Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Diplom alınan ixtisas üzrə iş tapa bilməmək dövlətin günahı deyil


Məleykə Abbaszadə: "Elə insan var ki, ixtisasa təlabat olmadığını bilir, amma təhsil almaq xatirinə həmin ixtisası seçir"

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin "OLAYLAR" a eksklüziv müsahibəsi.

 

- Məleykə xanım, ali məktəblərə qəbul prosesi başa çatdı. 400 baldan yuxarı nəticə göstərən 900-dən çox abituriyent ali məktəblərə qəbul ola bilmədi. Bu sayla bağlı cəmiyyətdə müxtəlif fikir formalaşdırmaq istəyənlərə nə deyə bilərsiniz?

 

-  Bu rəqəmlər doğru deyil. Çünki ali təhsil müəssisələrinə ilkin yerləşdirmə zamanı 400-dən yuxarı bal toplayan abituriyentlərdən 473 nəfəri qəbul olmamışdı. Onlardan 21 nəfəri ümumiyyətlə, ixtisas seçimində iştirak etməyənlərdir. Yerdə qalan 452 nəfərdən 101-i orta ixtisas təhsili müəssisələrinə qəbul olublar. Beləliklə qəbul imtahanlarında 400-dən yuxarı bal toplayan 351 nəfər ümumiyyətlə heç bir yerə qəbul olmayıb.  Bəzi abituriyentlər imtahan verəndə yalnız bir ixtisasa qəbul olmağı nəzərdə tutublar və həmin ixtisasa qəbul olmayıblarsa, digər  ixtisasda oxumaq istəmirlər. Bu onların öz seçimləridir. Bilirsiniz ki, özəl ali məktəblərdə kifayət qədər vakant yerlər qalmışdı və ikinci mərhələdə həmin yerlər təqdim olunmuşdu. Ödənişli əsaslarla təhsil almaq istəyənlərin qəbul üçün kifayət qədər geniş imkanları vardı. Eyni zamanda ali təhsil müəssisəsində oxumaq istəməyən, orta ixtisas məktəblərində ödənişsiz təhsil almaq istəyənlər üçün də kifayət qədər imkanlar var idi. Məsələn, lV qrupda yalnız Tibb Universitetində oxumaq istəyən və 400-dən yuxarı nəticə göstərən abituriyentlərin Azərbaycan Dövlət Aqrar Universitetinin müsabiqəsində iştirak etmək imkanı var idi. Həmin abituriyentlər aqranom və ya baytar olmaq istəmədikləri üçün bu təhsil müəssisəsinin müsabiqəsində iştirak etmədilər. Onlar hazırlaşıb gələn il yenidən sənəd verə bilərlər. Çünki Tibb Universitetində minimal keçid balı 532 bal olub. Bundan aşağı nəticə ilə heç bir abituriyent həmin təhsil müəssisəsinə qəbul olmayıb. Bundan başqa, müəyyən insanlar var ki, onlar yalnız ödənişsiz təhsil almaq istəyirlər. Həmin ixtisasda ödənişli təhsil formasında keçid balının aşağı olmasına baxmayaraq, onlar dövlət sifarişi ilə  təhsil almaq istədiklərindən həmin ixtisası seçməyiblər. Topladıqları ballar isə ödənişsiz ixtisasa qəbul olmağa imkan verməyib. Buna görə də bu abituriyentlərin nəyə görə qəbul olmadığı ilə bağlı ümumi danışmaq olmaz. Hər bir abituriyent bir fərddir. Hər bir kəsin öz nəticəsi, arzusu və seçim etdiyi ixtisaslar fərqlidir. Məsələn bir nəfər I ixtisas qrupunda 500-dən artıq bal toplayıb və ərizəsində yalnız bir ixtisası qeyd edib. Bu ixtisas üzrə də dövlət sifarişi ilə (ödənişsiz) keçid balı 620 olub. Bu ixtisasdan başqa hər hansı ixtisasda həmin abituriyent oxumaq arzusunda deyil, heç kim onu məcbur edib digər ixtisasda oxuda bilməz.  Bir başqa məqam da var ki, uşaqlar istədikləri ixtisasa getməlidirlər. Müsabiqədə onlardan daha yüksək bal toplayan uşaqlar həmin ixtisasa qəbul olunursa və keçə bilməyən abituriyent başqa ixtisas istəmirsə, təbii ki, kənarda qalır.

