Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Bəzi sahələrə kreditlərin alınmasına ehtiyac yoxdur


 

Vüqar Bayramov: "bəzi hallarda ehtiyac olmadıqda beynəlxalq maliyyə qurumlarının vəsaitlərinə müraciət edilir"

 "Azərbaycanın dövlət ehtiyatlarının həcmi kifayət qədər çoxdur, bu göstərici artıq 24 milyon dollara qədər yüksəlib. Bu baxımidan, beynəlxalq maliyyə qurumlarının elə kreditlər var ki, onların alınmasına ehtiyac yoxdur". Bunu deyən İqtisadi və sosial inkişaf mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, beynəlxalq maliyyə qumlarından kreditlər alınan zaman onun iqtisadi əsaslandırılması həyata keçirilməlidir: "Əgər dövlət büdcəsi hansısa layihənin həyata keçiriloməsinə imkan verirsə, o zaman təbii ki, beynəlxalq maliyyə qurumlarından borc almağa ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard dollara yaxındır ki, bu da kifayət qədər böyük vəsait deməkdir. Bu baxımdan elə sahələr var ki, həmin sahələrə dövlət büdcəsindən vəsaitin ayrılması daha sərfəlidir. Çox təssüf ki, bəzi hallarda ehtiyac olmadıqda belə beynəlxalq maliyyə qurumlarının vəsaitlərinə müraciət edilir". Ekspertin bildirdiyinə görə, dövlət qurumlarının müxtəlif layihələrin icrası məqsədilə beynəlxalq maliyyə qurumlarından kreditlərin alınmasına birmənalı yanaşmıq düzgün olmazdı. Çünki bir sıra sektorlar var ki, həmin sahələr üzrə kreditlərin alınmasına ehtiyac var. "Bəzi beynəlxalq maliyyə qurumları  kreditlərini güzəştli şərtlərlə və uzunmüddətə verirlər. Baxmayaraq ki, hazırda Azərbaycan güzəştli kredit almır, ancaq bütün hallarda beynəlxalq maliyyə qurumlarının kreditləri kammersiya banklarının kreditlərdən xeyli ucuzdur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dolların məzənnəsi dəyişdiyi halda həmin maliyyə qurumlarından alınan kreditlərin faiz dərəcəsi aşağı ola bilər. Dolların infilyasiyası zamanı isə daha az həcmdə vəsait qaytarılmalı olacaq. Bu məsələdə problem beynəlxalq maliyyə qurumlarınından ayrılan vəsaitlərin necə istifadə olunmasındadır. Bu kreditlər səmərəli istifadə olunsa, infrastrukturun inkişafına stimul versə, həmin kreditlərin alınması məqsədəuyğundur. Çox təssüf ki, bu gün beynəlxalq maliyyə qurumlarından alınan kreditlərin hamısı heç də səmərəli istifadə olunmur. Aparılan manitorinqlər göstərir ki, onların əksəriyyəti səmərəsiz istifadə olunan kreditlərdir". V.Bayramovun sözlərinə görə, beynəlxalq maliyyə qurumlarından kreditlərin alınmasının mənfi təsiri ondan ibarətdir ki, dövlət qurumları tərəfindən alınan kretditlərə monitorinq imkanları məhduddur. Hətta bğəzi hallarda krediti verən təşkitlatlar özləri bu monitorinqi həyata keçirmirlər. Nəzərə almaq lazımdır ki, vəsaitin necə və hansı sahələrə xərclənməsindən asılı olmayaraq, alınan kreditlər müvafiq dövlət qurumları tərəfindən geri qaytarılmalıdır.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Bəzi sahələrə kreditlərin alınmasına ehtiyac yoxdur
Yazılma Tarixi : 16.08.2010
Xəbər Etiketləri : Bəzi sahələrə kreditlərin alınmasına ehtiyac yoxdur
Oxunma Sayı : 335
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.