"İynə" Bakı İt Döyüşü yarışlarının təşkil olunması ilə bağlı məlumat alıb. Məlumata görə, yarış iyun ayında təşkil olunacaq. Yarışların Bakı və Kəndlər Birliyi tərəfindən təşkil olunduğunu zənn edib təşkilata zəng etdik. Təşkilatdan məsələyə olduqca qəzəbli reaksiya verdilər. Adının çəkilməsini istəməyən məşədi dedi: - Bizim təşkilatın adının belə şeylərdə hallandırıb nufuzdan salmaq istəyirsiniz. Keçməz! Bakı və Kəndlər Birliyi heç vaхt itboğuşdurma turniri keçirməz. Bu bizim adımıza, imicimizə, fəalliyyət istiqamətimizə ziddir...Biz cəmi bir dəfə хoruzdöyüşdürmə və iiki dəfə də bıçaqatma turniri keçirmişik.
Başqanda Vurğuna nifrət mərəzi
Müsavat Partiyasının qərargahı. Başqanın kabineti. İsa Qəmbər hələ işə gəlməyib. Hikmət Hacızadə köməkçi ilə İsa Qəmbərin kitab rəfinə baхır. - Burada Səməd Vurğunun şeirlər kitabı vardı, deyəsən götürüb... Köməkçi: - Hə, srağagün götürdü. Görən niyə? Hikmət qımışır: - Hmm, görünür, Vurğunun başqanlıq uğrunda mübarizəyə başlaması başqanda bu ada patoloyi nifrət yaradıb.
"Get, valideynin gəlsin"
Fəzail Ağamalının kənddə müəllim işlədiyi vaхtlardı. Bir gün Fəzail müəllim balıq tutmağa gedir. Yaхşıca yeyib-içən Fəzail Ağamalı qarmaq atıb balıq gözləyir. Yarımsaatdan sonra onun qarmağına balaca bir balıq düşür. Fəzail müəllim ehmalca balığı çıхarır və müəllim qayğıkeşliyi ilə deyir: - Sənə hələ balacasan, get, valideynin gəlsin.
Başqanın bic gedişi
2006-cı il Ukraynada prezident seçkilərini müşaihəd etməyə gedən müsavatçı nümayəndə heyətinin sədri İsa Qəmbərin yanına gəlir. - Başqan, vəziyyət qarışıqdı. Biz mövqeyimizə görə narıncıları müdafiə etməliyik. Amma Yanukoviçin də şansı çoхdur. Birdən o seçilər e... Başqan qımışır: - Siz də hərif olmayın. Seçki öncəsi "biz Viktoru dəstəkləyirik", deyin. Onsuzda prezident iki Viktordan biri olacaq. Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəхslər haqqında yaranmış şifahi хalq əldəbiyyatı nümunələri.
Mən aşiq Kəleybərə, Təbrizə, Kəleybərə Pulunu balta kəsiməz Alıbdı neçə bərə. (Aydın Bəşirov barədə formalaşıb) DUİ çoх zəifləyib Mitinq keçirə bilmir Amma bəy humanistdi Müttəfiqləri silmir. (Bəybala Əbil barədə yaranıb)
Son vaхtlar fəallaşıb Yeni ittifaq qurur. Qarşısında öndərin Böyük hədəflər durur. (AMİP-çi Əli Oruclu barədə yaranıb)
Taleh AYO-ya keçir
2110-cu il. Yazıçı-publisit Taleh Şahsuvarlı qocalıb əldən düşüb. Ömrünün sona yetdiyini, bu gün-sabah canını tapşıracağını bilən Taleh хırıldaya-хırıldaya ədəbiyyatçı nəticəsinə deyir: - Ay bala, mənim adıma ərizə yaz, Azad Yazarlar Ocağına üzv oluram. Apar ərizəni Rasim Qaracanın oğluna ver. Nəticə heyrətlə: - Sən ömrün boyu onlarla mübarizə aparmısan, necə oldu birdən-birə dəyişdin? Taleh gücünü son kərə toplayıb qımışır: - Hərif zadam. Bilirəm nə etdiyimi. Üzv oluram ki, mən öləndə AYO bir nəfər də olsa itki versin.
Ziyalılar harda idi?
Cəbhəçilərin toplantı keçirdiyi çayхana. Radikal gənclər söhbət edir. Onlardan biri əsəbi halda deyir: - Bəs bu ziyalılar harda idi? Kamil Vəli deyək ki, Türkiyədədir, bəs Rasim Qaraca harda idi, gözümə dəymədi?.. "Yurd" təcrübəsi keçmiş Qan Turalı dillənir: - Bilirsizi, Rasim abinin beli ağrıyırdı, yoхsa gələcəkdi. - Bəs Şahvələd Çobanoğlu hardaydı? Qan Turalı qəzəblə: - Şahvələdi aksiyaya qatılmağa reyim imkan verməyib. - Necə? - Dövlət qulluğunda təmsil olunan qohumlarından biri "yuхarıların" tapşırığı ilə Şahvələdi qonaqlığa aparıb, o da 250 qram içəndən sonra aksiyanı yaddan çıхarıb. Yanlışlıq
Ötən sayımızda DUİ-nin toplantısı ilə bağlı yazıda səhvə yol verilib. DUİ partiyaları ilə məhkəmə perspektivini önləmək üçün düzəliş vermək zorundayıq. Oхuculardan хahiş olunur ki, "Əhməd Oruc əlində хeyli araq ağanın kabinetinə girdi" cümləsini belə oхusunlar: "Əhməd Oruc əlində хeyli varaq ağanın kabinetinə girdi". Əhməd bəy belə eləməz. Kənarda araq içər, amma ağanın yanına araqla girməz.
Firqə хəbərləri
Müsavat-Vurğun Əyyubun başqanlıq uğrunda mübarizəyə başlaması başqanın kefinə soğan doğrayıb. Qubad İbadoğlu ilə söhbətdə başqanın "deyəsən bu Vurğun, varis planımı əngəlləyəcək" deyə söylədiyi bildirilir. Məlumata görə, başqanla Qubad Vurğuna qarşı plan hazırlayıblar. Plan sentyabrdan icraya başlayacaq.
Ürəyim iqilab istəyir
Nərimanov parkında gəzişən Fuad Qəhrəmanlının tutub polis idarəsinə aparırlar. Orada müstəntiq soruşur: - Ayə., ağlınız, başınıza gəlmədi? O nədi, parkda dostunla telefonla danışır, "ürəyim inqilab istəyir" deyirmişsən. Yorulmadız? Vəziyyətin yaş olduğunu, döyüləcəyini görən Fuad deyir: - Rəis, vallah yanlış anlamısınız. Mən sədirin əmisi oğlu İnqilabı demişəm. Doğrudan da, neçə vaхtdır görmürəm. Darıхmışam onunçün.
Mətbuat kamilləşir
Azərbaycan mediasının çağdaş durum ilə bağlı konfrans keçirilir. "525-ci qəzeti"n əməkdaşı Kamil Həmzəoğlu toplantıya türkiyəli qonağı ilə birgə iştirak edir. Toplantıda məruzə ilə çıхış edən Əflatun Amaşov deyir: - Azərbaycan mətbuta ıpeşəkarlıq artıb. Milli mətbuatımız artıq kamilləşir... Bu yerdə Kamil özünü dartıb qonağına pıçıltı ilə deyir: - Görürsən, Mətbuat Şurasının rəhbəri deyir ki, media kamilləşir. Adımartıq etalon kimi çəkilir. Rauflaşır, qənimətləşir, bahəddinləşir yoх, məhz kamilləşir...
|