Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Daha bir məşhur bazar söküldü


Yasamal bazarının da aqibəti, Kömürçü, Şüşəli bazarlar kimi olmasa yaxşıdır
  

Bakı şəhərində adı ilə məşhur olan bazarlardan biri, “Yasamal bazarı” sökülüb. Yasamal rayonu ərazisində 1000 kvadrat metrə yaxın ərazisi olan bazar yenidən qurulur. Bu barədə bazarın müdiri Asəf Abbasov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, 1965-ci ildən fəaliyyətə başlayan bazar Yasamal ərazisində ilk alış-veriş mərkəzi olduğu üçün, bura “Yasamal bazarı” deyilib.
“Bu gün bazar müasir tələblərə cavab vermədiyi üçün onu söküb, yenidən inşa edəcəyik. Artıq bura şüşəli, təmiz və müasir ticarət mərkəzi olacaq. Bazarın yerində 2 ay ərzində böyük bir ticarət mərkəzinin tikilib istifadəyə veriləcək. Satıcıların çöldə qalmaması üçün hələlik bazarın yanını tez tikmişik. Hazırda orada təmiz, rahat şərait var. Həm alıcılar, həm də satıcılar razılıq edirlər”, - deyə Asəf Abbasov vurğuladı.
Bazarın yanındakı kiçik, şüşəli ticarət obyektinə daxil olduq. Doğrudan da, burada təmizlik müşahidə olunurdu. Satıcılarla söhbət zamanı isə məlum oldu ki, hər şey göründüyü kimi gözəl deyil. Bazarın sökülməsi müəyyən problemlər yaradıb. Ən birinci problem isə satış yerinin kiçik olması, piştaxtaların narahat qurulmasıdır.
"Bizə dedilər ki, bazarı sökürük, yerinə böyük bir ticarət mərkəzi açırıq. Mallarımızı atdılar çölə, məcbur olub yığmışıq bu kiçik yerə. Hamı girib bir-birinin “ağzına”. Bundan əlavə, yer haqqını da bahalaşdırıblar. Əvvəllər bir piştaxtaya görə gündə 5-10 manat verirdiksə, indi ondan da kiçik yerə görə bizdən günə 20 manat istəyirlər. Biz də məcbur olub malı baha veririk, alıcı da bizdən narazı qalır”, - deyə adını açıqlamayan satıcı bildirdi.
Satıcılar deyirlər ki, yeni tikilən ticarət mərkəzi də belə olacaq. Artıq burada kəndlilər gətirib mallarını sata bilməyəcəklər. Çünki, buna görə, gərək əvvəlcədən bazar rəhbərliyi ilə danışasan. Bu səbəbdən də kəndlilər istehsal etdikləri məhsulları ticarət mərkəzində işləyən satıcılara dəyər-dəyməzinə satırlar.
Satıcılarla bərabər alıcılar da bazarın ticarət mərkəzi ilə əvəzlənməsinə narazı olduqlarını bildirdilər. Bu narazıçılıq əsasən məhsulların qiymətlərinin baha olması ilə əlaqəli idi.
“Çox təəssüf ki, əvvəllər bazarda ucuz aldığım kartof-soğan bu bazarda çox bahadır. Əvvəl 60-70 qəpiyə aldığım kartof burada az qala 1 manatadır. Nə bilim vallah, olan kasıba olur. Bilmirəm ki, pensiyamı alıb bu bazara necə girim? Qiymətləri soruşanda utanıram. Əvvəllər yenə də satıcıya üz vurub qiyməti aşağı sala bilirdinsə, indi deyirlər mümkün deyil. Biz də yerpulunu çox veririk”, deyə paytaxt sakini 73 yaşlı Əli kişi şikayətləndi.
Amma Asəf Abbasov nə satıcıların, nə də alıcıların dediklərilə razılaşmadı və bazarın sökülməsini ölkə iqtisadiyyatının günü-gündən inkişaf etməsilə əlaqələndirdi.
Əslində Yasamal rayonunda sökülən təkcə “Yasamal bazarı” deyil. Bir neçə vaxt öncə Hüseyn Cavid prospektində “Şüşəli” bazarın da taleyi kilidləndi. Bazarın ərazisi hasarlandı və satıcıları çıxarıldı. Ətrafda yaşayan Yasamal rayon sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, bazar bağlanan zaman böyük qalmaqal yaşanıb. Satıcılar bazardan çıxmaq istəməyiblər. Lakin onlar zor-güclə bazardan atılıb və heç kimə bazarın nə səbəbə bağlanması açıqlanmayıb.
Həm “Yasamal bazarı”, həm də “Şüşəli” bazarın taleyini öyrənmək üçün Yasamal rayonu İcra Hakimiyyətində olduq. Qrumun ictimai-siyasi şöbəsinin müdiri Vaqif Məmmədov ANS PRESS-ə açıqlamasında hər iki bazarın nə səbəbə sökülməsini bilmədiklərini dedi.
“Bu bazarlar sahibkarlar tərəfindən özəlləşdirilib. İndi onlar bazarı bağlaya və yabaşqa profildə istifadə edə bilərlər. Həmin bazarların niyə bağlandığını bilmirik, heç həmin bazarların sahiblərini də tanımıram”, - deyə Vaqif Məmmədov bildirdi.
Amma ekspertlər hesab edirlər ki, iqtisadi baxımından sovxoz bazarlarının bağlanması düzgün hal deyil. Çünki, bu zaman iqtisadiyyat bir növ inhisarlaşır və müəyyən sahibkarların əlində cəmləşir. 
İqtisadi Fikir İctimai Birliyinin rəhbəri iqtisadçı ekspert Ağasəf İmranov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hər bir inkişaf etmiş ölkədə bazar anlayışı var. Ümumiyyətlə, “Market” anlayışı bazar mənasını verir, lakin “Supermarket”, “Minimarket, müəyyən profil üzrə ixtisaslaşmış bazar sayılır. Lakin sovxoz bazarları iqtisadiyyatda sağlam rəqabətin inkişaf etməsinə böyük təkan verir.
“Düzdür, “Supermarket”, “Minimarket” tipli ticarət obyektlərinin olması həm gözəllik, həm də təmizlik baxımından müsbət haldır. Lakin mütləq hər bir ölkədə sovxoz bazarı olmalıdır. Bazarda rəqabət olur. Ölkənin müxtəlif rayonlarından fermerlər, kəndlilər öz məhsullarını gətirib sata bilirlər. Lakin ticarət obyetlərində satışa yalnız müəyyən şəxslər nəzarət edir. Onlar məhsulları eyni qiymətə satır. Bununla da, itisadiyyatda istər-istəməz inhisarçılıq yaranır”, - deyə Ağasəf İmranov vurğuladı.
Düzdür, gözəlləşən şəhərimizdə yaraşıqlı ticarət obyektlərini görmək, təmiz “Supermarket”lərdən alış-veriş etmək çox xoşdur, amma cib dolu olanda. Axı necə də olsa, ticarət mərkəzi istirahət mərkəzi deyil, adından da göründüyü kimi alış-veriş yeridir. Amma qiymətlərin od tutub yandığı ticarət mərkəzlərində alver edə bilməyənlərin gözünə nə təmizlik, nə də gözəllik görünür. Bəs onda kasıbların son ümid yeri olan sovxoz bazarlarının qənimi kimlərdir?





 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Daha bir məşhur bazar söküldü
Yazılma Tarixi : 27.01.2012
Xəbər Etiketləri : Bakıda daha bir məşhur bazar söküldü
Oxunma Sayı : 94
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Diskriminasiya və müdafiəsiz əməyə qarşı mübarizə
Mədəniyyət və Turizm Nazirliyində «Turizm ili»nin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
20 yaşlı ad almayan soyqırım
TÜSİAB “Xocalıya ədalət” istədi
Xocalı soyqırımında 613 nəfər, o cümlədən 63 azyaşlı qətlə yetirilib
Dövlət və din


Son xəbərlər
 
  Meşkinli hərəkatçılar həbs edilib
 
 
  “Uşaqlar və müharibə”
 
 
  Qonaqlar vizaları hava limanında alacaq
 
 
  Filip Kirkorov plagiatda ittiham olunur
 
 
  Teves rəsmən üzr istədi
 
 
  Çempionlar Liqası: Joze Mourinyo və tələbəsi qonaqlıqda
 
 
  Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
 
 
  TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat
 
 
  “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
 
 
  Bakıda qanunsuz ovun qarşısı alınıb
 
 
  Xeyli miqdarda saxta sement aşkarlandı
 
 
  Magistr namizədləri “buraxılış vərəqəsi”ni fevralın 29-dan ala biləcəklər
 
 
  В Австралии обнаружен розовый алмаз в 12,76 каратов
 
 
  Минобразования предлагает предоставить педагогам статус госслужащих
 
 
  Вышла в свет новая книга Юнуса Огуза
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.