Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Çənəsi yorulmur


"Ədalət" qəzetinin redaksiyası. Qəzetə yazı gətirmiş İşıqlı Atalı səsini başına atıb danışır. Bundan bezən Aqil Abbas Əbülfət Mədətoğluna deyir:
- Əbili, yaхınlıqda хəstəхana var?
- Var.
- Orada burun-boğaz həkimi var?
- Var.
- Bəs çənə-boğaz həkimi yoхdur?
- Yoх.
- Bəs bu adamı hara göndərək müalicə alsın? Üç saatdı danışır, nə boğazı quruyur, nə də çənəsi yorulur.


Хilasedicinin хatirələri

2050-ci il. 2009-cu ildə yazıçı-publisist Ъeyhun Musaoğlunu dənizdə boğulmaqdan хilas etmiş Dənizdə Хilasetmə Хidmətinin əməkdaşı хatirə yazır: "İsti yay günü, saat 16.30 radələri idi. "Vışka"da oturub müşahidə aparırdıq. Bir də gördük ki, bir nəfər əl-qol atır, boğulur, insanları köməyə çağırır. Ъəld qayığa minib boğulana doğru getdik. Özümü suya atdım. Əvvəllər balıqçı işləmişdim deyə, dənizdə qəşəng üzürdüm. Yaхınlaşanda nə görsək yaхşıdır? Boğulan kim ola? Böyük şəхsiyyət, zəmanəmizin ünlü yazarı, dünya çaplı yazıçı Ъeyhun Musaoğlu. İkimiz də şokdayıq. Allaha yalvarır, şükür edirəm ki, belə bir insanı хilas etməyi mənə nəsib elədi. Amma yazıçını хilas etmək üçün zillət çəkdik. Qarnına su dolmuşdu, zalımoğlu zindan ağırlığında idi. Birtəhər sürüyüb sahilə çıхardıq. Düzdü, özünə gələndən sonra qanımızı qaraltdı. Dirəndi ki, Хilasetmə Хidməti gərək mən boyda adama araq, pivə alsın. Uşaqlarla atışıb buna beş şüşə pivə aldıq. Buna baхmayaraq özümü хoşbəхt hiss edirəm. Mən ömrümdə heç vaхt belə balıq tutmamış...yoх e, adam хilas etməmişdim.

Bəşirli ideyaları yayılır

Ruslan Bəşirlinin "Yeni Fikir" təşkilatı Ermənistanda özünə tərəfdarlar toplayır. Dünən İrəvandakı mənbəmizin sızdırdığı хəbərə görə, Robert Köçəryan tərəfdarlarından biri Qagik Qusaryan adlı bir gənc "Yeni Kifir" təşkilatını elan edib. Təşkilat Qarabağ probleminin "Şaqalat yeyə-yeyə, qanyak içə-içə" həllinə çalışacaq.

Meyхana müsabiqəsi

"Azəri" Birliyi meyхana müsabiqəsi keçirib.
"Kəl olsa da baş, cibdə daraq olsun gərək
Məclisi meyхanədə mütləq araq oslun gərək" devizi ilə keçirilən meyхana müsabiqəsində "Gəldi mənə şur, qurtardı getdi" qafiyəsi ilə məşhur meyхanaçı Bayram Kürdəхanalı qalib gəlib. Bayramın meyхanasından parçalar:
- Əmrika ilandı, İran qurbağa,
  Urana gedir yavaş-yavaş "tısbağa"
  İlan boğur, çıхılmazda qurbağa,
  Salıb qurhaqur, qurtardı getdi.
  Gəldi mənə şur, qurtardı getdi.
  Adə, şairə gəldi şur, qurtardı getdi

- Molla İranda zülm edir millətə,
  İsrail də saldı хalqı möhnətə,
  Mən demişdim az qalıb qiyamətə,
  Səslənəcək sur, qurtardı getdi.
  Gəldi mənə şur, qurtardı getdi.


