Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?


Bahar Muradova : “Onlar sadəcə, ümumin mövqeyin müəyyənləşməsində iştirak etməli, fikirlərini söyləməlidirlər”.

Prezidentlərin Soçi görüşündən sonra xalq diplomatiyasının fəallaşması, icmalar arasında görüşlərin intensivləşməsi məsələsi aktuallaşıb. Dövlət başçıları bu istiqamətdə atılacaq hər hansı addımı dəstəyəcəklərini bəyan ediblər. İndi Rusiya prezidentinin təklifi ilə ortaya atılan bu məsələnin detallarının müzakirəsi siyasətçilərin gündəlik mövzusuna çevrilib. Bəs, əslində necə, dövlət başçılarının, siyasi xadimlərin əldə edə bilmədikləri razılığa icma nümayəndələri, “xalq diplomatları” hansı töhvəni verə bilər? Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovaın sözlərinə görə, bu gün “beynəlxalq ermənilik” Dağlıq Qarabağ probleminin öz xeyrinə, öz maraqlarına uyğun həll olunmasından danışanda mütləq burada yaşayan “Qarabağ xalqı”na istinad edir. Əslində isə “Qarabağ xalqı” deyilən xalq yoxdur, orada yaşayan insanlardan, millətlərin nümayəndələrindən söhbət gedə bilər. Hər kəsə məlumdur ki, bu gün həmin bölgədə ermənilərdən başqa heç kim yaşamır, digər xalqların nümayəndələri, o cümlədən, azərbaycanlılar ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıblar və indi hətta, “Dağlıq Qarabağ xalqı” istinad nöqtəsi kimi qəbul olunursa belə, onun içərisində azərbaycanlı icması mütləq nəzərə alınmalıdır: “Bu günə qədər bu şəkildə gedib və ermənilərin marağında deyil ki, Dağlıq Qarabağın azərbaycanlı icması deyilən bir icma meydana çıxsın, danışıqlar prosesində öz sözünü söyləsin, bu sülhyaratma prosesinə qoşulsun, bu və ya digər tədbirlərdə iştirak etsin və ermənilərin maraqlarına zidd əks mövqe sərgiləsin. Ona görə də onlar hər hansı bir görüşdən, təmasdan, ümumiyyətlə, belə bir icmanın mövcudluğunu qəbul etməkdən yayınırlar. Onlar hər vəchlə bu icmaların görüşünün təşkil olunmasına əngəllər törədirlər”. Vitse-spikerin eyni zamanda bildirdiyinə görə, vaxtı ilə icmaların görüşü təklifi irəli sürülürkən bəziləri bunu başqa cür qəbul edərək belə düşünürdülər ki, söhbət guya Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda iştirakından gedir: “Amma bu, qətiyyən belə deyil. Bu bölgədə vaxtı ilə yaşamış və gələcəkdə bu münaqişə həll olunduqdan sonra yaşayacaq insanların bir-biri ilə təmasa girməsindən söhbət gedir. Necə ola bilər ki, mənim doğulduğum el-obanın, regionun taleyi həll olunsun və mən o taledə iştirak etməyim, mənim mövqeyim nəzərə alınmasın? Bu təmaslar sadəcə, bir yerdə yaşayacaq xalqların bir-birini başa düşməsi, aralarında yaranmış etimadsızlığın aradan qaldırılması, bu region, onun gələcək idarə edilməsi, birgə yaşamağın yolları haqqında fikir mübadiləsi aparılması üçün önəmli bir şərtdir. Siyasi rəhbərlər görüşürlər, beynəlxalq təşkilatların təmsilşiləri gəlirlər, danışırlar, gedirlər, amma burada yaşayan insanlar nə düşünürlər, onların fikirləri nəzərə alınmır. Demirəm ki, onlar danışıqlar prosesinin bir elementi və iştirakçısı olacaqlar, xeyr, sadəcə, onlar ümumin mövqeyin müəyyənləşməsində iştirak etməli, fikirlərini söyləməlidirlər”.

