Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Dünya ədalətsizlikdən əl çəkməlidir


Dərviş Eroğlu: "Kıbrıs problemini yaradanlar bu gün Avropa Birliyində təmsil olunurlar"

"Müstəqillik əldə etmiş türk respublikaları ilə Türkiyə, eləcə də Kuzey Kıbrıs Türk Cümhuriyəti arasında əlaqələrin genişləndirilməsi önəmlidir"


Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğlunun "OLAYLAR"a müsahibəsi
-Cənab prezident, hazırda Kıbrıs probleminin həlli istiqamətində aparılan danışıqlar hansı mərhələdədir və yaxın vaxtlarda problemin həlli ilə bağlı anlaşmanın əldə ediləcəyi gözlənilirmi?
-İlk öncə onu qeyd edim ki, 1976-cı ildən etibarən mən bu siyasətin içərisindəyəm və Kıbrıs məsələsinin bütün detallarını yaxşı bilirəm. Bu istiqamətdə aparılan müzakirələri təqib etmiş, rumların mövqeyini izləmiş biri olaraq öz təcrübəmizə əsaslanan siyasət yürüdürük. Mənim niyyətim Kıbrısda davamlı bir anlaşmaya nail olmaqdır. Kıbrısda rumların nə haqqı varsa, türklərə də eyni haqq verilməlidir. Hazırda Kıbrıs türk xalqının gərgin bir vəziyyətdə olduğunu söyləməyə gərək də yoxdur. Bu hamıya məlumdur. Mən 18 il embarqolar altında baş nazir vəzifəsini icra etdim. Ona görə də Kıbrıs probleminin həlli ilə bağlı bir anlaşmaya maraqlıyam. Ancaq bizim altına imza atacağımız anlaşma Kıbrıs türk xalqının bu torpaqlarda təhlükəsizlik şəkildə sona qədər yaşamasını təmin edən anlaşma olmalıdır. Ona görə də biz Kıbrıs türk tərəfi olaraq belə bir anlaşma axtarışındayıq. Rum tərəfi isə tamamilə fərqli mövqedədir. Avropa Birliyinin üzvü olan rum tərəfi Kıbrısa qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmamasına da çalışır.
-Sizin Türkiyədəki iqtidarla da müəyyən problemlərinizin olduğu bildirilir. Bu problemlər haradan qaynaqlanır və doğurdanmı Türkiyə iqtidarı ilə hansısa problemlər mövcuddurğ Xüsusilə Kıbrısdakı bank müdirlərinin əmək haqqlarının hətta Türkiyədəkindən artıq olduğu bildirilir və bir müddət öncə Ankara tərəfindən bu bir irad kimi səsləndirildi...
-Mənim Türkiyə iqtidarı ilə heç bir problemim yoxdur. Türkiyədəki bütün hökumətlərlə Kıbrısdakı hökumətlərin səmimi münasibətlərdə olduğuna inanıram. Bank müdirlərinin maaşlarının məbləğinə gəlincə, burada bir yalnışlıq olub. Kıbrısda bütün bank müdirlərinin maaşı 14 min lirə deyil. Sadəcə burada 2 bank müdirinin maaşından bəhs edilir. İki bank müdirinin maaşından bəhs edilirkən sanki Kıbrısda bütün bank müdirləri 14 min lirə maaş alır mesajı verilməyə çalışıldı. Doğru olanı isə odur ki, yalnız bir bank müdiri 14 min lirə maaş alır. Bu gün Türkiyədə də bir çox bank müdirləri 30-40 min lirə maaş alır. Ona görə də hesab edirəm ki, bunu problemə çevirmək mənasızdır.
- Mətbuata verdiyiniz açıqlamalarda bu ilin sonuna qədər Kıbrıs probleminin həll edilməsi hədəfində olduğunuzu bildirmisiniz. Əgər il sonuna qədər hər hansı bir anlaşma əldə edilməsə nə baş verəcək?
