Azərbaycan və Rusiya prezidentləri enerji sahəsində ikitərəfli əməkdaşlığa həsr olunmuş sammit keçirilməsi haqqında razılığa gəlib.“APA-ECONOMICS”in xəbərinə görə, bunu Rusiya prezidenti Dmitri Medvedev Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, sammitdə qaz, neft və elektroenergetika sahəsində əməkdaşlıq məsələlərinə toxunula bilər. Öz növbəsində İlham Əliyev qeyd edib ki, rəsmi Bakı Azərbaycandan Rusiyaya nəql olunan təbii resursların həcminin artırılacağına ümid edir: “Azərbaycan energetika sahəsində Rusiya ilə əməkdaşlığın uzunmüddətli, strateji və qarşılıqlı maraqlara cavab verən olduğunu düşünür”.
|