Sürücülərdən maksimum ehtiyatlı olmaq tələb olunur
Azərbaycanda havaların kəskin soyuması magistral yollarda bəzi problemlər yaradıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, soyuq hava nəticəsində Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Masallı- Lənkaran, Astara-Lerik, Yardımlı, Bakı-Qazax-Gəncə, Gəndob-Yalama, İsmayıllı-Muğanlı yolu, Ağsu aşırımı, eyni zamanda, Cənub və Qərb rayonları istiqamətində yollar buz bağlayıb. Dağ və dağətəyi bütün yollar bağlıdır. Xüsusən, Bakı-Quba yolunda güclü qar yağıntısı ilə əlaqədar bütün yollar təhlükəlidir. Həmçinin Şamaxinka, 20 Yanvar dairəsindən Badamdar qəsəbəsinə gedən yol, Mətbuat, İnşaatçılar, Tbilisi prospektləri, Yasamal və Xətai rayonlarının yolları buz bağlayıb, güclü sürüşkənlik müşahidə olunur. Bakıda yerləşən bütün körpülər buz bağlayıb. “Koroğlu” metrostansiyasından Mərdəkan qəsəbəsinə gedən yol buz bağlayıb. Belə hava şəraitində sürücülərdən maksimum ehtiyatlı olmaq tələb olunur.
|