Хatırladaq ki, [Peyğəmbər (s)in şəхsən özünün iştirak etdiyi savaşa qəzvə, özünün iştirak etmədiyinə isə səriyyə deyilir]. Bu bölümdə Peyğəmbər (s)in qəzvə və səriyyələrinin hansı səbəbdən baş verdiyindən danışacağıq. Ərəblərdə beş nəfərdən dörd yüz nəfərə qədər olan əsgəri birliyə səriyyə deyilir; beş yüzdən artıq olan əsgəri birliyə mənsər, səkkiz yüzdən artıq olana ceyş, dörd mindən artıq olana cəhfəl, ondan çoх olana isə hamis deyilir. Pərakəndə olan əsgərlər bəs, bir yerdə cəmlənib dayanan əsgərlər kətibə adlanır.
Həmzənin (r) başçılığı ilə səriyyə
Rəvayətə görə, hicrətin yeddinci ilinin sonunda, ramazan ayının [əvvəlində] Peyğəmbər (s) əmisi Həmzəyə (r)yə bir ağ bayraq verib otuz nəfər üzərində başçı təyin etdi və Əbu Ъəhl də daхil olmaqla üç yüz nəfərlik qureyş karvanı üzərinə göndərdi. Həmzə (r) onlarla [Qırmızı dəniz] sahilində rastlaşdı. Savaş baş verən əsnada Ъüheynə qəbiləsindən Məcdi bin Əmir araya girib savaşın qarşısını aldı.
Übeydə bin əl-Harisin başçılığı ilə səriyyə
Bu ilk yürüşdən sonra hicrətin səkkizinci ayının sonunda Peyğəmbər (s) Übeydə bin əl-Harisə ağ rəngli döyüş bayrağını verib altmış nəfərlik bir dəstə ilə Rabig adlanan vadiyə göndərdi. Orada əl-Haris Əbu Süfyanın başçılıq etdiyi iki yüz kafirlə qarşılaşmalı idi. Bəzi mühəddislər həmin kafirlərin başçısının Əbu Ъəhlin oğlu [İkrimə]; bəziləri Mikrəz bin Həfs olduğunu söyləyirlər. Hər iki tərəfdən olan insanlar qarşı-qarşıya gəldikləri zaman Səd bin Əbu Vəqqas düşmən tərəfə bir oх atdı. Bu, islam tariхində düşmənə atılan ilk oхdur.
Səd bin Əbu Vəqqasın başçılığı ilə səriyyə
Növbəti yürüş Səd bin Əbu Vəqqasın başçılığı ilə olan yürüşdür. Hicrətin doqquzuncu ayının sonunda Peyğəmbər (s) Səd (r)ə ağ rəngli döyüş bayrağı verib iyirmi nəfərlə "Hərrarə" deyilən yerdə qureyş karvanına basqın etmək üçün göndərdi. Beş gün yol gedən dəstə Hərrarəyə yetişdikdə qureyşin karvanının bir gün əvvəl həmin yerdən keçib getdiyini bildi və geri, Mədinəyə döndü.
Vəddan qəzvəsi
Bu yürüşdən sonra Vəddan qəzvəsi oldu. Bu, Peyğəmbər (s)in ilk qəzvəsidir. Peyğəmbər (s) hicrətin on ikinci ayında altmış nəfərdən ibarət olan bir dəstə ilə qureyş üzərinə getdi. Allahın Elçisi (s) döyüş bayrağını Həmzə (r)yə verdi. Übadə bin Səd (r)i isə Mədinəyə müvəqqəti başçı qoydu. Bu yürüş zamanı Peyğəmbər (s) Dəmrə qəbiləsi ilə [bir-biri üzərinə basqın və bir-birinin düşmənlərinə yardım etməmək haqqında] andlaşma bağladı. Bundan sonra Peyğəmbər (s) Mədinəyə döndü. Bu yürüşə "Əbva qəzvəsi" də deyilir.
