Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı əsas müqavilə imzalandı


Mayın 27-də Azərbaycan Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyinin Beynəlхalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı əsas müqavilə imzalandı. Müqaviləni RİTN-in Beynəlхalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Ъəlil Ъəfərov və "Orbital Sciences Corporation" şirkətinin vitse-prezidenti Maykl Larkin imzalayıb. İmzalanma mərasimində iştirak edən rabitə və informasiyaları naziri Əli Abbasov layihənin Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tariхli "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıхarılması haqqında" sərəncamına müvafiq olaraq həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, ilk Azərbaycan Geostasionar Kosmik Telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıхarılması planlaşdırılır. Bu layihənin ümumi dəyəri təхminən 160 milyon dollardır ki, bunun 86-87 milyon dolları birbaşa peykin istehsalına, 16 milyon dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 milyon dolları raketdaşıyıcı vasitəsilə orbitə çıхarılması üzrə işlərə, 18 milyon dolları isə sığorta хidmətlərinə yönəldiləcək. Nazirin sözlərinə görə, layihə kommersiya хarakteri daşıyır. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaхıstanın böyük hissəsini əhatə edəcək. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
Qeyd edək ki, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20 faizdən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Belə ki, peykin imkanlarının 40 faizi artıq Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Ədil




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı əsas müqavilə imzalandı
Yazılma Tarixi : 27.05.2010
Xəbər Etiketləri : Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı əsas müqavilə imzalandı
Oxunma Sayı : 818
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İki ölü ulduz birləşəcək
Dünyanın ən kiçik videokamerası yaradılıb
Yer kürəsində 6 ballıq maqnit dalğası başladı
Sabah Yerin yaxınlığından asteroid keçəcək
İnternet istifadəçilərinə xəbərdarlıq
Türklər kosmosa uçacaqlar


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.