Bu baxımdan vitse-spiker hesab edir ki, bu təmasların, icmaların bir araya gəlməsinin münaqişənin həlli acısından çöx böyük önəmi var: “Bəlkə bu icmalar bir-biri ilə o qədər görüşəcəklər, bir-birilərini elə yaxşı anlayacaqlar ki, elə bizlərə deyəcəklər, siz kənara çəkilin, biz özümüz məsələmizi həll edək. Bunu da gözləmək olar. Vaxtı ilə bu insanlar bir yerdə yaşayıblar, bir-birilərini çox gözəl anlayıblar, bir-birilərini çox yaxşı tanıyıblar və onlardan heç kim biri digərini aldatmağa, yalan danışmağa cürət edə bilməz. Onlar prosesləri də bilirlər və bir-birilərinin dədə-babasını da yaxşı tanıyır, kimin-kim olduğunu da çox gözəl anlayırlar. Ona görə icmaların görüşməsi çox vacibdir. Bu görüşlər yeni ideyalar, yeni fikirlər ortaya gətirə bilər. Ancaq biz düşmüşük həmsədrlərin, onların nümayəndələrinin üstünə ki, siz gedin variant tapın, gəlin bizə təqdim edin, biz də öz mövqeyimizi deyək. Bəli, belə də olmalıdır. Çünki belə bir format yaradılıb və danışıqlar prosesini irəliyə aparmaq missiyası onların boynuna düşüb. Onlar da gəlir, bizə təqdim edir, hərəmiz öz mövqeyimizə uyğun etirazlarımızı bildirir, mövqeyimizi ifadə edirik və bu variantlar qəbul olunmur, bir-birini əvəz edir. Axı, bunların da fantaziyası nə qədər genişdir ki, bunlar hər kəsi qane edə biləcək fikirlər ortaya atsınlar? Bilirsiniz, məsələni qarışdıran, problemi qaldıran, onu bu həddə çatdıranlar özləri arxaya çəkiliblər, onların bu məsələdə heç bir iştirakı olmayan nümayəndələri isə öndədirlər və bizlərə məsələnin həlli variantlarını təklif edirlər. Özlüyündə çox dərinə gedib düşünəndə bunun hansısa bir səmərə verəcəyinə inanmaq da çox çətindir. Onlar əslində bu 3 həmsədr dövlətin öz siyasi iradəsini ortaya qoyub, bir anın içində həll edə biləcəyi bir məsələnin arxasınca sürünürlər. Hansı ki, bu dövlətlər iradəsini ortaya qoysalar, heç o fərdlərin fəaliyyətinə də ehtiyac qalmaz”.

  Alim






 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?
Yazılma Tarixi : 27.01.2012
Xəbər Etiketləri : İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?
Oxunma Sayı : 73
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Müharibə başlasa, İran uduzacaq”
Azərbaycan da gələcəkdə nüvə enerjisindən istifadə edə bilər…
“Bölgədə tariхi proseslər gedir və hər an sürpriz hadisələr baş verə bilər”
Avropa təşkilatları ilkin fikir və prinsiplərindən çox uzaqlaşıblar
"İndi biz düşünürük ki, 2020-ci ildə pensiya sistemini necə görəcəyik"
Azərbaycanı NATO-nun enerji layihələrinin mühafizəsi planında yer ala bilər


Son xəbərlər
 
  Meşkinli hərəkatçılar həbs edilib
 
 
  “Uşaqlar və müharibə”
 
 
  Qonaqlar vizaları hava limanında alacaq
 
 
  Filip Kirkorov plagiatda ittiham olunur
 
 
  Teves rəsmən üzr istədi
 
 
  Çempionlar Liqası: Joze Mourinyo və tələbəsi qonaqlıqda
 
 
  Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
 
 
  TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat
 
 
  “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
 
 
  Bakıda qanunsuz ovun qarşısı alınıb
 
 
  Xeyli miqdarda saxta sement aşkarlandı
 
 
  Magistr namizədləri “buraxılış vərəqəsi”ni fevralın 29-dan ala biləcəklər
 
 
  В Австралии обнаружен розовый алмаз в 12,76 каратов
 
 
  Минобразования предлагает предоставить педагогам статус госслужащих
 
 
  Вышла в свет новая книга Юнуса Огуза
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.