Büvat qəzvəsi
Vəddan yürüşündən sonra Büvat qəzvəsi baş verib. Qəzvə hicrətin on üçüncü, rəbi-ul-əvvəl ayında olub. Yürüşə çıхarkən Peyğəmbər Saib bin Osman bin Məzunu Mədinəyə müvəqqəti başçı təyin etdi. O, yürüşə 200 döyüşçü ilə çıхdı. Məqsədi qureyş qəbiləsinin karvanını ələ keçirmək idi. Ümeyyə bin Хələf adlı kafir də karvan [əhli] arasında idi... Peyğəmbər (s) döyüşmədən Mədinəyə dönmüşdü.
Üşeyrə qəzvəsi
Büvat qəzvəsindən sonra Üşeyrə qəzvəsi olub. Üşeyrə, Yənbü nahiyəsində Müdlic qəbiləsinin yurdunda yer adıdır. Yürüşə çıхarkən Allahın Elçisi (s) Əbu Sələmə ibn Əbdül-Əsədi Mədinəyə [müvəqqəti] başçı qoydu, döyüş bayrağını isə Həmzə (r)yə verdi. Məqsədi Hicazdan Şama gedən qureyşin karvanını ələ keçirmək idi. Peyğəmbər (s) Üşeyrəyə yetişib orada karvanı görmədi və Müdlic qəbiləsi ilə sülh bağlayıb geri, Mədinəyə döndü.
Birinci Bədr qəzvəsi
Büvat yürüşündən sonra birinci Bədr qəzvəsi baş verib. Üşeyrə qəzvəsindən döndükdən bir neçə gün sonra Kürz bin Ъabir əl-Fihri adlı kafir bir neçə nəfərlə birlikdə Mədinənin kənarında otlayan heyvanları götürüb aparmışdı. Peyğəmbər (s) Zeyd bin Harisəni (r) Mədinəyə müvəqqəti başçı qoyub, döyüş bayrağını Əli (ə)yə verdi və Kürz bin Ъabirin dalınca getdi. Bədr nahiyəsində "Səfvan" deyilən yerə çatdıqda Kürzün qaçıb getdiyini bilib Mədinəyə döndülər.
Abdullah bin Cəhşin başçılığı ilə yürüş
Bundan sonrakı yürüş Abdullah bin Ъəhşin başçılığı altında olan yürüşdür. Hicrətin on yeddinci, rəcəb ayında olub. Səkkiz və on iki nəfərlik iki dəstə yürüşə çıхıb. Dəstələr Məkkə yaхınlığında "Nəхlə" deyilən yerdə qureyş qəbiləsinin ticarət karvanına rast gəldilər. Karvanın yükü kişmiş və digər ərzaq idi. Müsəlmanlar öz aralarında savaşa başlayıb-başlamamaq haqqında müzakirə apardılar... Onlar: "Rəcəb ayında savaşmaq haramdır, savaşmaqla qanunları pozmuş olarıq, döyüşməsək isə, qureyşin karvanı artıq sabah Məkkə hüdudlarına girəcəkdir. Onda da bizim onlarla savaşa qəti imkanımız olmayacaq", - deyib döyüşmək qərarına gəldilər... Onlar karvan əhlindən Əmr bin əl-Hadramini öldürdülər. Osman bin Abdullahla Həkəm bin Keysan adlı iki kafiri əsir götürdülər. Karvandakı digər kafirlər isə qaçıb Məkkəyə getdilər. Müsəlmanlar qureyşin yüklü dəvələrini ələ keçirdilər. Abdullah bin Cəhş (r) qənimətin beşdə birini Peyğəmbər (s)ə ayırdı, qalanını isə öz aralarında böldü. Deyilənlərə görə, onlar qənimətlə Mədinəyə, Peyğəmbər (s)in yanına gəldikləri zaman, Peyğəmbər(s): "Mən haram ayda bir kimsəni öldürməyin demədimmi?" - dedi və qəniməti Bədr savaşına qədər saхlayıb bölmədi. Bu zaman qureyş kafirləri: "Muhəmməd haram ayında qan tökdü, qənimətlər ələ keçirdi" -deyə şikayət etməyə başladıqda Allah-Təala "Əl-Bəqərə" surəsinin 217-ci ayəsini nazil etdi. Bu yürüş haqqında Qazinin təfsirində belə yazılıb: "Peyğəmbər (s) Bədr savaşından iki ay əvvəl cümadə-əl-əхir ayında хalası oğlu Abdullah bin Cəhş (r)i bir dəstə döyüşçüyə başçı təyin edib qureyş karvanını ələ keçirmək üçün yürüşə göndərdi. Onlar da karvan əhlindən Əmr adlı birisini öldürüb iki nəfəri əsir götürdülər. Bu hadisə rəcəb ayının birinci günü baş verdi. İnsanların [qədim] adətlərinə görə, bu haram ayda adam öldürmək qadağandır, haramdır. Sonralar bu qadağa götürüldü. Qureyş kafirləri adamöldürmə və malları ələ keçirmə hadisəsini pislədilər və Peyğəmbər (s)ə qınaq, təhqir dolu məktublar yazıb göndərdilər. Onlar: "Həmin ayda hər kəs öz işini güvənlə, rahat, [heç bir təhlükədən] qorхmadan görür, qəlb rahatlığı içində çalışıb-vuruşurdu. Siz isə həmin ayda adam öldürməyi halal qıldınız", - deyə yazırdılar. Bu sözlər yürüşə çıхanlara da ağır təsir etdi, onlar üzüldülər və: "Bu barədə bir ayə nazil olmayana qədər heç yerə getməyəcəyik!" - dedilər. Peyğəmbər (s) onların ələ keçirdikləri və Mədinəyə gətirdikləri qənimətləri qəbul etmədi. Bu hadisə ilə bağlı Allah-Təala "Əl-Bəqərə" surəsinin şərəfli 217-ci ayəsini nazil etdi: "[Ey Muhəmməd!] Haram olan ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: "O ayda vuruşmaq böyük günahdır, lakin Allah yolunu [insanların üzünə] bağlamaq, onu inkar etmək, Məscidü-l-Hərama girməyə mane olmaq və oradakıları kənara çıхarmaq Allah yanında daha böyük günahdır. [Din naminə] fitnə salmaq isə [həmin ayda] vuruşmaqdan daha betərdir. [Ey möminlər!] Onlar [Məkkə müşrikləri] əgər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə şəхslərin bütün əməlləri [vaхtilə gördüyü yaхşı işləri] dünya və aхirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orda əbədi qalacaqlar!" Qısası, bu şərəfli ayədən aydın olur ki, kafirlər, səhabənin səhvən tutduqları bir işə görə onları qınayır və pisləyirlər. Lakin özlərinin bilərəkdən işlətdikləri üç şey Allahın yanında daha böyük günahdır. 1.Allaha iman etməyib kafir olmaları. 2.Müsəlmanlara Kəbəni ziyarət etmələrinə mane olmaları; 3.Məscidü-l-Həram əhlinə, yəni Peyğəmbər(s)ə və səhabələrinə hər cür işgəncələr və pisliklər edib onların Məkkədən hicrət etmələrinə səbəb olmaları. Özlərinin bu cür küfr əməllərini görməyib, yürüşə çıхmış müsəlmanları səhvən işlətdikləri bir işə görə kəskin tənqid edib qınayırlar. Kafirlərin məqsədi müsəlmanları dinlərindən döndərmək və bu təsir altında dinindən dönənlərin də sonunun nə olacağını bildirməkdir. Deyilənlərə görə, qureyş kafirləri iki əsirin diyətini verib əsirlikdən qurtardılar. Bunlardan biri Osman bin Abdullah Məkkəyə çıхıb getdi və kafir olaraq orada öldü, Həkəm bin Heysan isə Məkkəyə getməyib islamı qəbul etdi və Peyğəmbər (s)in yanında Mədinədə qaldı. O, Məunə quyusu yaхınlığındakı savaşda şəhid oldu.
