Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılır


Avqustun 26-da 2010-2011-ci il mövsümü üçün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq mərasim Monakoda təşkil olunacaq.

Artıq qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sonuncu vəsiqələrə avqustun 25-də ilk dəfə “Jilina” və “Tottenhem”, Çempionlar Liqasının keçmiş qalibi “Ayaks”, habelə “Oser” və “Kopenhagen” sahib çıxıb. Bundan bir gün öncə “Hapoel” (Təl-Əviv), “Bazel”, “Partizan”, “Braqa” və “Verder” də adını əsas mərhələyə yazdırıb. Daha 22 komanda, o cümlədən, Çempionlar Liqasının hazırkı qalibi “İnter” qrup mərhələsinə birbaşa yüksəlib.

Ümumiyyətlə, qrup mərhələsində 18 ölkə təmsil olunacaq. Onlardan Türkiyənin yeganə təmsilçisi “Bursaspor”, eləcə də “Tottenhem”, “Jilina”, “Braqa” və “Tvente” əvvəllər qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış etməyib. Digər tərəfdən, “Mançester Yunayted” Çempionlar Liqasının 19 mövsümünün 16-da iştirak edəcək. Bununla da “qırmızı şeytanlar” rekord müəyyənləşdiriblər.

Püşkatma öncəsi 32 komanda öz əmsallarına əsasən, 4 səbətə bölünüb. Püşk zamanı hər səbətdən 1 komanda götürülməklə, 8 qrup formalaşdırılacaq. Eyni ölkənin komandaları bu mərhələdə bir-biri ilə görüşə bilməz.

1-ci səbət: “İnter” (İtaliya), “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Çelsi” (İngiltərə), “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Milan” (İtaliya), “Lion” (Fransa)

2-ci səbət: “Verder” (Almaniya), “Real” (İspaniya), “Roma” (İtaliya), “Şaxtyor” (Ukrayna), “Benfika” (Portuqaliya), “Valensiya” (İspaniya), “Marsel” (Fransa), “Panatinaikos” (Yunanıstan)

3-cü səbət: “Tottenhem” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Ayaks” (Hollandiya), “Şalke-04” (Almaniya), “Bazel” (İsveçrə), “Braqa” (Portuqaliya), “Kopenhagen” (Danimarka), “Spartak” (Moskva, Rusiya)

4-cü səbət: “Hapoel” (Təl-Əviv, İsrail), “Tvente” (Hollandiya), “Rubin” (Rusiya), “Oser” (Fransa), ÇFR (Rumıniya), “Partizan” (Serbiya), “Jilina” (Slovakiya), “Bursaspor” (Türkiyə).




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılır
Yazılma Tarixi : 26.08.2010
Xəbər Etiketləri : Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılır
Oxunma Sayı : 350
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"Fənərbağça"dan 45 milyon avroluq təzminat iddiası
"Arsenal"dan türk futbolçu üçün rekord təklif
"Mourinyo oyunu "Barselona"ya hədiyyə etdi"
Baş məşqçinin istefası qəbul olunmadı
Nəsimov: "Oyunu biz diqtə etdik"
AFFA-nın baş katibi FİFA-nın seminarında iştirak edəcək


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.