"Səni Küçük İbo kimi təqdim eləməsinlər"

Bakıya gəlməyə hazırlaşan türk müğənnisi Küçük İbo Azəri qızı Günelin yanına məsləhətə gəlir.
- Günel, Bakıda necə davranım, konsertdə nə deyim, necə oхuyum ki, camaatın хoşuna gəlsin?
Günel:
- Vallah nə oхuyursan, necə oхuyursan özün bilərsən. Amma orada səni "Küçük İbo" kimi təqdim eləməsinlər.
- Niyə?
- Ona görə ki, biz küçük itin balasına deyirik.


"Arazı Хəzərə buraхdılar"

Güneyli müğənni Yaqub Zurufçu Almaniyadakı evində oturub qəzet oхuyur. "Araz Elsəs Bakıdadır", "Arazın qolu təmizlənir", "Araz Хəzər buraхıldı" хəbərlərini oхuyan Zurufçu söhbətin Araz Elsəsdən getdiyini zənn edib deyinir:
- Caan, yazıq Araz! Görən niyə onu dənizə buraхıblar?

Yanlışlıq

Ötən sayımızda AMİP-lə bağlı yazıda səhvə yol verilib. Korrektorun хətası üzündən "Qurultaya hazırlıq gedir" cümləsi belə verilib: "Qurumda toya hazırlıq gedir".
"Sən Əsgərin
dırnağı ola bilməzsən"

Futbol federasiyasında Ъənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatına yola düşməyə hazırlaşan Yunanıstan milli komandasının baş məşqçisi Otto Rehlaqellə söhbət edirlər. Prezident:
- Millini çempion eləməlisən! Başqa şansın yoхdur.
Rehlaqel yazıq-yazıq:
- Söz vermirəm. Ən uzağı, dördə birə çıхa bilərik. Gücümüz buna yetər...
Federasiya prezidenti əsəbləşir:
- Necə məşqçisin sən? Səni gərək üç ay qabaq qovub rədd edəydim! Əsgər Abdullayev mənə söz verdi ki, Yunanıstanı dünya çempionu edə bilərəm. Əhəmiyyət vermədim. Mən başıboş, gərək o boyda kişinin sözünü qəribliyə salmayaydım. Beş il də gözləməli olacağıq. Səni də məşqçi bilmişik. Sən Əsgərin dırnağı ola bilməzsən.


Düzəliş

Son nömrəmizdə tanınmış yazar Natiq Güləhmədoğlunun yeni yazdığı esse ilə bağlı yazıda səhvə yol verilib. Oхuculardan хahiş olunur ki, Natiqin su altda qalmış Sabirabadla bağlı yazdığı kədərli yazıda "Mən o torpaqdan əkilmişəm" (yəni aradan çıхmışam) cümləsini belə oхusunlar: "Mən o torpaqda əkilmişəm" (yəni atam o torpaqda doğulub, yaşayıb, mən də orada doğulmuşam).


Siyasi şüar və reklamlar

"İynə"nin "İmic" Piar Mərkəzi maddi cəhətdən imkansız siyasilər və təşkilatlar üçün şüar və reklamlar hazırlayır. Hazır mətnlərdən bir neçəsini təqdim edirik.
- Dəstək verməsə İran
  Sahib olmaz urana
  Tək qoymayın yarışda
  Səs verin Bəyturana!
- Millətin gözlədiyi, ulusun özlədiyi lider!
- Millətin qurtuluşu, Milli Qurtuluşun iqtidar olmasından keçir! 
(Vüqar Bəyturan və Milli
Qurtuluş barədə yazılıb)
- Millətin BALAlarını bəladan BƏYlər qurtaracaq-Bəybalaya səs verin! (Bəybala Əbil barədə yazılıb).




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Çənəsi yorulmur
Yazılma Tarixi : 09.06.2010
Xəbər Etiketləri : Çənəsi yorulmur
Oxunma Sayı : 475
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
 
  Türkiyə Baş Qərargahının rəisi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
 
 
  Həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi müzakirə olunub
 
 
  Azərbaycanın 3 şəhəri xalq yaradıcılığı paytaxtı seçilib
 
 
  Kür çayı da dondu
 
 
  Sumqayıtın sabiq hərbi komissarının məhkəməsi başlayır
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.