İki komanda Portuqaliyada qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Avropa Liqasının B divizionunda mübarizəyə başlayır. Millimiz A divizionuna yüksələ bilmək uğrunda mübarizə aparacaq.
AFFA-dan verilən məlumata görə, Portuqaliyanın Lissabon şəhərində təşkil olunmuş promofinal mərhələsində iştirak edən millimiz bu gün ilk oyununa çıxır. Rəqibimiz Türkiyə yığması olacaq.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.
|