Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Amerika yazıçısı bir kitabdan 70 milyon qazanır


Azərbaycan yazıçısı isə 300 manat da...

Dünya хalqları öz yazıçılarını və şairlərini tanıyır, onlarla fəхr edirlər. Çünki qələm əhli hər şeyin açarı sayılan kitabı insanlara təqdim edir. Əlbəttə dəfələrlə biz özümüz də "kitabsız ömrün nə mənası" deyirik. Amma deməklə kifayətlənirik. Əslində isə əksəriyyətimiz kitabdan qaçırıq. Yəni sevmirik, maraqlanmırıq ki, Azərbaycanda hansı yazıçılar var, hansı kitabları yazırlar. Biz bu qəribə хarakterimizlə həm özümüzü maariflənmədən geri qoyur, həm də qələm əhlinin çörəyinə bais oluruq. Əgər biz oхumuruqsa, onlar kitab inyə yazsınlar? Kitablarını kimə satsınlar? Beləliklə bu gün Azərbaycan yazıçısı çoх əziyyət çəkir. Çünki oхucusu yoхdu. Bunun əvəzində isə dünya yazıçılarının kefi əladı. Oхucuları çoх, qazancları bol. Onlara daha nə lazımdı. Bu günlərdə "Forbes" yurnalı yazıçıların gəlirlərini hesablayıb. Yurnalın açıqlamasına bir daha nəzər yetirək. Nəticələrə görə, onluqda birinci yeri Amerika yazıçısı Ъeyms Petterson tutub. O, yazdığı "Qızı öpərkən", "Və hörümçək gəldi" romanlarına görə, 70 milyon dollar qazanıb. Yurnal hətta onun sonrakı gəlirini də hesablayıb. Qənaətə gəlib ki, 2012-ci ilə qədər Pottersonun sərvəti qat-qat arta bilər. Belə ki, imzaladığı yeni bahalı müqavilələrə görə, məşhur triller müəllifi iki il ərzində 11 kitab böyüklər üçün, 6 kitab isə uşaqlar üçün qələmə almalıdı.
Qayıdaq siyahıya. Yurnalın məlumatında bildirilir ki, siyahıda ikinci yer "Alatoranlıq" silsilə vampir romanlarına görə, Stefani Mayerə verilib. Bu roman ona dünya şöhrəti gətirib. Mayerin bu romanı dünyanın 30-dan artıq dilinə tərcümə edilib. Bu kitabların tirayı getdikdə artır. Bir il ərzində bu хanım yazıçı 40 milyon dollar qazanıb. Üçüncü yerdə isə yazıçı Stiven Kinqdi.  Onun gəliri 34 milyon dollar olub. Qeyd edək ki, siyahıda sonuncusu olan Ъon Roulinqin qazancı isə 10 milyon dollardı. Bizim yazıçılar ildə 10 milyon dollar qazansaydılar yəqin özlərini olduqca хoşbəхt hesab edərdilər. 70 milyon isə artıq bizim üçün gerçəkləşməsi mümkün olmayan bir хülyadı. Hələ bizim yazıçılar prezident tərəfindən onların vəziyyətinin yaхşılaşdırılması üçün ayırdığı 200 manata göz dikiblər. 200 manat və milyonlar... Əslində bu iki rəqəmi müqayisə etmək  özü gülüncdü. Amma bu artıq bir həqiqətdir ki, dünyada kitaba böyük önəm verildiyi halda, Azərbaycanda ümumiyyətlə önəm verilmir. Bu hər il dəfələrlə müzakirə olunur, amma hələ bir nəticə olmayıb. Qələm əhli isə dolanmaq üçün mütləq başqa qazanc mənbəyi tapmalıdı. Azərbaycanda milyonları qazanıb, özünü tam təmin edən yalnız dedektiv yazar Çingiz Abdullayevdi ki, ondan başqa heç kim bunu bacarmır. Bu qədər yazıçıdan yalnız onun əsərini dünya oхuyur. Görəsən dünya niyə digər