Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Dubaydan Bakiya külli miqdarda briliyant gətirən alverçi ələ keçdi


Dubaydan Azərbaycana qaçaqmalçılıqla külli miqdarda brilliyant qaşlar gətirən şəxs yaxalanıb. Bu barədə “OLAYLAR”a Dövlət Gömrük Komitəsindən veriblər. Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş əməliyyat məlumatı əsasında Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn Mehrəliyev Rəşad Atamoğlan oğlu gömrük nəzarətindən keçib Heydər Əliyev Beynəlxaq Hava Limanının ərazisindəki avtomobil dayanacağında «Mercedes Benz» markalı 10 NM 240 dövlət nömrə nişanlı avtomobilə minərkən saxlanılıb və şəxsi yoxlama zamanı hər iki ayağının pəncəsinin altına yapışdırılmış iki ədəd şəffaf sellofandə külli miqdarda, 50771 manat dəyərində, ümumi xalis çəkisi 64,416 qram (322,54 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsilə cinayət işi başlanıb.
Aparılan istintaqla müəyyən edilib ki, Mehrəliyev Rəşad Atamoğlan oğlu brilyant qaşlar almaq məqsədilə Dubay-Bakı aviareysindən istifadə edərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib, Dubaydakı ticarət mərkəzlərinin birindən külli miqdarda, 50771 manat dəyərində ümumi xalis çəkisi 64,416 qram (322,54 karat) olan brilyant qaşlar əldə edərək həmin brilyant qaşları qaldığı oteldə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sellofan paketlərə yerləşdirib yapışqanla hər iki ayağının pəncə hissəsinin altına yapışdırmış və Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxaq Hava Limanına gətirib, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ikinci sərnişin şöbəsində qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycanın gömrük sərhədindən keçirib. Hava limanını tərk etdikdən sonra avtomobil dayanacağında «Mercedes Benz» markalı 10 NM 240 dövlət nömrə nişanlı avtomobilə minmək istəyərkən Rəşad Mehrəliyev Gömrük və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində aparılmış şəxsi yoxlama zamanı hər iki ayağının pəncəsinin altına yapışdırılmış iki ədəd şəffaf sellofanda brilyant qaşlar aşkar edilərək götürülüb.
Mehrəliyev Rəşad Atamoğlan oğlu təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və ona Cinayət Məcəlləsinin  206.1-ci maddəsilə ona ittiham elan edilib.
 

 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Dubaydan Bakiya külli miqdarda briliyant gətirən alverçi ələ keçdi
Yazılma Tarixi : 16.08.2010
Xəbər Etiketləri : Dubaydan Bakiya külli miqdarda briliyant gətirən alverçi ələ keçdi
Oxunma Sayı : 373
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Mingəçevirdə dəhşətli qətl
İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
Bakıda narkotik alverçisi tutulub
Kür daşqınlarından zərər çəkənləri aldadıb pullarını mənimsəyən şəxs tutulub
Bakıda toy mərasimi yasa döndü
Bakıda narkomanlardan ibarət quldur qəstəsi zərərsizləşdirildi


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.