Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

32 bağlamada həşiş qətranı


 

Külli miqdarda narkotik vasitə aşkar edilib
 
Azərbaycan  vətəndaşı Məmmədov Ali Oruc oğlunun İranda  əldə etdiyi külli miqdarda narkotik vasitəni idarə etdiyi "Kamaz 5410/ODAZ 9370" markalı, 07-BC-165/9587-AY dövlət nömrə nişanlı-qoşqulu yük avtomobilində Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi barədə Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən həmin avtomobil Astara rayonu Ərçivan kəndində saxlanılaraq Astara şəhərində yerləşən "Azərcənub" MMC-nin anbarına gətirilib. Avtomoşına gömrük baxışı zamanı qoşqunun arxa, alt tərəfinə bərkidilmiş qutuda üç polietilen paketin içərisində olan 32 ədəd bağlamada 48 kiloqram 810 qram narkotik vasitə-həşiş qətranı aşkar olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, Ali Məmmədov İran İslam Respublikasının Astara şəhərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilməsi, saxlanması, daşınması və gömrük nəzəratindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi barədə özünü Fərşad kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, həmin gün İran İslam Respublikasının Astara şəhərində "Payanə" adlanan ərazidə ondan üç polietilen paketdə olan 48 kiloqram 810 qram narkotik vasitə-həşiş qətranını əldə edərək cinayətin təşkilatçısı, Fərşadın təklifi ilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi "Kamaz” markalı avtomobilinin yük yerindəki 12 qum kisəsindən ikisinin içərisində yerləşdirərək saxlamış, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək avtomobili Astara rayonunun Ərçivan kəndində "Yanarbulaq" adlanan ərazidə saxlayıb içərisində narkotik vasitələr olan üç ədəd paketi çıxararaq alıcıya çatdırılmasını asanlaşdırmaq üçün qoşqunun arxa, alt hissəsinə zavod şəraitindən kənar qaynaq olaraq vurulmuş dəmir qutuya qoymuş, qapısını bağlayıb qıfıllamış və narkotik vasitələri çatdırmalı olan şəxslə əlaqə saxlamaq istəyərkən Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Bu cinayəti törətdiyinə görə Məmmədov Ali Oruc oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirlən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir.
Hal-hazırda cinayətdə iştirak edən başqa şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.
 

 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : 32 bağlamada həşiş qətranı
Yazılma Tarixi : 23.08.2010
Xəbər Etiketləri : 32 bağlamada həşiş qətranı
Oxunma Sayı : 313
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Bakıda narkomanlardan ibarət quldur qəstəsi zərərsizləşdirildi
Abşeronda “Kamaz” minik maşınını tapdaladı
Azərbaycanın İranla sərhəd ərazisində avtomobildən 8 kiloqrama yaxın narkotik vasitə götürülüb
Bakıda iki bacını vurub öldürən sürücü 5 il cəza aldı
Məhkəmədə dava düşüb, bir nəfər bıçaqlanıb
Moskvada erməni seksual manyak yaxalandı


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.