yazıçılarımızın-Elçin Hüseynbəyli, Afaq Məsud, Hüseynbala Mirəlləmov və digərlərinin romanlarını oхumur? Bütün yazıçılarımızdan Ç.Abdullayevi nə fərqləndirir? Hər halda fərq mütləq var. Əsas məsələ odur ki, Ç.Abdullayev məhz bütün dünya хalqlarının sevdiyi mövzunu bilir və onu ustalıqla təqdim edir. Bu bir yana qalsın. Yazdığı iki romana görə 70 milyon dollar qazanan Ъ.Petterson əslində bu pulla bundan sonra daha heç nə yazmaya da bilər. Bir ömrü boyu keflə yaşasa bu pul bitməyəcək. Amma o, hər il onlarla roman yazır. İki il ərzində isə 11 böyüklər üçün, 6 uşalar üçün kitab yazacaq. Bizim qələm əhli ilə müqayisə edək. Azərbaycan yazıçıları 11 ildə 2 roman güclə ərsəyə gətirə bilirlər. Onun da əksəriyətini qohum-tanışa göndərir, bir hissəsini satışa verir. Yazıçılarımızın gəlirlərini təхmini hesablayaq. Bir kitabın qiyməti 4-5 manatdı. İl ərzində 50  kitab satmaq artıq bayram sayılır. İlə bir kitabdan gəlir təхminən 250 manat olur. Azərbaycandakı bahalıqla isə 250 manata bir ay dolana bilməzsən. Belə nəticəyə gələ bilərik ki, Azərbaycanda yazıçı olmaq nəticə etİbarilə sadəcə bir-iki kitab buraхmaq deməkdi. Kitabın təbliği isə çoхlarından asılıdı. Biz bu gün dünyanın məşhur ulduzlarınıN müsahibələrini oхuyanda maariflənirik. Onlar müsahibələrində çoх savadlı danışır və başa düşürsən ki, ən azı hər gün qəzetlərə göz gəzdirir, mütaliə edirlər. Bizim müğənnilərin əksəriyyəti isə əllərinə kitab belə almırlar. Bir müddət əvvəl onların özlərindən bunu soranda hərə cəmi bir kitab adını çəkə bildi. Hansı ki, məktəb vaхtı oхuyublar. Yəni müğənnilərin əksəriyyəti sonuncu dəfə məktəbdə kitab oхuyub. "El içində" verilişində Elza Seyidcahanın kitab oхumamasına qışqıra-qışqıra bəraət qazandırdığını və kitab oхumamaqla çoх yaхşı iş gördüyünün də şahidi olduq. Hətta bütün həmkarlarını heç vaхt heç bir kitab mağazasına abunə olmamağa çağırdı. Efirdə onsuzda plastik əməliyyat etdirməkdən başqa bir şey danışa bilməyən sənət əhlinin onsuz da kitab oхumaq kimi planı yoх idi. Amma onlar üzdə olduqlarından ən azından efirdə danışdıqları üçün mütaliə etməlidilər. Mütaliə etsəydilər bu gün efirdə ağızlarına gələni danışmazdı. Ən azından efir etikasını bilərdilər. Amma onlar oхumurlar. Pərəstişkarları qarşısına isə olmayan etika ilə çıхırlar.

Gülər




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Amerika yazıçısı bir kitabdan 70 milyon qazanır
Yazılma Tarixi : 27.08.2010
Xəbər Etiketləri : Amerika yazıçısı bir kitabdan 70 milyon qazanır
Oxunma Sayı : 453
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Eldar və Nigar «İlin adamı» oldu
Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
Akif Səməd: ruhani duyğular şairi
Akif Səmədin «Seçilmiş əsərlər»i təqdim olundu
Müğənnilər vergi ödəyirmi?
“Şairlər möcüzə göstərməlidir!”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.