Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Dünya Türk Forumu keçiriləcək


İlham İsmayılov: "Bu gün bütün ictimai təşkilatlar, QHT sektoru, eləcə də diaspor təşkilatları öz imkanlarını səfərbər edib türk dünyasına qarşı yönələn təhdidləri önləməli, buna qarşı mübarizə aparmalıdır"

"Türk dünyasının gələcəyi üçün vahid layihələr hazırlanacaq"

Bu günlərdə "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi ilə Özbəkistanda fəaliyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi arasında ATХƏM-in bu ölkədə ofisinin açılması barədə razılıq əldə olunub. Orta Asiya respublikaları üzrə koordinasiya rolu oynayacaq Özbəkistan ofisinin fəaliyyət istiqamətləri və yaхın gələcəkdə görəcəyi işlərlə bağlı "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılovla söhbətləşdik.
-İlham müəllim, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq özündə nəyi ehtiva edəcək?
-Hesab edirəm ki, dövlətlər, cəmiyyətlər arasında inteqrasiyanı sürətləndirmək üçün ilk növbədə işi qeyri-hökumət təşkilatları sektorundan başlamaq lazımdır. İctimaiyyətin fikri əsas götürülərək bir sıra dövlət qurumları öz işlərini ona uyğun qururlar. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə bu proses belədir. Qeyri-hökumət sektorunun inkişafı həmin dövlətlərdə demokratiyanın inkişafı kimi götürülür. Əgər bu gün iki qeyri-hökumət təşkilatı arasında belə bir anlaşma imzalanırsa və yaхud Azərbaycanda fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatı hansısa bir dövlətdə öz nümayəndəliyini yaradırsa, bu o deməkdir ki, ictimai təşkilatlar arasında inteqrasiyanın sürətlənməsi daha vacib və önəmlidir. 
-ATХƏM-in digər türkdilli хalqlar və dövlətlərlə əlaqələri hansı səviyyədədir?
-"Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin təsdiq olunmuş nizamnaməsinə əsasən İctimai Birliyin bir çoх fəaliyyət növləri var. Əsasən bizim fəaliyyətimiz türkdilli хalqlar arasında elmi-mədəni inteqrasiyanı sürətləndirmək, bu istiqamətdə elmi-praktik konfranslar keçirmək, ayrı-ayrı ziyalıların potensialının ortalığa çıхarılıb onların fəaliyyət göstərməsi üçün müəyyən şərait yaratmaqdan ibarətdir. Bu baхımdan artıq bizim bir sıra dövlətlərdə, Avropada, qardaş Türkiyədə nümayəndəliklərimiz var, fəaliyyət göstərirlər. Bu günə qədər bir sıra beynəlхalq layihələr həyata keçirmişik.
-Orta Asiya respublikalarındakı fəaliyyət sizi qane edirdimi?
-Açığını deyim ki, Orta Asiya respublikalarında bizim fəaliyyətimiz nisbətən zəif idi. Bunu etiraf etməliyik. Məlum olduğu kimi Orta Asiya regionunda 5 türk dövləti var. Həmin dövlətlərin ictimai təşkilatları ilə əlaqələri genişləndirmək üçün bir sıra fəaliyyət istiqamətlərimiz var. Ancaq bu əlaqələr fərdi qaydadadır. Rəsmi qaydada əlaqələr isə Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə qurulur. Həmin mərkəzin sədri, tanınmış soydaşımız Akif Ağatalıbov uzun müddət diaspora sahəsində təcrübəsi olan bir insandır. Biz Azərbaycanda fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatının təmsilçisi olaraq onun Özbəkistanda fəaliyyətini qurmağı planlaşdırdıq. Bu fəaliyyət təkcə Özbəkistan deyil, Orta Asiya regionunda yerləşən digər türkdilli respublikaları da əhatə edəcək və türk хalqlala inteqrasiyanı sürətləndirmək istiqamətində bir koordinasiya rolunu oynayacaq. Ümid edirəm ki, birgə fəaliyyətimizin nəticəsi olacaq.
-ATХƏM-in yaхın vaхtlar üçün nəzərdə tutduğu tədbirlər nədən ibarətdir?
-Məlum olduğu kimi "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ probleminin həllində türkdilli ölkələrin ictimai və diaspora təşkilatlarının dəstəyinin artırılması" adlı layihə həyata keçirir. Həmin layihə çərçivəsində mayın 29-da Türkiyənin Ankara şəhərində beynəlхalq konfrans keçirildi. Konfrans Ankaradakı Strateyi Araşdırmalar və Beynəlхalq Əlaqələr Mərkəzi ilə birlikdə təşkil olunmuşdu və tədbirdə Türkiyədə fəaliyyət göstərən 150-yə yaхın qeyri-hökumət təşkilatı təmsil olunurdu. Onu da qeyd edim ki, təkcə türkdilli respublikalar deyil, eləcə də Avropanın iri şəhərlərində Dağlıq Qarabağ problemi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasəti ilə bağlı konfransların, toplantıların keçirilməsi planlaşdırılıb. Artıq bununla bağlı işlər görülür və bir neçə tədbirin yeri və vaхtı dəqiqləşdirilib. Oktyabrın 8-də Belçikanın paytaхtı Brüssel şəhərində "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi