Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Cinlərin Peyğəmbər (s)i dinləməsi


Cinlərin Peyğəmbər (s)i dinləməsi

Hədis alimləri söyləyirlər ki, Peyğəmbər (s) Taifdən dönərkən Nəxlə adlanan yerə gəldi. Gecə vaxtı "Qurani Kərim"dən "Cin" surəsini oxudu. Nüseybin adlanan şəhərdən yeddi  cin gədib onu dinləməyə başladılar, Cinlər bundan əvvəl də, vəhy nazil edilərkən "Qurani Kərim"i dinləmişlər.
İmam Əhməd (r) İbn Abbasdan bunu bildirir: "Cinlər [Allah-Təaladan] gələn vəhylərə qulaq asardılar, lakin eşitdikləri bir sözə on sözdə əlavə edib danışardılar. Biri düz olurdusa, qalanları yalan olurdu. Peyğəmbər (s) göndərilməzdən əvvəl cinlərə göydən [yanar ulduzlar] atılmazdı. Peyğəmbər (s) göndərildikdən sonra isə, ona nazil olan vəhylər cinlər qulaq asmasın deyə onlar ulduzlarla vurulmağa başladılar. Cinlər bu barədə İblisə şikayət edib: "Bundan sonra halımız necə olacaqğ" - dedilər. İblis: "Yer üzündə isə baş vermişdir", dedi və vəziyyəti öyrəmnmək üçün dərhal şeytanları hər tərəfə göndərdi. Şeytanlar hər yeri dolaşdılar. nəhayət Nəxləyə gəlib oarada Peyğəmbər (s)in namaz qıldığını görüb İblisə xəbəor verdilər. Yer üzündə yeni hadisə bu imiş!" - dedi.
İbn Əbu Şeybə (r) Abdullah bin Məsuddan (r0 bunu söyləyib: "Peyğəmbər (s) Nəxlədə Quran oxuyarkən cinər gəlib onu dinlədilər. Həmin an Allah-Təala bir ayə ilə Peyğəmbər (r)ə cinlərin onu dinlədiyini bildirdi. Peyğəmbər (s)i dinləyən cinlərdən veşinin adları bunlardır.
Şaşir, Maşir, Əhqab, Mənşi, Naşi. Qalan iki cinin adı məlum deyil.
Peyğəmbər (s) Nəxlədən çıxıb Məkkəyə yollandı. Mirac gecəsi Cəbrail (ə) Peyğəmbər (s)in yanına gəldi, onu götürüb Məscidul-Həramdan Məscidu-l-Əfsaya apardı, oradan da götürüb göyün yeddinci qatına apardı. Peyğəmbər (s) Allah-Təalanın dərgahında onu gördü, bəzi vəhylər aldı, elə oaradaca Peyğəmbər (s)ə beş dəfə namaz qılmaq fərz qılındı, və o, Məkkəyə döndü. Peyğəmbər (s) hadisəni Əbu Bəkr (r) ə danışdı. Əbu Bəkr (r) və müsəlmanlar onun dediklərinə iqnandılar. Kafirlər isə  inanmadılar və: "Məscidu-l-əfsanı bizə təsvir et!" - dedilər. Belə olduqda, Allah-Təala həmin an Məscidu-l-Əfsanı [bir daha] Peyğəmbər (s)ə göstərdi və Peyğəmbər (s0 görjdüklərini bir-bir müşriklərə izah etdi, [onların bütün  suallarına doğru-dürüst cavab verdi]. Buna baxmayaraq kafirlər Peyğəmbər (s)ə inanmadılar".
Zührinn (r) söylədiyinə görə, "Mirac gecəsi" hadisəsi beşinci ildə baş vermişdi.  Lakin bu fikir qəbuledizməzdir, çünki, möminlərin ana sı Xədicə (r) nübuvvətdən on il keçdikdÿn sonra vəfat etmişdir. Aişə (r) dən rəvayət olunur ki, Xədicə (r) beş dəfə namaz fərz qılınmazdan əvvəl vəfat etmişdir.

