Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək - AŞ PA-nın vitse-prezidenti


 


Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin BMT-də qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək. Trend-in məlumatına görə, bunu hakim partiyanın rəsmi saytına açıqlamasında AŞ PA-nın vitse-prezidenti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib."Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var. Onlar da çox gözəl başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcək", - Seyidov deyib.BMT Baş Assambleyasının sentyabrın 7-də keçiriləcək plenar iclasında Cənubi Qafqazla bağlı bir sıra sənədlərə baxılacaq. Həmçinin, iclasda "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət"lə bağlı qətnamə layihəsinə də baxılacaq.Deputatın sözlərinə görə, bütün hallarda bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır.Seyidov qeyd edib ki, əsas məqamlardan biri də budur ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir. Onun fikrincə, bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbul olunması öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox böyük əhəmiyyət kəsb edir.İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək - AŞ PA-nın vitse-prezidenti
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək - AŞ PA-nın vitse-prezidenti
Oxunma Sayı : 262
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
“Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
«Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.