Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Batmış əmanətləri necə qaytarmaq olar ?


Vüqar Bayramov: ““KapitalBank”ın arxivindəki  məlumatlar elektronlaşdırılmalıdır”

Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması gələn il də baş tutmaya bilər. Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, bu məsələnin dövlət büdcəsinin layihəsinə salınması üçün əvvəlcə müvafiq qanunvericilik olmalıdır.Nazir müavini deyir ki, cari ilin dövlət büdcəsinin layihəsi üzərində işlər artıq yekunlaşma mərhələsindədir və qanuna müvafiq sentyabr ayının ortalarında Nazirlər Kabinetinə təqdim ediləcək. “Gələn ilin dövlət büdcəsindən sosial sahələrə əvvəlki illərlə müqayisədə əsaslı maliyyə ayırması olacaqmı» sualına  cavabında isə Azər Bayramov deyib ki,  detallara toxunmaq istəmir. İctimaiyyət gələn ilin dövlət büdcəsi barədə bir-iki həftədən sonra məlumat ala biləcək.
Xatırlatmaq yerinə düşərdi ki, hökumət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildə üzərinə öhdəlik götürüb. 1992-ci il yanvarın 1-ə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rubluna bərabərdir.
İqtisadçı-ekspert  Vüqar Bayramov bildirir ki, rəhbərlik etdiyi mərkəz hələ 2008-ci ildə batmış əmanətlərin qaytarılması ilə qanun layihəsi hazırlamışdı. Hansıki, həmin layihə hökümətə təqdim edilmişdi. O qeyd edir ki, sözügedən qanun layihəsində yalnız indeksasiya sistemi ilə bağlı deyil, əmanətlərin qaytarılması,  çətinliklərin, risklərin aradan qaldırılması yönündə  xüsusi təkliflər əksini tapmışdı: “Sovet dövründə hazırlanmış əmanət kitabçalarının təhlükəsizlik nişanları yoxdur və onlar yalnız adi kağız formasındadırlar. O baxımdan həmin  kitabçaların saxtasının hazırlanması variantı mümkündür.  Bununla belə bu faktor əmanətlərin qaytarılmaması üçün əsas ola bilməz”.
 Ekspert hesab edir ki,  problemdən çıxış yolları var: “Xüsusən Ukraynada baş verən prosesləri nəzərə alsaq. Belə ki, bu  ölkədə əmanətlərin verilməsinə 90-cı ilin sonlarında başlansa da, proses 5 dəfə təxirə salınıb. Ukrayna höküməti hələ də əmanətlərin verilməsini başa çatdıra bilməyib. O baxımdan təklif edirik ki, əmanətlərin qaytarılması ilə bağlı elektron hökümətin elementlərindən istifadə olunsun. Maliyyə Nazirliyi elektron hökümətin elementlərindən istifadə edərsə, o zaman əmənətlərin qaytarılması ilə bağlı saxta əmanət kitabçalarının hazırlanması problemi gündəmdə olmaz”.OLAYLAR
Bütün əmanətlərlə bağlı məlumatların “KapitalBank”ın arxivində olduğunu xatırladan  iqtisadçı  sözügedən bankdakı məlumatların elektronlaşdırılmasını təklif edir: “Elektron arxivində əmanət kitabçasının   nömrəsi, əmanətçinin adı, qoyulan əmanətin məbləği yerləşdirilməlidir. Nəticədə əmanətini almaq üçün müraciət edən vətəndaşın  təqdim etdiyi  əmanət kitabçasının nömrəsini elektron arxivə daxil edib  saxta olub-olmadığını yoxlamaq olar. Əgər təqdim edilən əmanət kitabçasının nömrəsi elektron arxivdə yoxdursa, bu həmin kitabçanın saxta olması deməkdir”.
İqtisadçı bildirir ki,   “KapitalBank” dakı arxivləri elektronlaşdırmaqla saxta əmanət kitabçaları problemini həll etmək olar: “ Bütövlükdə prosesi asanlaşdırmaq, proses dövründə problemlərdən yayınmaq üçün “KapitalBank”  bütün arxivlərinin elektronlaşdırılmasını həyata keçirməlidir”.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Batmış əmanətləri necə qaytarmaq olar ?
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : Batmış əmanətləri necə qaytarmaq olar ?
Oxunma Sayı : 360
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.