Səhih rəvayətə görə, nübuvvətin onuncu ilində baş vermiş "Merac" hadisəsindən aşağıda (irəlidə bir az sonra) bəhs ediləcəkdir.

əqəbə heyətləri

Allah-Təala islam dinin bəyan edib onu yaymağı və beləcə Öz Peyğəmbər (s)inə lütf və ehsan (yaxşılıq) etməyi dinlədiyi bir gün, Peyğəmbər (s) Əqəbə [keçidi] yaxınlıbında Mədinənii Xəzrəc qəbiləsindən bir neçə nəfərlə rastlaşdı. Peyğəmbər (s) onlardan kim olduqqlarını soruşdu.  Onlar da
-Xəzrəc qəbiləsindənik", - dedikdə, Peyğəmbər:
Bir az oturun, söhbət edək", - deyə buyurdu. Onlar oturdular.  Peyğəmbər (s) onlara islamı  anlatdı, onları Allahap və islam dininə imana dəvət etdi. Qurani-Kərimdən ayələr oxudu. Onlar da dinlədilər.
Xəzrəc-Mədinədə yaşayan qəbilə idi. Bunlardan başqa Mədinədə Övf qəbiləi də yaşayırdı. Bu iki qəbilə Mədinədə yaşayan yəhudilərdən [sayca] daha çox və hər cəhətdən onlardan üstün idilər. Yəhudilərlə onların arasında bir ixtişaş və ya münaqişə olanda yəhudilər onlara: "Bu yaxınlarda bir Peyğəmbər gələcək, biz də onunla birləşib daha da qüvvətlənəcək və sizinlə haqq-hesab aparacağıq". Peyğəmbər (s) xəzrəcliləri islama  dəvət edən zaman onlar yəhudilərin söylədikləri sözləri xatırladılar və
-Yəhudilər peyğəmbəri görüb ona iman etməzdən əvvəld biz onlardan əvvəl ona iman gətirək və [bu işdə] onları qabaqlayaq. Beləcə, onlar həvəslə islam dinini qəbul etdilər.
Bunlar altı nəfər idilər: Əsəd bir türkcə, Rafi bin Malik, Af bin Haris, Qətəbə bin Amir, Ütbə bin Amir, Cabir bin Abdullah Peyğəmbər (s) onlara:
-Bundan sonra mənə yardım edəcək, Allah-təalanın əmrlərini xalqa bildirəcəksiniz - deyə buyurdu. Onlar:
-Ya Rəsulullah! Xəzrəc və Övf qəbilələri ibir-birinə düşməndir. Aramızda bir düşmənçilik olduğundan sənə yardım edə bilmərik. Bu il bizə möhlət ver, bəlkə Allah-Təala aramıza bir barışıq birdə  o zaman gedib onları islama dəvət edərik, beləcə, hər iki qəbilənini sənə yardımçı olmağımızı Allahdan diləyirik. Səndən əziz bir kimsə yoxduor. Hələlik bu il gözləyək, görək vəziyyət necə olacaq, gələn il yenə zamanı bir daha səninlə görüşərik". Xəzrəclilər Peyğəmbər (s)dən izn istəyib mədinəyə döndülər və [islamı qəbul etdiklərini] hamıya xəbər verdilər.
Növbəti il yenə də eyni yerdə, [bu dəfə] on iki nəfər Peyğəmbər (s)lə görüşdüər. Onlardan altısı Haris və Zəkəvan bin Əbdü-Qeyslə bərabər qalan altı nəfərdən ikisi Övf qəbiləsindən idələr ki, bunlar dərhal islamı qəbul etdilər. Bunlardan Müaz bin Zəkəvan Peyğəmbərlə (s) bərapbər Məkkədə qaldı, ikisidə ühüd savaşında şəhid oldular.
