Turin klubu Avropa Liqasında mübarizə aparacaq futbolçularını açıqlayıb
İtaliyanın “Yuventus” klubu Avropa Liqasının qrup mərhələsində oynayacaq futbolçularının siyahısını UEFA-ya təqdim edib. Klubun qolkiperi Canluici Buffon bu siyahıya daxil edilməyib. 32 yaşlı Buffon Dünya Çempionatı-2010-da aldığı zədədən sonra formasını tam bərpa etməyib. “Yuventus”un heyətinə yeni cəlb etdiyi Alberto Akvilani və Fabio Kvalyarella əvvəlki klublarında Avropa miqyaslı turnirlərdə forma geyindikləri üçün siyahıdan çıxarılıblar. Xatırladaq ki, “Yuventus” Avropa Liqasının A qrupunda mübarizə aparacaq. Turin klubunun rəqibləri İngiltərənin “Mançester Siti”, Avstriyanın “Zaltsburq” və Polşanın “Lex” kollektivləri olacaq.
|