid Partiyası ilə problemlərinə görə, AXCP "Qarabağ" seçki blokuna qoşulmaz. Həm də o blokda qəzetində AXCP sədrini təhqir etmiş ADP var. Belə olan halda AXCP təklənmiş duruma düşürdü. Əli Kərimlinin yeganə çıxış yolu siyasi partiya üzvlüyü olmayan ictimai rəy liderlərini irəli çıxarmaq, onların gücü ilə müsavatçı namizədləri əngəlləmək idi. AXCP sədri elə bu yolu seçib. AXCP rəhbərliyinin bu günlərdə çıxardığı qərara əsaəsən, 9 saylı Binəqədi dairəsindən "Respublika Alternativ" adlanan qurumun rəhbəri, ictimaiyyətin politoloq kimi tanıdığı İlqar Məmmədov dəstəklənəcək. O dairədən ki Müsavat DUİ ilə anlaşmaya əsasən BAP sədri Elşad Musayevin namizədliyi müdafiə ediləcək. Sözügedən dairədə qərbi azərbaycanlı qaçqınlar (hər iki namizəd əslən o  bölgədəndir) kompakt yaşasa da, siyasi ömrünü çoxdan bitirmiş Elşad Musayevin radikal köşə yazarlarının sevimlisi olan İlqar Məmmədova (maraqlıdır ki, hər ikisi sabiq AMİP-çi olub) üstün gəlməsi şübhəlidir. Bu, ümumiyyətlə mümkün deyil. Belə olan halda AXCP-nin Müsavat-DUİ birliyinə qarşı sanballı namizəd çıxardığı faktı ortadadır. AXCP-nin bu hərəkəti DUİ-də Müsavata qarşı narazılıq yaradacaq. Siyasi analitiklərin fikrincə, Müsavatın bir əldə iki qarpız tutmaq taktikasının özü uğursuz olacaq. Müsavat eyni zamanda həm AXCP-nin, həm də DUİ-nin namizədlərinə dəstək verə bilməz. Bu halda ikitirəlik yarancaq, Pənah Hüseyn demiş "AXCP-Müsavat birliyi ideyası yıpranacaq" (yəni gözdən düşəcək).
 AXCP-nin Müsavat-DUİ blokuna qarşı başqa namizədləri də çıxaracağı gözlənilir. Bu sırada Şahvələd Çobanoğlu, Erkin Qədirli, Eldar Namazov və başqaları da var. Müsavatan ikili oyunu və AXCP-nin cavab taktikası heç şübhəsiz ki, müxalifətin ümumi səslərinə təsir edəcək, düşərgə barədə qeyri-ciddi ictimai rəyin yaranmasına gətirib çıxaracaq.

Aydın




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : AXCP əks-hücuma keçdi
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : AXCP əks-hücuma keçdi
Oxunma Sayı : 359
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ərdoğandan aravuranlara sərt sillə
Siyasi partiyalar haqqında qanun yenə gündəmdə
İranın nüvə obyektləri vurula bilər
Ocaqnejad Azərbaycan qanunlarına meydan oxuyur
"İslami İnkişaf modelini yaşatmağa gücü çatmayan İran Şimali Koreya inkişaf modelini seçməyə məcbur oldu"
Arif Hacılı İsa Qəmbərin başqanlıqdan getməsini istəyir


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.