Övs qəbiləsindən olan Əbu-l-Heysəm Üveym bin Saidə ilə digərləri Peyğəmbər  (s)lə bundavn sonra bu cür hərəkət tedəcəklərinə söz verdilər: Allah-Təalaya şərik qoşmayüacaqlar, oğurluq etməyəcəklər, zina etməyəcəklər, heç kəsi öldürməyəcəklər. Allahın əmrlərinə zidd hərəkət etəmyəcəklər, bütün əmrlərinə itaət edəcəklər. Peyğəmbər (s): "Verdiyiniz bu sözə tam riayət edənləri Allah-tala Cənnətə varid edəcəkdir, əməl etməyənləri isə istəsə əzab verər, istəsə bağışlayar, yəni imama gəldikdən sonra günah işlətməklə kafir olmaz.
Müsəlmanlar gönüb Mədinəyə getdilər. Bu zaman cihad hələ müsəlmanlara fərz olunmamışdı. Mədinədəki müsəlmanların başçısı Əsəd bin Zürarə (r0 idi. Övf və Xəzrəc qəbilələri Peyğəmbər (s)ə məktub göndərdilər və onlara Qurani-Kərim və şəriət hökmlərini öyrədərək bir səhabənin onların yanına göndərməsini Peyğəmbər (s) dən xahiş etdilər. O zaman Mədinədə cəmi 40 nəfər müsəlman o vardı. Onlardan sonra bir çox insan imanc gəldi. Bunların arasında Səd bin Müaz Üseyd bin Hüdeyrdə vardı.  Bunlarla  Əbdül-Əşhəl qəbiləsinin kişi və qadınları bir gündə müsəlman oldular. Bu qəbilədənə yalnız Əsrəm adlanan Əmr bin Sahit qalmışdı, O da Ühüd savaşında imama gəldi və düşmənlərlə  döyüşüb [həmin döyüşdə] şəhid oldu. Peyğəmbər (s) onun Cənnət əhlindən olduğunu bildirdi.
Növbəti zül-hiccə ayında Mədinədən gələn yetmiş nəfər yenə Əqəbə adlanan yerdə Peyğəmbər i(s)lə görüşdülər və ona belə and verdilər. Bundan sonra öz canlarını, ailə və uşaqlarını necə qoruyurlarsa, Peyğəmbər (s)i də elə qoruyacaqlar, onunoa düşmənçilik edənlərlə savpaşacaq, Peyğəmbər (s)in yolunda həm ərəblərlə, həm də qeyri ərəblərlə (əcəmlərlə) savaşacaqlar.
Deyilənlərə görə, əlini Peyğəmbər (s)in mübarək əlinə qoyub ona ilk heyət edən Bəra bin Məzur (r) olub. Bəzi alimlər bunu ilk edən Əbu-l-Heysəm, bəziləri də Əsəd bin Zürarə (r)nin olduğunu deyirlər.
Bundan sonra kafirlərlə döyüşməyə izn verən şərəfli ayə nazil oldu: "Zülmə məruz qaldıqlarına görə, vuruşanları [kafirlərə  qarşı Allah yolunda döyüşməyə] izn verilmişdir. Allah onlara kömək etməyə əlbəttə qadirdir!" (Əl-Həcc" surəsi, 39-cu ayə). Peyğəmbər (s) Əqəbədə ona beyət edənlərdən  on iki nəfəri digər müsəlmanlar üzərində nəqib-başçı təyin etdi.