 

- "Azadlıq" qəzetinin yazdığına görə, valideyn övladının 670 balla Türkiyənin Gülhanə Ali Hərbi Tibb Akademiyasına qəbul olunmadığı halda, başqa bir abituriyentin 650 balla həmin məktəbə daxil olduğunu bildirib. Belə hallar nə ilə bağlıdır?

 

- Bu tamamilə fərqli  məsələdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, bu il  Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu üçün müsabiqə elan olunmuşdu. Müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərdilər.  TQDK müsabiqədə iştirak etmək istəyini bildirmiş  abituriyentlərin siyahısını Müdafiə Nazirliyinə təqdim edir. Nazirlik həmin uşaqlar arasında yalnız ballarına görə yox, anket göstəricilərinə, sağlamlığına görə seçim aparır. Biz bu prosesə heç bir müdaxilə etmirik. Biz həmin 14 yerin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin şəxsi işlərini Müdafiə Nazirliyinə təqdim etdik. Yuxarıda qeyd etdiyim kimi, həmin akademiyaya qəbul olunmaq üçün abituriyentin topladığı balla yanaşı səhhəti və anket göstəriciləri qoyulan tələblərə cavab verməlidir. Bunları isə biz yox, Müdafiə Nazirliyinin xüsusi mandat komissiyası araşdırır.

 

- Sizcə, müsabiqə vəziyyəti yüksək olan qruplarda plan yerlərinin artırılmasına ehtiyac varmı?

 

- Ötən il II ixtisas qrupunda ayrılmış plan yerlərinin 4.37 faizi boş qalmışdı. III qrupda isə yüksək müsabiqə vəziyyəti yaranmışdı. Bu il isə II ixtisas qrupunda  yüksək müsabiqə vəziyyəti yarandı, III ixtisas qrupunda isə əksinə. Bu vəziyyət bilikli məzunların hansı qrupa daha çox meyl etməsindən asılı olaraq dəyişir. Bunu əvvəlcədən heç kim müəyyən edə bilməz. Görünür, ötən il abituriyentlərin bir çoxu II qrupda boş yerlər qaldığına görə bu il də  vəziyyətin belə olacığını fikirləşiblər. Bu il qəbul imtahanlarında iştirak etmək üçün ərizə verənlərin I qrupda 50.72 faizi, II qrupda 64.58 faizi, III qrupda 51.58 faizi, IV qrupda 55.98 faizi cari ilin məzunları idi.  Bu rəqəmlər də onu göstərir ki, daha çox  hazırlıqlı gənclər II və IV qrupa ərizə veriblər. Bu prosesə heç kim müdaxilə edə bilməz və gələn il bu məsələ ilə bağlı durumun necə olacağını demək mümkün deyil. Buna görə də plan yerlərinin artırılmasından və ya azaldılmasından danışmaq olmaz. Dövlət plan yerlərini, xüsusilə dövlət sifarişli yerləri iqtisadiyyatda və əmək bazarında olan tələbata görə müəyyən edir, kiminsə istəyinə görə yox. Dövlət öz tələbatını elan edir. İnsanların istəyi bununla üst-üstə düşməyə də bilər. Bu məsələdə heç kimi günahlandırmaq olmaz. Təbii ki, dövlət üçün hər bir sahədə yüksək səviyyəli mütəxəssislərin olması vacibdir. Amma müəyyən ixtisaslara təlabat çox olsa da, bir qisim ixtisaslara belə tələbat yoxdur. Onların arasından yalnız ən yüksək nəticə göstərənlərin dövlət hesabına oxumaq imkanı var. Bu ixtisasları seçəndə gənclər, onların valideynləri əmək bazarında olan tələbatı da nəzərə almalıdırlar. Hansısa ixtisası seçəndə, 4 ildən sonra iş tapıb, tapa bilməyəcəyini düşünməlidir. Bəzən gənclər diplom alır və sonra da öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Belələri əsasən əmək bazarında ixtisasa ehtiyac olub-olmadığını bilə-bilə yalnız təhsil almaq üçün ixtisası seçənlərdir. Heç kim həmin adamın təhsil almaq hüququnu əlindən almır. Ancaq təhsil müddətini başa vurduqdan sonra, ixtisası üzrə iş imkanları məhduddursa, bu dövlətin yox, həmin şəxsin öz seçiminin nəticəsində baş verir.

 

- I qrupda plan yerlərinin çox, keçid balının aşağı olduğunu düşünənlər və sadəcə təhsil almaq üçün bu qrupa üz tutanların sayı çoxdur. Belə olan halda onların hansısa bir ixtisasın gələcəyini düşünüb seçdiklərini demək olar?

