Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahına gələn baratların arasından içində 16 kiloqram kokain olan 2 kiçik kisə çıxıb. Milli.Az "The Haffington Post"a istinadən bildirir ki, üzərilərinə BMT emblemlərinə bənzəyən loqotiplərin vurulduğu kisələrin Meksikadan göndərildiyi dəqiqləşdirilib. Kisədə kitablar olub. Amma həmin kitabların içindəki səhifələr ovulub və hər kitaba 1 kiloqram kokain qoyulub. Kisələr Ohayo ştatındakı bir poçta göndərilibmiş. Lakin poçt əməkdaşları kisələrin üzərində heç bir ünvan olmadığını və yalnız BMT loqotipini görərək baratı Nyu-Yorka göndəriblər. Polis zabiti Pol Braunun dediyinə görə, bu narkotik Meksikada qalmalıydı və səhvən ABŞ-a göndərilib. BMT-nin binasında tapılmış kokainin "qara bazar"dakı qiyməti minimum 2 milyon dollardır.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
BMT-dən 2 kisə kokain çıxdı
Yazılma Tarixi :
27.01.2012
Xəbər Etiketləri :
BMT-dən 2 kisə kokain çıxdı
Oxunma Sayı :
66
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Uşaqlar və müharibə”
Qonaqlar vizaları hava limanında alacaq
Filip Kirkorov plagiatda ittiham olunur
Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat