Həkimlərin proqnozu doğru olmadı
İngiltərə yığma komandası və ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Devid Bekhemin yaşıl meydanlara dönəcəyi tarix məlum olub. Bekhem 11 sentyabrda baş tutacaq “Los-Anceles Qelaksi” – “Kolambus” oyununda meydana çıxmağı planlaşdırır. Həkimlər isə Bekhemin ən azı oktyabrın 1-də meydana çıxacağını ehtimal edirdilər. ans
Xatırladaq ki, Devid Bekhem Dünya Çempionatı-2010 ərəfəsində zədələnərək mundialdan kənar qalmışdı.
|