 

- Birinci qrupa abituriyentlərin son illər daha çox meyl etməsi çox yaxşı haldır. Çünki həmin qrup üzrə elə ixtisaslar var ki, hələ uzun illər həmin ixtisaslar üzrə mütəxəssislərə tələbat olacaq. Mən istəməzdim ki, abituriyentlər ixtisas seçəndə plan yerlərinin çoxluğunu nəzərə alıb seçim etsinlər. İstərdim ki, onlar qəbul olmaq istədikləri ixtisasın xüsusiyyətlərini, perspektivlərini nəzərə alsınlar. TQDK bu işdə abituriyentlərə kömək məqsədilə yaxın vaxtlarda xüsusi kitab nəşr etməyi planlaşdırır. Burada ixtisaslar, ixtisaslara olan tələbatlar haqqında, ölkəmizdə bu ixtisasların hansı sahədə olub-olmaması barədə, hansı ali  məktəblərdə həmin ixtisas üzrə mütəxəssis hazırlığı aparılması haqda geniş məlumatlar yer alacaq. Eyni zamanda, həmin kitabda cari ildə keçirilən imtahanlarda müvafiq ixtisaslar üzrə yaranmış müsabiqə vəziyyəti ilə bağlı məlumatlar da əksini tapacaq. Düşünürəm ki, kitab builki məzunlar üçün çox yaxşı bələdçi olacaq.

 

- Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçən gənclərdə test imtahanlarına biganə münasibət builki zamanı da müşahidə olundumu?

 

- İldən-ilə xüsusi qabiliyyət tələb edən ixtisaslardan belə demək mümkünsə, dəbdə olanlarına müsabiqə vəziyyəti yüksəldiyi üçün keçid balları da artır. Bu ixtisaslar arasında 300-dən yuxarı keçid balları formalaşan ixtisaslar var. Amma təəssüflər olsun ki, bədən tərbiyəsi və idman sahəsi üzrə ixtisaslara yiyələnmək istəyən idmançılar dərsliyə, oxumağa elə də fikir vermirlər. Bununla yanaşı, Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənarbul olunurlar. Bu il bir neçə nəfər bu qayda əsasında qəbul olunub. Avqust ayında isə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiadasında qalib olan idmançılardan biri də müsabiqədənkənar qəbul olunacaq. O, qəbul imtahanında 75 baldan aşağı nəticə göstərmişdi. Biz müsabiqədənkənar yerləşdirmə aparanda o hələ çempion deyildi. Bədən Tərbiyəsi və İdman Akademiyasında vakant yer qaldığı üçün biz onun həmin tədris müəssisəsinə yerləşdirilməsini təmin edəcəyik. Bu da təbiidir. Onlar Azərbaycanın idman şərəfini qoruyur, bayrağını yüksəldirlər. Amma biz istərdik ki, onlar çempion olmaqla yanaşı, bilikli insan kimi də formalaşsınlar.

 

- Ötən il sənəd verənlərin cəmi 2,89 faizi öz ərizələrində qeyri-dövlət ali məktbələrinin ixtisas kodlarını birinci yerdə göstəriblər. Yeni maliyyələşmə mexnizminin tətbiqindən sonra bu göstərici dəyişib?

 

- Bu il özəl ali təhsil müəssisələrindən Qafqaz Universitetində ayrılan plan yerlərindən təxminən 53 faizinə dövlət sifarişi ilə oxumaq hüququ qazanan abituriyentlər qəbul olub. Eyni formada 4 nəfər Qərb Universitetinə, 19 nəfər Xəzər Universitetinə, 1 nəfər “Azərbaycan” Universitetinə  qəbul olub. Mənə elə gəlir ki, ildən-ilə bu say artacaq və özəl ali məktəblər arasında da rəqabət mühiti yaranacaq. Çünki artıq özəl ali təhsil müəssisələrinin də dövlət tərəfindən ayrılan maliyyə vəsaitindən istifadə imkanları yaranıb.

ardı var

Aygün




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Diplom alınan ixtisas üzrə iş tapa bilməmək dövlətin günahı deyil
Yazılma Tarixi : 02.09.2010
Xəbər Etiketləri : Diplom alınan ixtisas üzrə iş tapa bilməmək dövlətin günahı deyil
Oxunma Sayı : 500
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“QHT-lərin səfərbər olunmasını istəyirik”
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.