Reper Hüseyn Dəryanın ailəsinin dağılmaq təhlükəsi sovuşdu. Reperin duet ortağı Aynurla aralarında eşq macərası yaşandığı deyilsə də, onun həyat yoldaşı Sona Muradova bunları dəf edib. S.Muradova "OLAYLAR"a bildirib ki, son gündər daima H.Dəryanın yanında görünən Aynur əslində nişanlıdı: "Aynur əslində nişanlıdı. Həm də Aynur bir qadın olaraq məndən artıq deyl. O kimdi ki, ona görə biz ayrılaq. Öz xoşbəxtliyimi ona vermək fikrim də yoxdu". Xatırladaq ki, H.Dərya Aynurla duet yazdırıb və hazırda bu duetə klip çəkilir. Aynur isə saytlardan birinə verdiyi müsahibədə H.Dəryanın ailəsinin dağılmaqda olduğunu bildirib.
|