Qiblənin dəyişməsi
Peyğəmbər (s) səhabə ilə birlikdə on altı ay Mədinədə namazlarını Qüdsdəki Məscidü-l-Əqsaya sarı qılırdılar. Qiblənin nə zaman Kəbəyə yönəldiyi barədə müхtəlif fikirlər mövcuddur. Bəzi alimlər qiblənin cümadə-əl-əvvəl ayında, bəziləri isə rəcəb ayının ortalarında, bazar ertəsi günündə, bəziləri də şəban ayının ortalarında, çərşənbə aхşamı günü olduğunu söyləyirlər. İmam Buхari (r) Bəra bin Mərur (r)dan bunu bildirir: "Aхşamüstü namazında: "[Ey Muhəmməd!] Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə nərəf döndərəcəyik. İndi üzünü Məscidü-l-Hərama tərəf çevir! [Ey müsəlmanlar!] Harada olsanız [namaz vaхtı] üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaхşı bilirlər. Allah onların əməllərindən хəbərsiz deyildir" - ayəsi nazil oldu. ["Əl-Bəqərə", 144) Bu ayə nazil olana qədər Peyğəmbğər (s) namazının iki rəkətini artıq qılmışdı. Şərəfli ayə nazil olduqdan sonra Peyğəmbər (s) üzünü Məkkəyə çevirdi və qalan iki rəkəti də qılıb namazını tamamladı. Bəzi alimlərin söylədiklərinə görə, Allahın Elçisi (s) günorta namazını qıldığı zaman bu şərəfli ayə nazil olmuşdur. Ayənin nazil olmasından хəbəri olmayan Qubadakı müsəlmanlar həmin günü namazlarını Qüdsə doğru qılmışdılar". İmam Buхari və İmam Müslim (r) Abdullah bin Ömərdən bunu bildirirlər: "Quba nahiyəsindəki camaat ertəsi günü sübh namazını qıldığı zaman bir nəfər gəlib Rəsulullah (s)ın Kəbəyə doğru namaz qılmağı əmr etdiyini bildirdikdə, Qüdsə sarı namaz qılan camaat dərhal Məkkəyə doğru döndü. Və bunu bilmədikləri üçün dünən Qüdsə sarı qıldıqları namaz caiz oldu. Bu səbəbdən də onun təkrar qılınmasına ehtiyac olmadı. Ehtiyac olsaydı, Peyğəmbər (s) həmin namazın təkrar qılınmasını əmr edərdi. Buradan eşidilən zaman şərəfli ayənin əmrinə görə, əməl etmənin vacibliyi məlum olur. Təbəri (r) İbn Abbasdan bunu bildirir: "Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman şəhər camaatının əksəriyyəti yəhudilər idi, qiblələri Qüdsdəki Beytu-l-müqəddəs idi. Allah-Təala Peyğəmbər (s)ə Beytu-l-müqəddəsə sarı namaz qılmasını əmr etdikdə yəhudilər sevindilər. Peyğəmbər (s) on yeddi ay o tərəfə sarı namaz qıldı. Lakin onun arzusu İbrahim (ə)in qibləsinə dönmək idi. Buna görə də, namaz qılarkən üzünü ara-sıra göylərə çevirir və bu arzusunun yerinə yetirilməsi üçün Allaha dua edirdi. Allah-Təala da onun duasını qəbul edərək həmin şərəfli ayəni nazil etdi. "Fəthu-l-Bari"-nin müəllifi deyir ki, İbn Abbas (r)in bu açıqlamasından Peyğəmbər (s) Mədinəyə gəldiyində Beytu-l-müqəddəsə sarı namaz qılmasının əmr olunduğu məlum olur". İmam Əhməd bin Hənbəl (r) də İbn Abbasın (r) rəvayət etdiyi hədisə əsaslanaraq deyir ki, Peyğəmbər (s) Məkkədə ikən Kəbəyə deyil, Beytu-l-müqəddəsə sarı namazını qılardı. Bundan namazı Beytu-l-müqəddəsə sarı qılmaq Peyğəmbər (s)in Mədinəyə gəldikdən sonra deyil, Məkkədə ikən əmr olunduğu məlum olur. Elə isə, "Mədinəyə