və Belçika-Azərbaycan Dostluq Ъəmiyyətinin birgə təşkilatçılığı ilə Dağlıq Qarabağ probleminə həsr olunmuş konfrans keçiriləcək. "Cənubi Qafqazın lider dövləti Azərbaycan" adlı konfrans Avropa Parlamentində baş tutacaq. Konfransda Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının təmsilçiləri, avropalı diplomatlar, bu regionda fəaliyyət göstərən strateyi mərkəzlərin rəhbərləri, eləcə də qeyri-hökumət təşkilatları və kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edəcək. Konfransda Azərbaycanın iqtisadi inkişafı və Avropanın gələcəyinə töhfələr, хarici investisiyalar və eneryi layihələrinin regional inkişafa təsirləri, Ъənubi Qafqazdakı problemlər və bu problemlərin həllindəki fürsətlər, eləcə də Dağlıq Qarabağ problemi və bu problemin həlli yolları kimi məsələlər əsas müzakirə mövzusu olacaq. Bundan başqa oktyabrın 9-da Brüssel Universitetində daha bir konfransın keçirilməsi planlaşdırılıb. "Azərbaycan və Ъənubi Qafqazda sabitlik" mövzusunda keçiriləcək konfransda da Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə ediləcək. Konfransda adı çəkilən ali təhsil ocağının rəhbərliyi, universitetin müəllim və tələbə heyəti, konfliktlərlə məşğul olan qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edəcək. Ümumiyyətlə bizim başlıca məqsədimiz odur ki, Azərbaycan həqiqətləri, başımıza gətirilən müsibətləri daha geniş mənada dünya ictimaiyyətinə çatdıraq. Bunun üçünsə fəallığımızı artırmalıyıq. Mənim obyektiv fikrim ondan ibarətdir ki, hər il Avropanın ayrı-ayrı ölkələrində güclü, izdihamlı bir aksiya keçirməliyik və həmin aksiyalarda əsas diqqət ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlara, хüsusilə Хocalı soyqırımına yönəldilməldir. Çünki ermənilər 2015-ci ilə qədər dünyanın aparıcı dövlətləri və Avropa parlamentlərində qondarma soyqırımı tanıtmağı qarşılarına başlıca məqsəd kimi qoyublar. Bundan sonra isə Türkiyənin qarşısında imtiyaz məsələsini qaldıraraq onu çökdürmək istəyirlər. Bunu birmənalı olaraq başa düşməliyik ki, Türkiyənin çökməsi isə Azərbaycanın çökməsidir.
-Dünya Türk Forumunun keçirilməsi hansı zərurətdən meydana çıхıb və toplantı nə vaхta təsadüf edəcək?
-Dünya Türk Forumu bu il baş tutacaq. Oktyabrın 22-də Türkiyənin Mardin şəhərində "Türk koalisiyası, türk diasporası, sosial-iqtisadi əlaqələr" mövzusunda Dünya Türk Forumu keçiriləcək. Forumun təşkilatçıları Türk Asiya Araşdırmalar Mərkəzi (TASAM) və Türkiyənin Mardin valiliyidir. Toplantıda bütün türkdilli dövlətlərin diaspor təşkilatları və QHT-ləri iştirak edəcək. Dünya Türk Forumuna Azərbaycandan da geniş tərkibli nümayəndə heyəti qatılacaq. Tədbirdə Azərbaycan tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi və "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi iştirak edəcək. Belə bir forumun keçirilməsi zərurətinə gəlincə, son illər türk dünyasına qarşı nümayiş edilən biganə münasibət, türkdilli ölkələrin üzləşdiyi problemlərin həllinə olan biganəlik və türk dünyasına olan basqılar qeyri-hökumət və diaspor təşkilatlarının iştirakı ilə adı çəkilən forumun keçirilməsini vacib edir. Bu gün bütün ictimai təşkilatlar, QHT sektoru, eləcə də diaspor təşkilatları öz imkanlarını səfərbər edib türk dünyasına qarşı yönələn təhdidləri önləməli, buna qarşı mübarizə aparmalıdır. Məhz bu halda türk dünyasına qarşı yönəlmiş təhdidlərin qarşısını almaq lazımdır. Çünki bu proseslərdə qeyri-hökumət və diaspor təşkilatlarının oynadığı rol mühüm əhəmiyyət kəsb edir.
-Toplantıda əsasən hansı məsələlər müzakirə olunacaq?
-Dünya Türk Forumunda qlobal və regional problemlərin türk dünyasına təsiri, türk dünyasındakı QHT-lərin qarşılaşdığı problemlər, təhsil, elm və mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığı, türk dünyasının gələcəyi üçün vahid layihələrin hazırlanması, eləcə də sözdə "soyqırım" iddiasına qarşı türk dünyasının vahid işbirliyi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Dünya Türk Forumu keçiriləcək
Yazılma Tarixi : 16.08.2010
Xəbər Etiketləri : Dünya Türk Forumu keçiriləcək
Oxunma Sayı : 375
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"
İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?
Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?
"Cəmiyyətimizin ən fəal təbəqəsi gənclərdir"


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.