2 nəfər öldü, 9 nəfər ağır xəsarət aldı
Bakıda 2 nəfərin ölümü 9 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Bakı sakini Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı avtomobillə Anar Əzizovun idarə etdiyi "VAZ2107" markalı avtomobil toqquşub. Hadisənin baş verməsinə səbəb yüksək sürət səbəb olub. Hadisə nəticəsində Anar Əzizov və sərnişini Valeh Qarayev hadisə yerindəcə keçinib, "Ford"un sürücüsü və hər iki avtomobilin sərnişinləri-Əziz Əzizov, Elgün Mustafayev, Kiçikxanım Bünyadova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xüdaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
|