Qroznıda Axmet Kadırovun xatirəsinə həsr olunan boks üzrə 3-cü beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, 15 ölkənin boksçuları da mübarizə aparıblar.Yarışda 11 çəki dərəcəsi üzrə 110 boksçu birincilik uğrunda yarışıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Qasımlı keçirdiyi bütün görüşlərdə rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb. Namiq Hüseynov (57 kq), Rahib Bəylərov (75 kq) və Hafiz İsgəndərov (91 kq) yarışın bürünc medalına sahib olublar. Azərbaycan yığması ümumi komanda hesabında ikinci olub./AzərTAc/
|