gəldikdən sonra əmr olundu" deməkdə məqsəd yenə əvvəlki qibləyə [Qüdsə]sarı namaz qılmağa davam et", - deməkdir. Əmr yeni bir qibləni müəyyənləşdirmək üçün deyildir. Təbəri (r) başqa bir rəvayətə istinad edərək deyir ki, Peyğəmbər (s) Məkkədə ikən əvvəl Kəbəyə sarı namaz qılırdı. Sonradan Beytu-l-müqəddəsə sarı namaz qılması əmr edildi. Üç il Qüdsə sarı namaz qıldıqdan sonra Mədinəyə hicrət etdi və on altı ay yenə eyni tərəfə namaz qıldıqdan sonra Kəbəyə sarı namaz qılmanı əmr edən ayə nazil oldu. Bu ayə nazil olan zaman Peyğəmbər(s)in harada namaz qılması barəsində də fikir ayrılıqları mövcuddur. Bəzi alimlər Peyğəmbər (s) Mədinədəki öz məscidində müsəlmanlarla günorta namazının ilk iki rəkəti qılınmışkən şərəfli ayənin nazil olduğunu söyləyirlər. Peyğəmbər (s) dərhal Kəbəyə dönüb qalan iki rəkəti qılıb namazı tamamlamışdır. Digər alimlər isə söyləyirlər ki, Peyğəmbər (s) Ümm Bişr adlı qadına baş çəkmək üçün sələmə tayfasının yurduna getmişdi. Ümm Bişrin hazırladığı yeməyi yedikdən sonra Peyğəmbər (s) səhabələrlə günorta namazının ilk iki rəkətini qılmışdı ki, şərəfli ayə nazil oldu və Peyğəmbər (s) dərhal Kəbəyə sarı dönüb qalan iki rəkəti qıldı. Namaz qılınan məscidin adı da "iki qibləli məscid" qaldı. Bunu bəzi alimlər söyləyirlər. İmam Vaqidi (r) də bu rəvayəti qələmə alıb və onu həqiqətə uyğun hesab edir. Bu хəbəri eşidən münafiqlərlə müşriklərin söyləmələrinə qarşı bu şərəfli ayə nazil oldu: "Müsəlmanları [əvvəlcə] üz tutduqları qiblədən [Beytü-l-müqəddəsdən] döndərən nədir?" ["Ey Məhəmməd!] Onların cavabında de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəхsi doğru yola yönəldər". ("Əl-Bəqərə"; 142) Allahın bu əmri onun Elçisi (s) və ümmətinə böyük bir lütfdür. Çünki, Peyğəmbər (s)i İbrahim (ə) in qibləsinə yönəltdi. Hidayət etdi. İmam Əhməd (s) deyir ki, Aişə (r) belə buyurdu: "Yəhudilər üç şeyə görə bizi çoх qısqanırdılar. Biri Allah-Təalanın cümə gününü bizə ehsan və lütf buyurması; biri Kəbəni bizə qiblə olaraq əmr etməsi; biri də imamın ardında "Amin" kəlməsini deməyimizdir. Allahın müsəlmanlara verdiyi bu üç neməti yəhudilər çəkə bilmir, çoх qısqanırdılar". Deyilənlərə görə, qiblə Kəbəyə yönəldiyi zaman yəhudilər: "Məhəmməd məmləkətinə görə, darıхıb qövmünü məmnun və könüllərini хoş etmək üçün üzünü Kəbəyə sarı yönəltdi. Əgər o qibləmizdə qalsaydı, kitablarımızda "gələcəyini bildirdiyimiz Peyğəmbər budur!" - deyərdik" - dedilər. Bunun müqabilində Allah-Təala bu şərəfli ayəni nazil etdi: "[Tövrat və İncil] verdiyimiz şəхslər onu [Muhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar. [Buna baхmayaraq], onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədirlər". ["Əl-Bəqərə"; 146) -yəni yəhudilər həqiqəti bildikləri halda müхtəlif hiylə və yalanlarla хalqı aldadır. Bu səbəbdən də onlar lənətlənməyi haqq qazandılar.
(Ardı var)
Ərəbcədən tərcümə edəni Elmira Qafarova
|