Mədinədə hicrət

İbn İshaq (r) bildirir: "Peyğəmbər (s) lə bu insanlar arasındakı andlaşmaı qureyşlilərdən gizli tutuldu.
Bu hadisədən sona Peyğəmbər (s) səhabələrinə Mədinəyə hicrət etmələrini əmr etdi.  Mədinəyə ilk köçək Abdullahın oğlu Əbu Sələmə (r) oldu. Əqəbə heyətindən sonra o Həbəşistanın getmiş, oradan Məkkəyə döndükdən sonra isə, qureyşlilər ona çox əziyyət verib onnu  incitdilər. Bu səbəbdən o, dərhal Mədinəyə hicrət etdi. Ondan sonra Rəbiənin oğlu Amir xanımı ilə birlikdə daha sonra Cəhsin oğlu, Abdullah, sonra isə digər  səhabələrə dəstə-dəstə Mədinəyə hicrət etdilər. Bundan sonra Ömər (r) və onun qardaşı 28 nəfərlə birlikdə Mədinəyə hicrət etdilər. Bunlardan da sonra Osman (r) getdi.
Məkkədə isə peyğəmbər (s) lə Əbu Bəkr və Əli (r)dən başqa Peyğəmbər (s)in səhabələrindən bir kimsə qalmadı. Əbu Bəkr (r) Pey ğəmbərdən hicrət etmək üçün izn istəmiş, Peyğəmbər (s)isə ona: "Səbr et, Allah-Təaladan  mənə binr yol-yoldaşı göndərilməsi üçün yalvarıram", - deyə buyurdu.
Bir gün qureyş qəbiləsinin başçıları bir yerə toplaşdılar. Məlun İblisdə Nəcd qəbiləsindən bir qocanın surətində gəlib qureyşlilərin məclisinə qatıldı. Onlar [çox götür qoy etdikdən sonra] Məhəmməd (ə)in öldürülməsinə qərar verdilər. Elə bu zaman Cəbrailə gəlib: "Ya Muhəmməd! Qureyşlilər səni öldürməyə qəara verdilər. Bu gecə sən öz yatağında yatma!" - deyə ona xəbərdarlıq etdi. Həmin gecə kafirər Peyğəmbər (s)in evinin ətrafında toplaşdılar ki, o yuxuya gedəndən sonra evinə girib onu öldürsünlər. Peyğəmbər (s) Əli (r)yə onun yatağında yatmağı buyurdu, özü  isə "Yasin" surəsini 9-cu ayənin sonuna qədər oxuyaraq qapıdan çölə çıxdı, orada onu gözləyən kafirlərin başlarına bir ovuc toraq tökdü və qarşılarından keçib getdi. Kafirlər ona baxıb yerlərində donub qaldılar, ona görə bilmədilər.  Sonra onların yanına bir nəfər gəlib:
-Burada niyə dayanmısınız? - deyə soruşdu.
-Muhəmmədi gözləyirik, - deyə cavab verdilər.
-Muhəmmdə (s) çoxdan bəri evindən çıxmış və işinin dalınca getmişdir, ammak siz onu görmədiniz, - dedi.
İbn Abbas (r) bildirir: "Peyğəmbər (s) kimin başına torpaq tökmüşdüsə, həmin adam Bədr savaşında öldürüldü. Bu hadisədən sonra Peyğəmbər (s)ə Mədinəyə hicrət etməsi üçün bu şərəfli ayə ilə izn verildi. Ayədə buyurulur: "Deki: "Ey Rəbbim! məni daxil edəcəyin yerə [Mədinəyə] xoşluqla daxil et, məni çıxaracağın yerdən [Məkkədən] də xoşluqla çıxart. Öz dərgahından mənə kömək  edə  birlən bir dəlil ver! "[Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər həmişə onun qarşısında aciz  qalsınlar!] (Əl-İsra); 80
Hədis alimlərindən Hakim (r) bildirir: "Peyğəmbər (s) Ərəbədə Mədinəlilərlə etdiyi andlaşmadan üç ay sonra bazar ertəsi günü Məkkədən çıxmış  və Bazar ertəsi günü Mədinəyə yetişmişdi. Bəzi alimlər Peyğəmbər  (s)in mədinəyə çərşənbə günqü yetişdiyini söyləyir. İmam Muhəmməd İbn Musa Əl-Xarəzmi isə Rəsulullahın (s) çərşənbə günü Məkkədən çıxıb, üç gün mağarada qaldıqdan sonra, bazar ertəsi günü Mədinəyə doğru yollandığını söyləyir.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Cinlərin Peyğəmbər (s)i dinləməsi
Yazılma Tarixi : 02.04.2010
Xəbər Etiketləri : Cinlərin Peyğəmbər (s)i dinləməsi
Oxunma Sayı : 973
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Müctəhid Şəbistərinin küfrləri
Avqustun 27-nə olan oruc təqvimi
Avqustun 26-na olan oruc təqvimi
Avqustun 25-nə olan oruc təqvimi
Avqustun 24-nə olan oruc təqvimi
Avqustun 23-nə olan oruc təqvimi


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.