-Əgər rum tərəfi adada bizimlə bir anlaşma əldə etmə niyyətini ortaya qoyarsa düşünürəm ki, il sonuna qədər Kıbrıs probleminin həllində bir anlaşma əldə edilə bilər. Bunun üçün qarşı tərəf bizim də bu adada eyni haqlara malik olduğumuzu qəbul etməlidir. Hazırda müzakirə masası üzərində olan məsələlər mülkiyyət məsələləridir. Torpaq məsələsi ən sonda müzakirə ediləcək məsələdir. Ancaq rum tərəfi israrla torpaq məsələsini ön plana çəkir. Ona görə də bu ilin sonuna qədər hansısa bir anlaşmanın əldə edilməməsi mümkün olmaya bilir. Ancaq biz Kıbrıs türk tərəfi olaraq bu ilin sonuna qədər səmimi bir şəkildə müzakirələri davam etdirmək niyyətindəyik. Əgər il sonuna qədər bir anlaşma əldə edilməsə onda yenidən dəyərləndirmə aparacaq, atacağımız addımları müəyyənləşdirəcəyik. Təbii ki, bu məsələdə Türkiyə rəsmiləri ilə də məsləhətləşmələr aparacağıq. Bu bir son şansdır və bu son şansı bir anlaşmanın əldə edilməsi ilə nəticələndirməsək dünya gerçəyi görməlidir. Təəssüflər olsun ki, bu günə qədər müzakirələr masasından qaçan rum tərəfinə dünya birliyi tamam başqa münasibət bəsləyir, Kuzey Kıbrısa qarşı tətbiq edilən sanksiyalar ilə aradan qalxmır. Ona görə də dünya bu ədalətsizlikdən əl çəkməlidir. Belə olan halda rum tərəfi də anlaşmaya maraqlı olar.
-Uzun müddət Kuzey Kıbrıs Türk Cümhuriyyəti müstəqil dövlət kimi fəaliyyət göstərsə də, lakin ölkənin inkişafı, onun tanınması prosesi bir qədər ləng gedir. Bunun səbəbi nədir və yaxın zamanlarda bu istiqamətdə bir dönüş baş verə bilərmi?
-Hələ Kosovonun müstəqilliyi elan ediləndə Rusiyanın dövlət başçısının biz də Kuzey Kıbrısı tanıyaq deyə fikri səslənmişdi. Ancaq təəssüflər olsun ki, bu bir söz olaraq qaldı. İndiyə qədər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin embarqolardan qurtarılması istiqamətində hər hansı bir addımlar atılmayıb. Müzakirələr davam etdiyi təqdirdə bizim bir kimsə tərəfindən tanınacağına inanmıram. Hazırda müzakirələri davam etdirməkdən başqa düşüncəmiz yoxdur. İndiyə qədər müzakirələrə çıxarılan bütün məsələləri rum tərəfi rədd edib. Annan planı bunu açıq şəkildə təsdiqləmiş oldu. Ancaq dünya bizə qarşı tətbiq etdiyi haqsız mövqeyini təssüflər olsun ki, hələ də davam etdirir. Avropa Birliyi bizə qarşı sanksiyalar tətbiq etməkdədir. Yəni, Pakistan, İngiltərə, eləcə də digər ölkələrdən Kuzey Kıbrısa birbaşa uçuşlar yoxdur. Avropa Birliyi demokratiyanın beşiyi sayılır və dünyanın ən demokratik ölkələrinin qurduğu bir qurumdur. Ancaq həmin təşkilat tərəfindən bizə fərqli bir münasibət var. Bu gün Türkiyəni Kıbrıs problemi səbəbi ilə Avropa Birliyinə qəbul etmirlər. Ancaq nəzərə almaq lazımdır ki, Yunanıstan da Avropa Birliyinə qəbul ediləndə Kıbrıs problemi mövcud idi. Göründüyü kimi bir ədalətsizlik hökm sürür. Əslində bu Türkiyəni Avropa Birliyinə üzv qəbul etməmək üçün bir bəhanədir. Çünki Kıbrıs problemini yaradanlar bu gün Avropa Birliyində təmsil olunurlar. Təbii ki, Avropa Birliyi ilə lobbi fəaliyyətlərimiz var. Brüsselə səfərlərimiz davam edir, oradakı böyük elçimiz müəyyən işlər görür. 
