Seçkidən sonra Müsavata qarşı kampaniya başlanacaq
AXCP ilə Müsavat partiyası arasında birləşmək, birgə seçki bloku yaratmaq istiqamətində danışıqlar davam edir. Ötən ay başlanmış proses hələ də siyasi müşahidəçilər üçün müəmmalı olaraq qalır. Hələ də aydın deyil ki, AXCP birdən-birə "Azadlıq" blokundan niyə imtina etdiğ Necə oldu ki, AXCP Müsavatın təhdidləri qarşısında geri çəkildiğ Bəzilərinə aydın olmayan bu müəmmalara yavaş-yavaş işıq düşməyə başlayır. AXCP sədrinin müavini, AXCP-Müsavat birliyinin memarlarından biri Fuad Qəhrəmanlı Facebook sosial şəbəkəsində xəbər yayıb ki, AXCP-Müsavat bloku "Birlik" adlansa yaxşı olar. Bu, böyük ehtimalla, Əli Kərimlinin fikridir. AXCP blokun "Birlik" adlanmasını istəyir. İlk baxışda düşünmək olar ki, burada qeyri-adi nə var kiğ AXCP ad təklif edir və "Birlik" normal blok adıdır. Amma bu, indilikdə belədir. AXCP-nin söz yox ki, gələcəyə planı var və "Birlik" adı da bununla bağlıdır. Əgər Cəbhə rəhbərliyi Müsavatla birlik məsələsində səmimidirsə, onda bloka nədən Rəsulzadə-Elçibəy platformasına uyğun bir ad qoyulmasınğ Axı bu təşkilatların birliyi məhz bu platforma əsasında baş tutub. Yəni hər iki tərəf elan edib ki, bu partiyalar arasında birlik ona görə baş tutur ki, hər ikisi Rəsulzadə-Elçibəy ideya-siyasi xəttinə uyğun kurs tutublar. Məntiqlə blokun adı da platformaya uyğun şəkildə "Milli demokratik qüvvələr" bloku, "Müsavat" bloku, "Rəsulzadə-Elçibəy" bloku adlana bilərdi. Lakin göründüyü kimi AXCP rəhbərliyi bunu etmədi. Fikrimizcə, Müsavat-AXCP blokunun "Birlik" adlanması AXCP-nin gələcək planları ilə bağlıdır. 2005-ci il parlament seçkilərindən sonra AXCP ilə Müsavat arasında yaşanmış ziddiyyətləri yada salaq. O zaman Müsavatın 5 fəalı deputat seçildi. Müxalifətin ümumi boykot taktikasına rəğmən Müsavat deputatları parlamentə getdilər. AXCP-nin təbliğat maşını qara piar əməliyyatına başladı. AXCP-nin qəzetləri müsavatçı deputatları müxalifətin ümumi maraqlarına zidd addımlar atmaqda, düşərgənin mənafeyini satmaqda suçlandırdılar. 2006-cı ilin iyun ayına qədər AXCP-nin "piar maşın"ı Müsavatı söyüb-aşağıladı. Nəticədə AXCP ana müxalifətin söz sahibinə çevrildi. AXCP-nin rəhbərlik etdiyi "Azadlıq" bloku 2010-cu ilə qədər yaşadı və ana müxalifət kimi təqdim olundu. Lakin "Azadlıq" blokunun seçkiyə girməyə gücünün olmadığını görən AXCP cırtdan müttəfiqlərindən imtina etdi. Amma AXCP Müsavatın özünə də müvəqqəti müttəfiq kimi baxır. Məsələ ilə əlaqədar Müsavatdakı mənbəmiz maraqlı məlumat verdi. Mənbə bildirir ki, AXCP qarşıdakı parlament seçkilərində də parlamentə düşməyəcəyini gözəl bilir: "Cəbhədə bilirlər ki, bu dəfə də müxalifəti parlamentdə Müsavat təmsil edəcək. Ona görə də gələcəyə hazırlaşırlar. Yəqin ki, bu dəfə də 2005-ci ildəki kimi olacaq. Müsavat mandatları götürüb parlamentə gedəcək, AXCP kənarda qalacaq. Sonra yenə qovğa başlanacaq. Müsavatı söyəcəklər. AXCP ilə Müsavatın yolları ayrılacaq. O zaman AXCP "Birlik" blokuna başqa partiyaları dəvət edərək yenə ana müxalifətin lideri olmağa çalışacaq". Xatırladaq ki, 2006-cı ildə də belə olmuşdu. Müsavat "Azadlıq" blokunu tərk etdikdən sonra AXCP quruma başqa partiyaları dəvət etmiş, ALP ilə AVİP "Azadlıq" blokunun üzvü olmuşdular. Görünür AXCP yenə də bu taktikaya üstünlük vermək istəyir. Bloka Rəsulzadə-Elçibəy platformasına uyğun adın seçilməsi də bununla bağlıdır. AXCP elə ad seçir ki, sonra Müsavatı buradan uzaqlaşdırmaq və deyək ki, ALP və AVİP kimi partiyaları bura cəlb etmək mümkün olsun.
Aslan
|