-Birləşmiş Ştatlar Kıbrıs probleminin həllində hansı önəmli rol oynaya bilər?
-Bu gün Birləşmiş Ştatlar böyük bir dövlətdir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvüdür. Amerika bu gün əlini hər tərəfə uzada biləcək iqtidarındadır. Kıbrısda yaşanan olaylar bu gün Birləşmiş Ştatlar tərəfindən seyr edilir. Bu gün Kıbrısda problemi çox yaxşı bilən Birləşmiş Ştatların böyük elçisi var. Dolayasıyla böyük elçilik vasitəsilə bütün məsələlər Birləşmiş Ştatlar mediasına çatdırılmaqdadır. Bir müddət əvvəl Nyu-Yorkda idim. Orada "Nyu-York Tayms" qəzetinin müxbiri ilə görüşümüz nəzərdə tutulmuşdu. Ancaq rum lobbisinin basqısı ilə son anda görüşdən imtina edildi. Əgər müstəqil mətbuat rum lobbisinin təzyiqi ilə görüşdən imtina edirsə onda hər şey aydındır. Təssüflər olsun ki, dünya hələ də bu problemi anlamaq istəmir.
-Cənab prezident, beynəlxalq birliyin nümayiş etdirdiyi bu ədalətsizlik sizcə türk dünyasının güclənməsi, genişlənməsindən irəli gəlmirmiğ Uzun illər Dağlıq Qarabağ probleminin həll edilməməsi, Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmaması Kıbrıs probleminə olan biganə münasibət belə deməyə əsas verirmi?
-Azərbaycanın da Dağlıq Qarabağ problemi var və təəssüflər olsun ki, Azərbaycan ərazilərinin bir qismi hələ də erməni işğalı altındadır. Bu işğal nəticəsində bir çox azərbaycanlı qardaşımız qaçqın və məcburi köçkünə çevrilib, ağır şərtlər altında yaşamağa məcbur edilib. Türkiyə də doğru qeyd etdiyiniz kimi Avropa Birliyinə üzv qəbul edilmir. Bir sıra ölkələr Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi üçün səylər göstərirlər. Bu gün türk dünyası önəmli bir rol oynayır, türk respublikaları öz müstəqilliklərini elan ediblər. Öncəlliklə müstəqillik əldə etmiş türk respublikaları ilə Türkiyə, eləcə də Kuzey Kıbrıs Türk Cümhuriyəti arasında əlaqələrin genişləndirilməsi önəmlidir. Bir-birimizi anlaya biləcək durumda olmağımız üçün səylərimizi artırmalıyıq. Zaman-zaman Azərbaycandan Kuzey Kıbrısa, Kuzey Kıbrısa isə səfərlər olur. Ancaq bu səfərlərin sayını artırmaq, əlaqələri genişləndirmək lazımdır.
-Azərbaycan bir müddət öncə Kuzey Kıbrısa birbaşa uçuş həyata keçirdi və bunun davamlı olacağı bildirilirdi. Sonradan bu uçuşların təkrarlanmaması nə ilə bağlıdır və mümkündürmü ki, birbaşa uçuşlar bərpa olunsun?
-Ötən illərdə Azərbaycandan Kuzey Kıbrısa birbaşa uçuş həyata keçirildi. Ancaq dərhal Avropa Birliyi Azərbaycanı cəzalandırmaq niyyətinə düşdü. Hesab edirəm ki, bu məsələdə Azərbaycanın atdığı addım anlayışla qarşılanmalıdır. Əslində Avropa Birliyinin ortaya qoymuş olduğu mövqe çox yalnış idi. Bu insanların səyahət etmək arzusunun əlindən alınmasıdır.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Dünya ədalətsizlikdən əl çəkməlidir
Yazılma Tarixi : 13.08.2010
Xəbər Etiketləri : Dünya ədalətsizlikdən əl çəkməlidir
Oxunma Sayı : 368
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
knZwmzSOnJSKPlNkH
  More posts of this quality. Not the usual c***, paelse
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.